124
istəyiriksə, onda qiymətləndirmənin tarixini, fəlsəfəsini,
məntiqini, nəzəri əsasını öyrənməliyik.
Qiymətləndirmə şkalası haqqında elmi ədəbiyyatda
kifayət qədər elmi məlumatlar vardır. M.V.Arapovun «5 ballı
qiymətləndirmə şkalası! dəyişmə ehtiyac varmı?» (bax. Gnerqiə:
gkonomika, texnika, gkoloqiə», №4, str. 69-72, 2003)
məqaləsində problemin tarixi, məğzi və müasir dövr üçün kəsb
etdiyi əhəmiyyət təhlil edilmişdir.
Məqalədə göstərilir ki, 5 ballı sistem 1837-ci ildə Rusiya
Xalq Təhsili Nazirliyi tərəfindən rəsmi tətbiq edilmiş, sonralar isə
ləğv edilmişdir. 1935-ci ildə ÜKP (b) MK qərarı ilə biliyin 5 ballı
diferensial qiymətləndirmə sistemi təzədən bərpa edilmişdir.
Ancaq biliyin qiymətləndirilməsi rəqəmlərlə yox, sözlərlə ifadə
edilmişdir: «əla», «yaxşı», «kafi», «pis» və «çox pis».
Hal-hazırda istifadə etdiyimiz beş ballı qiymətləndirmə
şkalası 1944-cü ildən bəri bizə məlum şəkildə tətbiq edilir. Ancaq
«1» və «2» qiymətlərinin fərqi aydın təsəvvür edilmədiyinə görə
bu şkala əslində 4 ballı şkala kimi qəbul edilmişdir. Sonradan bu
şkala transformasiya edilərək 12 ballı və 10 ballı şkalalara
çevrilmişdir. Belə ki, «5», «4», «3» və «2» qiymətlərinin hər
birini müsbət (+) və mənfi (-) çalarlarla fərqləndirərək (5+, 5, 5-)
bu şkala avtomatik 12 ballı şkalaya çevrilmişdir. Əgər 2
qiymətini ancaq bir səviyyəli qəbul etsək, onda bu şkala 10 ballı
şkalaya çevrilir: 5+, 5, 5-, 4+, 4, 4-, 3+, 3, 3- və 2.
Qeyd edək ki, 2001/02 tədris ilində Belorusiyada 10 ballı,
Ukraynada (2000/01) isə 12 ballı qiymətləndirmə şkalaları rəsmi
olaraq tətbiq edilir.
Praktiki fəaliyyətimizdən və qiymətdirmənin məntiqindən
bilirik ki, biliyin qiymətləndirilməsinin beş ballı şkalasında
mövzunu (fənn proqramını və s.) əla bilənə 5 (beş), yaxşı bilənə
4 (dörd), kafi bilənə 3 (üç) qiymət verilir. Mənimsəmənin
dərəcəsi ilə qiymət rəqəmləri arasındakı bu əlaqədən bəzi
nəticələr əldə etmək mümkündür. Çox təəssüf hissi ilə qeyd
edirəm ki, Y.Kərimovun redaktorluğu altında nəşr olunmuş
125
kitablar mənimsəmənin qiymətləndirilməsinə həsr edilsə də, nə
mənimsəmə, nə də qiymət anlayışlarına aydınlıq gətirilməmiş və
ya tərif verilməmişdir. Bu səbəbdən də əvvəlcə, bəzi anlayışlara
aydınlıq gətirmək lazımdır. Mənim subyektiv fikirimə görə:
qiymət – proqram materialının mənimsənilmə dərəcəsinin
rəqəmlərlə ifadəsidir. Başqa sözlə, qiymət biliyin, fənnin,
proqramın mənimsənilməsinin %-lə göstəricisinin rəqəmlərlə
ifadəsidir;
mənimsəmə – dövlət tərəfindən qəbul edilmiş tədris
proqramını (və ya proqramlarını) minimum normadan (standarta
uyğun hissədən) çox bilməkdir. Başqa sözlə, qiymət
mənimsəmə – proqram materialını 60%-dən çox bilmək
deməkdir. Bəşəri təcrübədə proqramı materialını 60%-dən az
bilmək qeyri-məqbul (qeyri-kafi) hesab edilir.
Beləliklə, 5 ballı şkalanı qrafik olaraq aşağıdakı kimi
təsvir etmək olar.
L
m
L
l
Şəkil 14.1 Mənimsəmə şkalası
Harada ki, L
L
-bilir parçasının, L
m
-bilmir parçasının
uzunluğudur.
Məlum həqiqətlərdən naməlum səbəbə tərəf gedərək bəzi
nəticələr əldə etmək mümkündür:
126
1) 5 ballı şkala “bilir“ və “bilmir“ kimi iki parçaya
bölünür. Keyfiyyətli təhsil üçün bilmir parçasının uzunluğu, bilir
parçasının uzunluğundan çox olmalıdır. Sovet təhsil sistemində
bilmir parçasının uzunluğu, bilir parçasının uzunluğundan 20%
çox idi.
2) Bölünmə şkalanın 3 nöqtəsinə uyğun gəlir. Bu nöqtə
biləni bilməyənlərdən ayırır. Kafi səviyyədən aşağı bilik
səviyyələrinin qiyməti qeyri kafi, qeyri məqbul hesab edilir ki,
bunun da rəqəmlə ifadəsi «2»-dir. Üç (3) qiyməti məqbul həddin
rəqəmlə ifadəsidir. Bu hədd dövlət standartı hesab edilməlidir və
pozulmazdır. Təhsil sahəsində mənimsəmənin aşağı (minimum)
və yuxarı (maksimum) həddini dövlət tərəfindən qanunla
müəyyənləşdirilməlidir. Minimum səviyyədən aşağı biliyi dövlət
və cəmiyyət qəbul etməməlidir. Bu səbəbdən də müxtəlif
dövlətlər üçün (və ya təhsil müəssisələri üçün) bu hədd müxtəlif
ola bilər. Dövlət qüdrətləndikcə bu hədd sağa, təhsil sistemi
korlandıqca bu hədd sol tərəfə sürüşür.
Bu nöqtəyə uyğun bilik ona görə kafi, məqbul hesab edilir
ki, bu nöqtədə tədris proqramı 60% mənimsənilir, dövlətin
xərclədiyi vəsaitin 60%-i biliyə çevrilir. Bundan aşağı
mənimsəməni heç bir normal dövlət qəbul etməməlidir.
3) Bu parçaların hər birinin öz məxsusi cəhətləri var.
a) “Bilir “ parçasının məxsusi cəhəti bundan ibarətdir ki,
mənimsəmənin dərəcəsini göstərmək məqsədi ilə şkala
səviyyələrə bölünür. 5 ballı şkalada bu səviyyələr 3, 4, 5
rəqəmləri ilə göstərilir.
b) «Bilmir» parçası (biliksizlik) dərəcələrə bölünmür. Pis
pisdir, pisin yaxşısı, babatı olmur. Bu səbəbdən də “bilmir“
parçası belə səviyyələrə bölünmür. “Bilmir“ parçasını səviyyələrə
bölmək əbəsdir. Çünki qaradan o yana rəng yoxdur. Şkalanın (0-
3) parçasına uyğun gələn istənilən bilik səviyyəsinin qiyməti şərti
olaraq “2”“ rəqəmi ilə göstərilir.
Məşhur fizik Viqnerin bir kəlamında deyilir: “Bilik
uğrunda döyüş lazımdır“. Təhsil məsələsi də elə döyüş
Dostları ilə paylaş: |