139
standartı şəklində (qanunla) müəyyən olunmalıdır.
Qiymətləndirmədən danışarkən çağdaş dövrümüzdə ali
məktəb sistemində geniş tətbiq olunan “kredit “ sistemindən yan
keçmək mümkün deyildir. Bu sistem sadədir, mütərəqqidir və
tələbənin potensialının açılmasına və reallaşmasına kömək edir.
Dünyanın bir çox qabaqcıl ölkələrində, xüsusilə ABŞ və
Qərbin universitetlərində təhsil prosesində keyfiyyətə nəzarət
“kredit sistemi“ vasitəsi ilə həyata keçirilir. Bu sistem bizim
ölkəmizdə «Xəzər» və «Qafqaz» universitetlərində tətbiq edilir.
Kredit sisteminin mahiyyəti bundan ibarətdir ki, hər bir
fənn xüsusi çəkisinə və həcminə uyğun “kreditlə“
qiymətləndirilir. Universitetlərdə tədris olunan əksər fənlər
təqribən 3 kreditlə dəyərləndirilir. Ancaq bəzi fənlər 1,5 -4
kreditlik də ola bilər.
Kredit sisteminin üstünlüyü ondadır ki, tələbələr hər
semestrdə müxtəlif saylı fənləri seçib öyrənə bilərlər. Əgər tələbə
semestrin sonunda hər hansı bir fəndən müvafiq qiymət ala
bilmirsə, o, həmin fəndən kredit almır və növbəti semestrdə
yenidən həmin fənni öyrənməlidir.
Misal üçün, Xəzər Universitetində bakalavr dərəcəsi (4
il) almaq üçün seçilən ixtisasdan asılı olaraq, təxminən 32-46
fənn üzrə tədris planını ödəməklə 128-140 kredit toplamaq tələb
olunur. (Məsələn, mühəndislik üçün 128, hüquqşunaslıq üçün 138
kredit və s.) Bu
universitetdə 100 ballı qiymətləndirmə
şkalası tətbiq olunur və bakalavr pilləsində 60 bal keçid bal hesab
olunur. 60 baldan aşağı ballar üçün kredit verilmir, minimum orta
qiymət isə 70 baldir. Diqqət yetirməyə dəyər ki, 60 bal həddi
zəruridir, ancaq kafi deyildir. Bəzi fənlərdən 80 və yuxarı bal
toplamaq lazımdır ki, orta qiymət 70 baldan çox olsun.
Magistratura pilləsində isə keçid balı 65, minimum orta
qiymət 75 müəyyənləşdirilmişdir. Doktoranturada bu rəqəmlər
bir az da sağ tərəfə sürüşür. Bu xüsusiyyətlər bu sistemin
mütərəqqiliyindən xəbər verir.
140
Kredit sistemi xeyli mütərəqqi sistem olmaqla, subyektiv
qüsurları da aradan çıxartmağa imkan verir.
Beləliklə, təhsil prosesinin keyfiyyətinə qiymət şkalaları
ilə nəzarət sağlam düşüncə əsasında qurulmalıdır. Bu sahədə
problemlər var. Klassik qiymətləndirmə prosesində müəllim
prosesin tam subyekti, təhsi alan isə tam obyektidir. Bu inzibatçı
metodun demokratikləşməsinə ehtiyac duyulur. Təhsilalanları bu
prosesin tərəfdaşına çevirmək lazımdır.
Təhsil on min il tarix ərzində təkamül yolu ilə inkişaf
edərək bugünkü səviyyəyə gəlib çatmışdır. Bu səbəbdən də təhsil
sistemində köklü dəyişiklik etmək mümkün olmayan bir işdir.
İstənilən koordinal dəyişilik, gərəksiz sistem və nəzəriyyələrin
tətbiqi sistemin dağılması ilə nəticələnə bilər. Odur ki, təhsil
sisteminin, hər-hansı bir hissəsində təkmilləşdirmə aparmaq olar.
Əsas odur ki, bu zaman irəliyə baxmaqla bərabər, tarixi dəyərlər
qorunyb saxlanılsın.
