130
xətanın yaratdığı fəsad bir faiz olar. İndiki şəraitdə bu şkalaların
hər birini Azərbaycan üçün məqbul saymaq olar. Ancaq qeyd
edək ki, 100 ballı şkala isə 10 ballıdan xeyli üstündür. Ali təhsilin
keyfiyyətinin yüksəldilməsində yüz ballı şkalanın potensial
imkanları daha çoxdur, biliyə nəzarət daha asandır.
Şəkil 14.3. “5”“” və “700“ ballı şkalalar arasında münasibət.
Son zamanlar bir çox məktəblərdə 9 ballı qiymətləndirmə
şkalası ilə bağlı eksperiment aparılır. Bu ekserimenti Təhsil
Nazirliyi dəstəkləmiş və müvafiq qərarlar qəbul etmişdir. Misal
üçün, TN –nin 28.06.02 tarixdə keçirilmiş müşavirəsində və
09.07.02 tarixli 746 saylı qərarında 9 ballı qiymətləndirmə şkalası
təqdir edilir. Dünya Bankı isə bu işi dəstəkləyir. Bu qurumun
niyyətini başa düşmək mənim üçün çətindir. Biz Dünya Bankı və
bu kimi qurumların məsləhətlərini eşitməklə bərabər öz milli
mənafeimizi qorumağı da bacarmalıyıq.
131
“Azərbaycan müəllimi “ qəzeti 5-11 iyul 2002-ci il tarixli
sayında 9 ballı qiymətləndirmə şkalası ilə bağlı Təhsil
Nazirliyində keçirilmiş müşavirə haqqında geniş məlumat dərc
etmişdir.Qəzet yazır:
“İyunun 28-də Təhsil Nazirliyində geniş müşavirə
keçirilmişdir.
Müşavirədə
respublikanın
ümumtəhsil
məktəblərində şagirdlərin təlim müvəffəqiyyətlərinin 9 bal sistemi
ilə qiymətləndirilməsinin tətbiqi məsələləri müzakirə olunmuşdur.
Tədbirdə Təhsil Problemləri İnstitutunun direktoru, direktor
müavini və şöbə müdirləri, Nərimanov, İsmayıllı, Quba, Şəki,
Lənkəran RTŞ müdirləri, Gəncə Şəhər Təhsil İdarəsinin rəisi,
həmin rayonların RTŞ metodmərkəzlərinin direktorları, məktəb
rəhbərləri və nazirliyin əməkdaşları iştirak edirdilər. Müşavirəni
giriş sözü ilə təhsil naziri açaraq qeyd etdi ki, 1998-1999-cu dərs
ilindən başlayaraq Nərimanov və İsmayıllı rayonlarının
ümumtəhsil məktəblərində şagirdlərin bilik, bacarıq və
vərdişlərinin 9 bal sistemi ilə qiymətləndirilməsi üzrə
eksperimentə başlanılmış, sonrakı dərs ilində bu iş davam
etdirilmişdir. Həmin rayonların məktəblərində eksperimentin
ikiillik təcrübəsi onun tətbiq dairəsinin genişləndirilməsi üçün
əsas vermiş, nazirliyin müvafiq əmri ilə 2000-2001-ci dərs ilindən
Gəncə şəhərinin, Quba, Şəki və Lənkəran rayonlarının
ümumtəhsil məktəblərində eyni məzmunda eksperimentə
başlanmışdır».
Göründüyü kimi 9 ballı sistemə Təhsil Nazirliyi cari
məsələ kimi yox, ciddi məsələ kimi yanaşıb;
Azərbaycan təhsilinə rəhbərlik edən bütün insanlar bu
müşavirədə iştirak edib;
Ən nəhayət 1998-1999-cu illərin təcrübəsi əsas veribdir
ki, eksperimentin tətbiq dairəsi genişləndirilsin və Gəncə, Quba,
Şəki və Lənkəran şəhərlərinin ümumtəhsil məktəblərində eyni
məzmunda eksperimentlər aparılsın.
Bununla bərabər 1998 – 1999 –cu illərin təcrübəsinin
verdiyi əsas nədir? – sualı hələ ki açıqdır. Qəzet sonra yazır:
132
«Təhsil Problemləri İnstitutunun direktor müavini,
eksperimentin rəhbəri, professor Y.Kərimov şagirdlərin təlim
müvəffəqiyyətlərinin 9 bal sistemi ilə qiymətləndirilməsi üzrə
aparılan eksperimentin mahiyyətindən, bununla əlaqədar
görülən
işlərdən
ətraflı
danışdı.
Şagirdlərin
təlim
müvəffəqiyyətlərinin 9 bal sistemi ilə qiymətləndirilməsinin bir
çox cəhətlərinə görə mövcud “5” bal sistemindən üstün
olduğunu elmi-metodik, pedaqoji cəhətdən əsaslandırdı, bunu
orta ümumtəhsil məktəblərində aparılan islahat sahəsində
mühüm addımlardan biri kimi qeyd etdi və müvafiq təkliflər
irəli sürdü.
Müşavirədə Lənkəran şəhər 9 saylı məktəbin direktoru
Söhbət Ağasıyev, Dünya Bankı Layihəni İdarəetmə Qrupunun
rəhbəri A.Cahangirov, Təhsil Problemləri İnstitutunun direktoru
A.Mehrabov, həmin institutun direktor müavini Ə.Abbasov çıxış
etdilər.
Təhsil nazirinin müavini İ.İsgəndərov öz çıxışında ötən
illər ərzində bu sahədə əldə olunan təcrübəni, şagirdlərin təlim
müvəffəqiyyətlərinin 9 balla qiymətləndirilməsinin mahiyyətini,
onun
müsbət cəhətlərini ətraflı izah etdi, bu işin
təkmilləşdirilməsi ilə bağlı təkliflərini verdi”.
Müzakirələrdə belə bir ümumi fikir səsləndi ki,
şagirdlərin bilik, bacarıq və vərdişlərinin 9 bal sistemi ilə
qiymətləndirilməsi təhsilin humanistləşdirilməsi və demokratik-
ləşdirilməsi prinsipinə əsaslanır, obyektivliyin gözlənilməsi,
müəllim-şagird, müəllim-valideyn münasibətlərinin səmərəli
əməkdaşlığa çevrilməsi baxımından çox faydalıdır“.
Qəzetdə verilmiş məlumatlardan 9 ballı qiymətləndirmə
şkalasının məntiqini, nəzəri əsasını anlamaq mümkün deyildir.
Bu şkalanın şanına-şöhrətinə deyilmiş təriflərin heç bir elmi-
nəzəri əsası yoxdur.
Təhsil Nazirliyinin 09.07.02 746 saylı qərarını təhlil
etmək niyyətində deyilik. Həmin qərarda da 9 ballı şkala müsbət
xarakterizə edilir, bu sistemin yayılması üçün Təhsil Nazirliyinin
Dostları ilə paylaş: |