89
11.6. Təhsildə obyekt-subyekt münasibətləri
«Əvvəlcə sev, sonra öyrət».
Y.Kaminski
Azərbaycan təhsil sistemində obyekt-subyekt münasi-
bətlərinə yanaşma birmənalə olmadığına görə bu barədə ətraflı
söhbətə ehtiyac duyulur.
Fərz edək ki, məktəb həyətində iki gənc dalaşır və biri
digərini döyür. Hüquq müstəvisində hər iki gənc dalaşma
hadisəsinin subyektləridir. Sosial-fəlsəfi baxımdan bu hadisənin
iki tərəfi var: aktiv və passiv. Prosesi idarə edən onun aktiv,
idarə olunan isə passiv tərəfidir. İdarəedən (döyən) tərəf bu
hadisənin
subyekti, idarəolunan (döyülən) tərəf isə hadisənin
obyektidir.
Bu fikrin işığında orta məktəbdə dərs prosesinə diqqət
yetirək. Sinifdə müəllim dərs deyir, şagirdlər qulaq asırlar. Ona
görə də biliklərin müəllimdən şagirdlərə ötürülməsi bu
münasibət üzərində qurulubdur. Müəllim şagirdi lövhəyə dəvət
edir, danışdırır, biliyini qiymətləndirir və s. Bu dərs prosesinin
obyekti şagird, subyekti müəllimdir. Çünki müəllim dərs
prosesini idarə edir. Ona görə ki, müəllimin biliyi, məlumatı,
həyat təcrübəsi, dünyagörüşü şagirdinkindən qat-qat çoxdur.
Müəllim və şagirdlər arasındakı bu bilik və dünyagörüşlər fərqi
müəllimi tədris prosesinin subyektinə çevirir. Orta məktəb
illərində bu vəziyyət praktiki olaraq saxlanılır.
Ali məktəblərdə vəziyyət xeyli dəyişir. Tələbələrə
sərbəstlik verilir. Tələbələr
kvazisubyektə çevrilir. Bu
müstəqillik də ondan ibarətdir ki, tədris prosesinə yeni pedoqoji
texnologiya -
mühazirələr, laboratoriya dərsləri və
seminarlar daxil edilir. Tələbəyə çox informasiya vermək
məqsədi ilə
müəllim öz dərslərini mühazirələr şəklində qurur.
Tələbələrdən gündəlik dərs soruşulmur. Onlara tədris prosesinin