Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   24   25   26   27   28   29   30   31   ...   90

 
98 
 
-Mənə layiq olan hörməti niyə öncədən göstərmədin? 
 
-Padşahım,  tələbələr  dünyada  xocadan  daha  böyük  adam 
olduğunu  bilməzlər.  Əcər  təzimatımı  onların  yanında  etsəydim, 
onlar  ,  deməli  xocadan  da  böyük  adam  varmış  deyər  və  məni 
saymazlar.  Mən  də  onları  bu  ölkəyə  layiq  övladlar    olaraq 
yetişdirə bilmərəm. 
 
Xocanın bu sözlərindən məmnun olan ikinci Mahmud, bu 
müəllimi ihsanda bulundu.  
 
Əmir Süleyman və xocası 
 
 
İldırım  Bəyazidin  oğlu  Əmir  Süleyman  dərslərinə  pis 
çalışırdı.  Şahzadənin  tənbəlliyini  görən  müəllim  onu  falaqqaya 
yatırıb  zoğal  çubuqla  döyür.  Şahzadə  atası  İldırım  Bayazidin 
yanına gedərək müəllimindən şikayət edir.  
 
İldırım müəllimin yanına gələrək soruşur:  
 
-Oğlum Süleymanı niyə döydün? 
 
-Sabah  şahzadə  böyük  bir  dövlətin  başına  keçəcək.  Cahil 
qalarsa, dövləti idarə edə bilməz, çünki elmdən bixəbərdir - deyir.  
 
-Sabah mən bura  yenə  gəlib soruşacam.  Bu dəfə zopa ilə 
mənə hücum edərsiniz. 
 
Ertəsigün İldırım oğlu ilə bərabər xocanın yanına gəlir və 
oğlunun  döyülməsinin  səbəbini  soruşur.  Xoca  zopanı  götürüb 
padşahın üzərinə hücum edir. Oğlu və İldırım oradan qaçırlar.  
 
Görürsənmi,  xocanın  qəzəbindən  mən  də  qorxdum. 
Dərslərinə  çalışmaqdan  başqa  çarə  yoxdur.  Bizi  bu  xocalar  belə 
yetişdirmişlər. 
 
Atasının xocadan qorxduğunu görən Süleyman dərslərinə 
müntəzəm  çalışmağa  başladı.  Keçmiş  zamanlar  atalar  uşalarını 
tərbiyə üçün xocaya təhvil verəndə: 
 
-«Əti sənin, sümüyü mənim» – deyərdilər.
  
 
 
Həzrəti Peyğəmbərimizin bir kəlamında deyilir: «İki şəxs 
doymaq bilməz: elm təşnəsi və dünya malı hərisi». Qeyd edək 
ki, dünya malı xərcləndikcə azalır, elm xərcləndikcə çoxalır. 


 
99 
 
Biliyin, intellektual sərvətin üstün dəyərini göstərən digər 
bir misal çəkmək istəyirəm: 
 
Antik  dövrlərdə  iranlılar  Kiçik  Asiyada  yunanların 
sahilboyu  şəhərlərini  zəbt  edəndə  məşhur  7  müdrükün  biri  olan 
Biant  da  öz  dostları  ilə  şəhəri  tərk  edir.  Yerliləri  ondan  evdən 
niyə əliboş çıxmısan?-deyərək soruşanda, o, «hər şeyimi özümlə 
götürmüşəm»-deyərək  cavab  verir.  Bu  fikir  də  intellektual 
sərvətin,  maddi  sərvətdən  dəyərli  olduğunu  göstərir  və  bizim 
həyati yükümüzün əsas hissəsini təşkil etməlidir. 
ABŞ-da təhsilə münasibətə nəzər salaq. Əvvala, ona görə 
ki, dövlətlər lideri olan ABŞ-ın bəşəri təcrübəsindən bəhrələnək. 
İkincisi  də,  ciddi  dövlətlər  təhsil  məsələsinə  həmişə  ifrat  ciddi 
münasibət  bəsləyirlər.  Üçüncüsü,  ABŞ-ın  təhsilə  münasibətini 
bəşəri dəyər kimi qiymətləndirmək olar. 
1994-cü 
ilin  yanvarın  25-də  Amerika  Konqresi 
«Amerika-2000:  təhsilin  inkişaf  strategiyası»  adlı  sənəd  qəbul 
etmişdir.  «Risk  həddinə  çatmış  milləti  düşünən  millətə  necə 
çevirmək»  devizi  altında  çap  olunmuş  bir  neçə  yüz  səhifəlik  bu 
sənəddən bir neçə fikri  oxucuların diqqətinə çatdırmaq istəyirəm:  
Fikir  1:  ABŞ-ın  milli  proqramı:  «Amerika-2000:  təhsilin 
inkişaf strategiyası» iki sadə həqiqəti dərk etmək üçün cəmiyyəti 
hərəkətə gətirməyə bir cəhddir: 
əvvala,  ABŞ-ın  XX1  əsrdə  qarşılaşacağı  problemlərin 
mürəkkəbliyi, təhsil tiplərini dəyişdirməyi, yeni tipli məktəblərin 
yaradılmasını tələb edir;  
  
