136
a) pis;
b) zəif;
v) orta;
q) yaxşı;
d) yüksək.
5 bal sistemində hər səviyyə üçün bir qiymət vahidi
nəzərdə tutulur. 9 bal sistemində isə bu səviyyələrin hər birində
müəyyən dərəcələr (qiymət vahidi blokları) nəzərdə tutulmuşdur:
a) 1, 2;
b) 3;
v) 4, 5;
q) 6, 7;
d) 8, 9.
Göründüyü kimi, 9 bal sistemi əslində 5 bal sisteminə
uyarlığını saxlayır“.
Deyilənlərdən görünür ki, mənimsəmənin faiz göstəricisi
ilə ona uyğun rəqəm göstərici arasında ələqə bu şkalada
unudulubdur. Uğursuzluğun qiymətləndirilməsi bu şkalanın
böyük qüsurudur. Mürəkkəblik, istifadə üçün çətinlik bu şkalanın
digər qüsurlarındandır. Kafi, məqbul həddin qiymətləndirmə
standartının aşağı həddinin olmaması bu şkalanın ən böyük
qüsurudur.
Baxmayaraq ki, kitab “Şagirdlərin təlim müvəf-
fəqiyyətlərinin 9 bal sistemi ilə qiymətləndirilməsi normaları“
adlanır, yuxarıdakı materialdan görünür ki, nəinki uğur, həm də
uğursuzluq 1, 2, 3, 4, 5 rəqəmləri qiymətləndirilir. Uğursuzluğun
qiymətləndirilməsi lüzumsuz olmasına baxmayaraq, ancaq bu
şkalada özünə yer tapıbdır. Hətta aşağıda göstərildiyi kimi 1 ilə 2
qiymətlərinin fərqi də var. “1“ alana attestat verilməyəcək, “2“
alan üçün bu mümkündür. Təhsilin keyfiyyətini aşağı salmaq
üçün bundan uğurlu bir şey fikirləşmək mümkün deyildir. Belə
bir şkala ilə bağlı TN keçrilmiş müşavirdə əldə olunmuş
«ümümi fikir» təəccüb doğurur. Mən hesab edirəm ki, pedaqoji
137
ictimaiyyət bu fikirlərə öz münasibətini bildirməlidir. Əks halda
respublikada belə bir ictimaiyyətin varlığı şübhə altına alına bilər.
Kitabda hər qiymət səviyyəsinə aşağıdakı şərh verilir:
“1“ qiymət ən aşağı səviyyə olmaqla şagirdin pis
oxuduğunu (daha doğrusu, cavab verə bilmədiyini, qeyri-
qənaətbəxş cavab verdiyini göstərir). Bu qiymətə görə şagird
sinifdə saxlanılır, ona attestat verilmir.
“2“ qiymət şagirdin zəif oxuduğunu bildirir. Proqram
materialı haqqında sistemsiz, qırıq-sökük, qeyri-müəyyən, cüzi
bilik, bacarıq və vərdişlərə yiyələnmiş şagirdə “2“ qiymət verilir.
“3“ qiymət proqram materialı haqqında qismən məlumatı
olan, müəllimin köməkçi suallarına cavab verərkən onun
mahiyyətini lazımınca şərh edə bilməyən, inamsızlıq göstərən
şagirdə verilir.
“4“ qiymət proqram materialının müəyyən hissəsini
minimum səviyyədə mənimsəyən, lakin təlim materiallarının
mahiyyətini çətinliklə şərh edən, fikrini sərbəst şərh etməyə cəhd
göstərən, fikri fəallıq priyomlarından zəif istifadə edən, müəllimin
əlavə suallarına qismən cavab verən şagirdə verilir.
“5“ qiymət proqram materiallarını minimum səviyyədə
mənimsəyən, fikrini sübuta yetirməyə çalışan, fikri fəallıq
priyomlarından istifadə etməyi qismən bacaran, müəllimin əlavə
suallarına düzgün cavab verməkdə çətinlik çəkən şagirdə verilir.
“6“ qiymət proqram materiallarını, əsasən, qənaətbəxş
mənimsəyən, fikirlərini sübuta yetirməyə çalışan, fikri fəallıq
priyomlarından istifadə etməyi bacaran, müəllimin əlavə
suallarına cavab verərkən bəzən tərəddüd edən şagirdə verilir.
“7“ qiymət proqram materiallarını yaxşı mənimsəyən,
fikrini sərbəst, aydın şərh edən, fikri fəallıq priyomlarından
sərbəst istifadə etməyi bacaran, müəllimin əlavə suallarına
düzgün cavab verən, nitqində məntiqi ardıcıllığı gözləyə bilən
şagirdə verilir.
“8“ qiymət proqram materialını tam mənimsəyən, fikrini
aydın, sərrast, səhvsiz şərh edən, fikri fəallıq priyomlarından
138
sərbəst, yerli-yerində istifadə edən, yiyələndiyi bilikləri təcrübədə
tətbiq edən, müəllimin əlavə suallarına inamla cavab verməyi
bacaran şagirdə verilir.
“9“ qiymət proqram materiallarını tam və yüksək
səviyyədə mənimsəyən, onunla əlaqədar əlavə məlumatlar da əldə
edən, fikrini heç bir çətinlik çəkmədən aydın, sərrast, düzgün,
rabitəli, obrazlı ifadə edən, fikri fəallıq priyomlarından müstəqil
və yaradıcılıqla istifadə edən, biliyini təcrübədə bacarıqla tətbiq
edən, müəllimin əlavə suallarına sərrast, dəqiq, məntiqi cavab
verməyi bacaran, cavabında yaradıcı təfəkkürün nümunəsini
göstərən şagirdə verilir”.
Bu şkala beynəlxalq əlaqələr üçün də xeyli mürəkkəblik
yarada bilər. Misal üçün, orta attestat qiyməti 7 bal olan məzun
qiymətləndirmə şkalaları 5, 10, 20, 100 olan ölkələrə təhsil
almağa gedərsə, hökmən anlaşılmazlıqla qarşılaşacaq və bu
qiymətin nəyə ekvivalent olması haqqında sənəd tələb
olunacaqdır.
Qiymətləndirmə şkalalarının “bilir“ və “bilmir “
parçalarını bir-birindən ayıran nöqtə cədvəl 14.1-in 3-cü sətrində
göstərilmişdir. Göründüyü kimi 9 ballı şkala üçün bu 5.4, 11 ballı
şkala üçün bu 6.6 baldır. Digər normal şkalalar (5,10,20, 50, 100,
700) üçün isə bu qiymətlər uyğun olaraq tam ədədlərlə (3, 6, 12,
30, 60, 420) ifadə olunurlar.
Çox asanlıqla sübut etmək olar ki, 5, 10, 15, 20 və bunun
kimi ballı qiymətləndirmə şkalaları düzəltmək mümkündür və
məntiqlidir. Ancaq 6, 7, 8, 9, 11, 13, 14, 16 və s. ballı şkala
düzəltmək məntiqsizdir və məqsədəuyğun deyildir. 9 ballı
qiymətləndirmə şkalası sonunculara aiddir.
Beləliklə, təhsildə biliyin qiymətləndirilməsi üçün
müxtəlif şkalalar təklif etmək mümkündür. Burada vacib iki şərt
ödənilməlidir:
biliyin mənimsənilməsinin faiz göstəricisi ilə
rəqəm ifadəsi arasında əlaqə sadə olmalıdır;
mənimsəmənin yuxarı və aşağı həddi dövlət
Dostları ilə paylaş: |