104
vətənində görməsi, yəni bütün bunları hiss etməsi, öz malı etməsi
lazım. Bu cür tərbiyə edilən insan vətəninə xəyanət etməz.
Xəyanət etmək istəsə belə xəyanət edə bilməz. Öz qəlbiylə, şüuru
ilə bütünləşən bu torpaq onun bir parçası olur. Mən bu adəti
pozdum. Arvadımın uşağı olmayan bir qardaşı var idi. Cocuq
anadan olanda israrla onu istədi. Başqa uşaqlarım olduğu üçün
bu uşağı ona verdim. Bu uşaq Otrarda deyil, başqa bir yerdə
böyüdü. Böyüdükdən sonra evimə döndü. Bu səbəbdən də Otrarı
satması onun üçün asan oldu. Beləliklə, mən də bu satqınlıqda
ortağam. Oğlumla bərabər məni də cəzalandırmalısınız ki,
başqaları üçün bu dərs olsun».
Təhsilin məzmunu ilə bağlı bu hekayətdən biz bir neçə
vacib faydalı nəticə çıxara bilərik. Birincisi, “kökü olmayan
insanlar, kambaka bənzər və cəmiyyət üçün çox qorxuludur“. On
il bundan öncə rus mahnıları oxuyanlar indi başqa dildə mahnılar
oxuyurlar, yəni kambaklıq edirlər, çünki milli-mənəvi irsimizə
dərin kök atmayıbdır. İkincisi, bu köksüz insanları vətənə
bağlamaq üçün dörd anadan qidalandırmalıyıq. Üçüncüsü,
millətin tarixində tərbiyənin əhəmiyyəti böyükdür. Fərdin
tərbiyəsi cəmiyyətin (toplumun) taleyində mühüm rol oynayır.
Toplumun mənafeyinin fərd tərəfindən satılması satqınlıqdır və
bu pis tərbiyyənin nəticəsində baş verir. Təlim - tərbiyə sistemi
elə qurulmalıdır ki, birincilərin sayı maksimum, ikincilərin sayı
minimum olsun, daha yaxşı olar ki, heç olmasın.
Təhsilin məzmununu müəyyənləşdirərkən bu fikirlərin,
hisslərin nəzərə alınmasına böyük ehtiyac duyulur. Qarabağ
müharibəsində bizi satanlar az olmadı. Otrarın başına gələn
müsibət Qarabağın başına gəldi. Bir-iki nəfərin satqınlığı
ucbatından bir miliyon əhalimiz qaçqın oldu. Hüquq müdafiəçisi
adı altında fəaliyyət göstərən Eldar Zeynalov kimiləri
Azərbaycanın mənafelərini necə asanlıqla sata bilir. Hesab etmək
olar ki, onun kimilər dörd anadan süd almayıblar. Ana vətənlə
təmasları az olubdur. Milli-mənəvi dəyərlərimizi- ana dilini, ata
105
yurdunun tarixini bilmirlər. Əks halda onlar belə addım
atmazdılar.
Mənim fikrimcə, təhsil proqramları iki blokda
cəmləşməlidir. Birinci blok fənlər gənclərin milli hisslərini
yüksəldərək vətənpərvər etməli, ikinci blok fənlər onları bilikli
etməlidir. Birinci blok (milli blok) aşağıdakı fənləri əhatə
etməlidir: ana dili və ədəbiyyat, Azərbaycan tarixi, coğrafiyası
(yaxşı olardı ki, bu fənn bəzi hallarda «Ana vətən» adı altında
tədris olaydı) və milli-mənəvi dəyərləri, adət-ənənələri özündə
birləşdirən fənn; İkinci – bəşəri bilik bloku isə fizika, riyaziyyat,
kimya, astronomiya, biologiya və s. əhatə etməlidir. Şübhəsiz,
birinci blok fənnə Azərbaycan və Şərq mədəniyyəti, mənəviyyatı,
milli, dini dəyərləri birləşdirən «İslam mədəniyyətinin əsasları»
adı altında da tədris etmək olar. Başqa ad da fikirləşmək
mümkündür. İslam mədəniyyətinin əhəmiyyətini qeyd etmək
niyyəti ilə bir əhvalat danışmaq istəyirəm:
«Xorasan vilayətinin Gilan şəhərindən olan 15 yaşlı
azərbaycanlı balası Əbdülqadir Gilani doğma şəhərində ilk
təhsilini alandan sonra yüksək təhsil almaq üçün Bağdada
getmək arzusunu anasına bildirir. Anası oğlunun bu arzusunu
bəyənir və onu Bağdada gedən bir karvana qoşur və deyir:
-Oğlum, Allahdan qorx və yalan söyləmə.