ikincisi,  ölkənin  inkişaf  vasitəsi  iqtisadiyyat,  siyasi 
quruluş, bazar, hüquq, xüsusi mülkiyyət, hərb və güc və ya daha 
nələr deyil, yeni tipli təhsildir.    
        Fikir  2:  Təhsilin  inkişaf  strategiyasının  məqsədi,  «Risk 
həddinə çatmış milləti düşünən millətə çevirməkdir». Bu proqram 
elə olmalıdır ki,  ölkəni lazımi  səviyyədə saxlamağa qadir olsun. 
Məktəb  heç  zaman  onu  yaradan  cəmiyyətdən  yaxşı  ola  bilməz. 
Ona  görə  təhsilin  yeniləşməsi  üçün,  cəmiyyətin  bütün 
təbəqələrinin  təhsillənməsindən başlamaq lazımdır


 
100 
 
Fikir  3:    Texnologiya,  informasiya,  kommunikasiya 
erasından    o  millətlər  faydalanırlar  ki,  onlar  yeni  intellektual 
sahələrin  yeni biliklərini öyrənirlər, yeni ixtisaslara malik olurlar. 
Fikir  4:    Amerika  təhsilinin  həll  edəcəyi  altı  məsələdən 
(problemdən) ikisi belədir: 
a)  Amerika  məktəblərini  qutaranlar,  təbiət  elmləri  və 
riyaziyyat sahəsində dünyada ən yüksək  bilik səviyyəsi nümayiş 
etdirməlidirlər; 
b)  Öz  hüquq  və  məsuliyyətini    tam  savadlı  cəmiyyət 
qarşısında  dərk  edən  cəmiyyətin  bütün  üzvləri  bilik  və  
bacarıqlarını  tətbiq  edərək  beynəlxalq    iqtisadiyyatda  millətin 
liderliyin tə’min etsinlər. 
Fikir  5:  ABŞ  prezidenti  bütün  ölkə  ictimaiyyətini  dörd 
şeyi etməyə çağırır: 
1. 
Milli təhsil reformasının altı istiqamətinin məğzini başa   düşmək; 
2. 
Bu  istiqamətləri  həyata  keçirmək  üçün  geniş  ictimaiproqram 
hazırlamaq; 
3. 
Bu istiqamətləri həyata keçirmək üçün nəzarət sistemi yaratmaq; 
4. 
Yeni  tipli  məktəb  yaratmaq  ideyasını    müdafiə  etmək, 
reallaşdırmağa köməkçi olmaq; 
 
Bu  sənəddə  bir  neçə  məqama  təkrarən  diqqət  yetirmək 
zəruridir.  Birincisi,  XXI  əsrdə  dövlətlərin  qarşılaşacağı 
problemlər XX əsrdən az və asan olmayacaqdır. İkincisi, ölkənin 
inkişaf  vasitəsi  onun  siyasi  quruluşu,  iqtisadiyyatı,  hərbi  deyil, 
yeni  tipli  təhsildir.  Üçüncüsü,  təhsil  ölkəni  lazımi  səviyyədə 
saxlamağa  qadir  qüvvədir.  Lazımi  səviyyə  isə  məlumdur: 
dövlətlər arasında liderlikdir. Yə’ni XXI əsrdə Amerika bir dövlət 
kimi  liderliyi  nə  Avropa  dövlətlərinə  nə  də  Yaponiyaya  vermək 
niyyətində deyildir. Ən  nəhayət,  «cəmiyyətin bütün üzvləri bilik 
və bacarıqlarını tətbiq edərək beynəlxalq iqtisadiyyatda millətin 
liderliyini  tə’min  etsinlər».  Qarşıya  qoyan  məqsəd  açıq  və  və 
aydındır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə