145
olmalıdır. Əgər orta məktəbin buraxılış imtahanı düzgün
aparılarsa, onda bu uyğunluğu yaratmaq çətin olmazdı. Yeri
gəlmişkən qeyd edək ki, 400 –dən aşağı bal toplayanların ali
məktəblərə qəbul edilməsi orta məktəbin fəaliyyətinə ağır
zərbələr vurur.
Beyin axını. Beləliklə, özəl universitetlərin elitar təhsil
müəssisəsinə çevrilməyə şansı daha böyükdür. Dövlət bu şansın
həyatda reallaşmasına kömək etməlidir. Ona öz təhsil sisteminin
bir hissəsi kimi, özü də yaxşı bir hissəsi kimi baxmalıdır. Belə
olan halda cəmiyyətimiz vətəndaş cəmiyyətinə daha tez çevrilə
bilər, cəmiyyətimizdə demokratik ənənələr tez bərqərar olar.
146
15. Təhsilin strukturu
“Bilik maddi sərvət deyil ki, onu
hissələrə böləndə və ya bölünmüş
hissələri birləş-dirəndə, ümumi dəyəri
dəyişməz qalsın. O yerdə ki, hər kəs az
bilir, o yerdə hamı az bilir. Çünki bilik
bölünməzdir”.
J.Leopardi
Yuxarıda qeyd edildiyi kimi təhsil əsas sosial institutdan
biri olduğu üçün bütün dövlətlər bu sahəni xüsusi diqqət
mərkəzində saxlamağa cəhd edir, onun inkişafına qayğı göstərir
və onu zərərli kənar müdaxilədən qoruyurlar. Ancaq inkişaf etmiş
ölkələrin təhsilə diqqəti əlahiddədir. Təhsil izah olunması çətin
olan sehirli qüvvəyə malikdir. Bu sehrin açılmasını yüxarıda qeyd
edildiyi kimi Amerika prezidentlərindən biri belə ifadə etmişdir:
“Amerika universitetləri qüvvətlidir, ona görə yox ki,
Amerika varlıdır. Amerika varlıdır, ona görə ki, onun
universitetləri qüvvətlidir“. Bu kəlam universitet təhsilinə
Amerika dövlətinin verdiyi qiymət və münasibəti bildirir.
“Dünya Bankı» və «Beynəlxalq İnkişaf və Yenidənqurma
Bankı» tərəfindən əvvəlcə 2000-ci ildə Vaşinqtonda ingilis
dilində nəşr olunmuş, sonra rus dilinə tərcümə edilmiş
«Obrazovanie v stranax s perexodnoy gkonomikoy: zadaçi i
razvitiə» kitabında Avropa və Mərkəzi Asiya dövlətlərində
təhsilin vəziyyəti ilə bağlı dəyərli məlumatlar çoxdur. Kitabın 4-
cü səhifəsində bu ölkələrdəki təhsil sisteminin strukturu haqqında
verilmiş icmalda yazılır:
“Avropa və Mərkəzi Asiya regionunun müxtəlif
ölkələrində təhsil sisteminin quruluşu və təhsil səviyyəsinə uyğun
olaraq təhsil alanların yaşı və siniflərin həddi (ili) müxtəlifdir.
Son 10 il ərzində regionun bir çox ölkələrində təhsil sisteminin
quruluşunun əsasən yenidən yaradılması zərurəti meydana gəlir
147
ki, ixtisas təhsilində bu dəyişikliklərin olunması xüsusilə vacib
sayılır. Regionda təhsil sistemi quruluşunun əsas xarakterik
cəhətlərini ümumiləşdirsək, onda region üzrə məktəbəqədər
təhsilin (3 yaşa qədər uşaqlar üçün körpələr evini nəzərə
almasaq) 3 yaşdan 5-6 yaşa və ya 7 yaşa qədər əhatə etdiyini
görərik. Məktəbəqədər təhsili 7 yaşlı uşaqlardan ibarət olan
ölkələrdə məktəbəqədər 7 yaşlı uşaqlar üçün tədris proqramı bir
qayda olaraq, digər ölkələrin ilkin (ibtidai) məktəblərinin birinci
sinif proqramına yaxınlaşdırılıb. İlkin (ibtidai) təhsil 6-7 yaşdan
10 yaşa kimi uşaqları və buna uyğun olaraq 1-ci - 4/5-ci
sinifləri əhatə edir. Orta məktəbin aşağı pilləsini 5/6-cı sinifdən
8/9-cu siniflərə qədər və uyğun olaraq 10 yaşdan 14 yaşa qədər
və 11 yaşdan 15 yaşa qədər olan uşaqlar təşkil edir. Baza təhsili
dedikdə, ilkin təhsil və orta məktəbin aşağı pilləsi başa düşülür.