Təhsil sistemində yenilik etmək çox çətin, səhv etmək çox
asandır. Səhv etməmək üçün N.Çaadayevin bu kəlamını daim
yadda saxlamağa dəyər: «Allaha şükürlər olsun ki, öz ölkəmin
rifahı naminə gərəksiz sistem və nəzəriyyələri qəbul
etmədim».
İmtahanlar. Təhsilin keyfiyyətinə təsir edən vacib
amillərdən biri də təhsilə nəzarətdir. Təhsilə nəzarət prosesində
imtahan vacib yer tutur. Bizim təhsil sistemimizdə bir-birindən
fərqlənən 4 növ imtahandan istifadə edilir: keçid, buraxılış, test
və dövlət imtahanları.
İmtahanlar arasında bəziləri xüsusi əhəmiyyət kəsb edir.
Bu imtahanlar orta məktəbi bitirəndə, ali məktəbə qəbul zamanı
və ali məktəbi bitirəndə götürülür. Bu səbəbdən də buraxılış
imtahanlarının məsuliyyəti digər imtahanlardan daha çox
olmalıdır. Çünki bu imtahanların hər birinin nətciəsində
təhsilalanlara dövlət tərəfindən müvafiq dövlət sənədi: attestat,
tələbə bileti və diplom verilir. Bu sənədlər dövlət tərəfindən
verildiyindən dövlət orqanları və təşkilatları tərəfindən
141
qorunmalıdır. Saxta sənəd verən təhsil işçiləri qanunla
müəyyənləşən məsuliyyət daşımalıdır.
Gənclərin
həyatında həlledici hadisə kimi dərin iz buraxan
orta məktəbin buraxılış imtahanlarıdır. Bu imtahanlarla gəncin 11
illik bilik səviyyəsi qiymətləndirilir. Bu imtahanların məxsusi
cəhəti ondan ibarətdir ki, bu imtahanı keçən şagirdlərə dövlət
sənədi sayılan «Attestat» verilir. Orta məktəbi əla qiymətlə
bitirənlər əvəllər “qızıl“” və ya “gümüş“” medallar alardılar.
Təhsilin liberallaşması bu praktikanı yenidən gündəmə çıxarır.
Gənclərin 11 illik bilik marafonunda çempionları müəyyən
etməmək və mükafatlandırmamaq, qiymətləndirməmək düzgün
deyil.
Keçid imtahanları.
Təhsil prosesində keyfiyyəti
yüksəltməyin ən asan və ədalətli yolu, kafi biliyi olmayan
təhsilalanı təhsilin yuxarı pilləsinə buraxmamaqdır. Təhsil
sistemində keçid imtahanları ədalətlə və ciddi aparılmalıdır.
Dördüncü sinif səviyyəsində biliyi olmayanı beşinci sinifə,
səkkizinci sinif səviyyəsində biliyi olmayanı doqquzuncu sinifə,
11-ci sinif səviyyəsində biliyi olmayanı ali məktəbə, birinci kurs
səviyyəsində biliyi olmayanı ikinci kursa və bunun kimi
buraxılmamalıdır. Belə olan halda təhsil sistemi bir çox
xəstəlikdən azad olar. İmtahanlar da məhz bu məqsədlə aparılır.
Sovetlər dönəminin son on illiklərində təhsilə nəzarət get-
gedə zəifləyirdi. Daha doğrusu, getdikcə təhsilə münasibət də
dəyişdi. Təhsil müəssisələri gəncləri təhsilləndirən yox, bir çox
işbazların şəxsi mənafelərini təmin edən müəssisəyə çevrilirdi.
Orta məktəblərdə imtahanlar normal yox, formal keçirilirdi.
Qiymətləndirmə obyektiv aparılmırdı. Sinifdəqalma praktikası
tətbiq edilmirdi. Birinci sinfə qəbul olunanların (ölüm-itim halları
istisna olmaqla) hamısı orta məktəbi qurtarıb kamal attestatı
alırdı. Attestat qiymətləri şişirdilirdi. Məzunlar dövlət sənədi olan
«attestatdakı» qiymətlərə uyğun bilik nümayiş etdirə bilmirdilər.
Bəzən attestatların satılması halları da müşahidə olunurdu.
Siyasət naminə belə cinayət hallarının üstü tez ört-basdır edilirdi.
Dostları ilə paylaş: |