102
12. Təhsilin məzmunu
“Cəmiyyətin gələcək tərəqqisi bir çox
cəhətdən indi gənclərimizə nəyi və necə
öyrətməyimizdən asılı olacaqdır”.
Heydər Əliyev
Təhsilin məzmununun strateji müddəası Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyevin yuxarıdakı fəlsəfi
kəlamında verilmişdir.
Təhsilin məzmunu elə müəyyənləşdirilməlidir ki,
gənclərimiz həm
vətənpərvər, həm də müasir tələblərə cavab
verə bilən
bilikli insan kimi formalaşsınlar. Təhsilin məzmununu
təhsilin qarşısında duran məqsədə uyğun formalaşdırmalıyıq.
Təhsilin liberallaşması tədris olunan fənlərin də dövrün
tələblərinə uyğun olaraq seçilməsini və bu fənlər içərisində elmi
(xüsusilə riyaziyyat) və humanitar (xüsusilə xarici dil) fənlərin
aparıcı yer tutmasını ön plana çəkir.
“Dialoq Avrasiə”“ dərgisinin 2001-ci il 5-ci sayında
müasir dövrümüzün tanınmış filosof-şairi Muxtar Şaxanovla
“Qlobal dəyişiklik çağında ənənələrin hayqırtısı“ adı altında
müsahibə dərc edilmişdir. Həmin müsahibədən bəzi məqamlar
təhsilin məzmunu baxımından diqqəti cəlb edir.
Muxtar Şaxanov söyləyir:
«Qızılqum çöllərində
“Cantak“ (dəvətikanı) adlı bir bitki vardır. Bu çirkin və sadəcə
dəvələrin yediyi bitkinin kökləri yerin 50-60 m dərinliyinə qədər
gedir. Bir də “kambak“ (süpürüm) adlı digər bir bitki vardır.
Onun kökü 3-5 sm dərinlikdədir. Bu bitki zəif bir küləkdə
kökündən qopur və səhrada yuvarlanır. Qum fırtınaları zamanı
nəinki bitkilər, hətta yerin qum örtüyü yerini dəyişərək köç edir.
Lazımi qədər kökü olmayan süpürüm (kambak) külək tərəfindən
asanca qumla bərabər yerini dəyişir. Cantak isə öz yerində
möhkəm dayanır, çünki kökləri dərindədir. Kökü olmayan
insanlar, kambaka bənzər və cəmiyyət üçün çox qorxuludur».