Səkkiz-doqquz tədris ilindən sonra təhsilalanlar 3 mümkün tədris
proqramlarından birini seçirlər:
(1) orta məktəbi bitirdikdən sonra ali təhsil
müəssisələrinə daxil olmağa imkan verən (hüquq verən) 2-4 illik
ümumtəhsil tədris proqramını;
(2) 3-4 illik texniki/peşə təhsili proqramı, peşə (sənət)
tədrisi ilə tam orta təhsil birgə verilir və məzunlara ali təhsil
müəssisələrinə daxil olmağa imkan yaradır (hüquq verir);
(3) 1-2 illik peşə tədris proqramı peşə (sənət) öyrətməyi
nəzərdə tutur, lakin ali məktəblərdə təhsili davam etdirməyə
imkan vermir (hüquq vermir).
Ali təhsilin təşkil edilməsi tamamilə müxtəlifdir və
universitet təhsili və ya ali texniki təhsil almaq imkanlarını
nəzərdə tutur.
Yaşlıların təhsili və peşə hazırlığı əmək qabiliyyətli
insanlara yönəldilmişdir (istiqamətləndirilmişdir)».
Təhsilin strukturu, demək olar ki, bütün dövlətlərdə
təqribən eynidir. Təhsil Təsnifatının Beynəlxalq Standartına
(International Standart Classificator of Education-İSCED)
görə təhsil 3 pilləli struktura malikdir:
148
1) ilk təhsil;
2) orta təhsil;
3) ali təhsil.
Bu pillələrin bəziləri çoxsəviyyəlidir.
Son zamanlar dördüncü pillə hesab edilən bir sektor da
yaranır. Burada ömürboyu öyrənmək LLL (lifelonq learninq),
hamı üçün təhsil EFA (Education for All), yaşlılar üçün təhsillə
AE (Adult Education) bağlı problemlər diqqət mərkəzinə çəkilir.
İnkişaf etmiş Avropa ölkələri bu sektora xüsusi əhəmiyyət
verirlər. YUNESKO və Almaniya xalq universitetləri birliyinin
Beynəlxalq Əməkdaşlıq üzrə İnstitutu (İİQ DVV) bu sektora çox
diqqət və qayğı göstərirlər.
Strukturanın əhəmiyyəti böyükdür. Yaddan çıxarmaq
lazım deyil ki, struktura xassəni təyin edən faktordur. Misal üçün,
almaz, qrafit və kömür eyni karbon atomlarından təşkil olunublar,
ancaq atomların düzülüşü müxtəlifdir. Belə ki, karbon atomları
almaz kimi strukturlaşanda çox qiymətli materiala, kömür kimi
kristallaşanda çox ucuz materiala çevrilir. Deməli, təhsil
sisteminin strukturu elə qurulmalıdır ki, dövlətin təhsilə ayırdığı
vəsait və təhsilalanların enerjisi, gündəlik vaxtı dövlət
proqramlarında əks olunmuş biliklərə çevrilə bilsin və
gənclərimiz vətənimizin qiymətli övladları kimi yetişsinlər.
Təhsil sisteminin strukturu elə qurulmalıdır ki, təhsilin
məzmununu təşkil edən həm birinci (milli), həm də ikinci (elmi)
blok fənlər öyrəncilər tərəfindən asan mənimsənilsinlər.
İlkin təhsil başlanğıc təhsildir. İlkin təhsil heç də ibtidai
deyil. Orta təhsil ona görə orta təhsil adlanır ki, o ilkin təhsillə ali
təhsilin arasındadır. Ali təhsil ona görə ali adlanır ki, bu pillədən
sonra təhsil prosesi bitir. Bu pillələrin reallaşması zamana görə
müxtəlifdir. Belə ki, orta təhsil Azərbaycanda 4+5+2,
Yaponiyada 6+3+3, ABŞ-da 6+3+3, Gürcüstanda 6+3+3,
Türkiyədə 8+3/4 struktura malikdir. Ali təhsil isə bütün dünyada
təqribən 4+2 formulası əsasında qurulubdur. Səhifə 137-141-də
bir neçə dövlət üçün təhsil sisteminin strukturu göstərilmişdir.
Dostları ilə paylaş: |