Karvan Bağdada yaxınlaşarkən onların qarşısını
quldurlar kəsir və karvan əhlini soyurlar. Növbə Əbdülqadirə
çatır. Quldurbaşı soruşur:
-Pulun varmı?
Əbdülqadir düşünmədən deyir:
-Əmican, var.
-Hardadır?
-Anam cibimin içinə tikdi.
Quldurbaşı bu etirafa heyran qaldı və dedi:
-Hər kəs pulunu gizlədir, sənin doğru danışmağının
səbəbi nədir?
106
-Mən yola çıxarkən, anam mənə dedi yalan söyləmə,
cənab Haqq hər şeyi görür.
Bu uşaqdan eşitdiyi sözlərdən quldurbaşının gözləri
yaşardı. Cənab Haqqın gözləri qarşısında illərlə quldurluq ömrü
yaşadığını anladı. Dərhal ruhunda dəyişiklik baş verdi. Pulların
geri qaytarılmasına əmr verdi və Əbdülqadirdən soruşdu:
-Oğlum, hara gedirsən?
-Bağdada təhsil almağa.
-Gəl bərabər gedək və mənə övladlıq et, deyərək quldur
dəstəsini dağıtdı. Əbdülqadiri mədrəsəyə yerləşdirib təhsilinə
göməklik etdi».
Bu azərbaycanlı balası sonra Şərqin böyük alimi olmuş
və Qadirilik təriqətini yaratmışdır.
Bu blokların nisbi çəkiləri ilk, orta və ali məktəblərdə
müxtəlif olmalıdır. Belə ki, ilk məktəbdə I blok, ali məktəbdə II
blok, orta məktəbdə isə hər iki blok müxtəlif siniflərdə müxtəlif
nisbi çəkilərdə tədris olunmalıdır.
Fərz etsək ki, orta məktəbdə I blok fənləri II bloka
nisbətən daha dərindən və mükəmməl keçirilir, onda bizim
gənclər ifrat millətçi, faşist, “başıqırxıqlar” (skinhedlər) kimi
böyüyəcək, millətə zərərləri xeyirlərindən çox olacaqdır. Və ya
tərsinə, fərz etsək ki, II blok dərslər I bloka nəzərən daha
mükəmməl və əhatəli tədris olunur, onda gəncin kosmopolit kimi
böyüməsinə şübhə yoxdur. Bu halda da millətin qazancı
itirdiyindən az olacaq.
Deməli, bu bloklar arasında zəruri nisbətin tapılması təhsil
sisteminin və milli pedaqogikanın vacib problemlərindəndir.
Bundan başqa təhsilin məzmunu sadədən mürəkkəbə,
millidən bəşəriyə xətti üzrə qurulmalıdır.
Həzrəti peyğəmbərimizin «Alim öldü, aləm öldü» və ya
«Cənnət anaların ayaqları altındadır» və bu kimi yüzlərlə
kəlamları 1 blok fənlər vasitəsi ilə gənclərimizə öyrədilməlidir ki,
onlar elmin, ananın, Vətənin qədrini bilsinlər. N.Tusinin,
A.Bakıxanovun, H.Zərdabinin milli-mənəvi dəyərlər xəzinəmizi
Dostları ilə paylaş: |