121
əmridir. Bəşəriyyətin inkişafı, cəmiyyətin stabilliyi bu kəlama,
bəşəri dəyərə əməl etməkdən çox asılıdır. Ancaq bu məsələ
bəşəriyyətin ən çətin məsələlərindən biridir. Ona görə ki, bütün
dövürlərdə bilməyənlərin sayı bilənlərin sayından qat-qat çox
olduğuna görə onların cəmiyyətə təsir etmək imkanları da daha
çox olubdur. Natarazlığın əsas səbəbi bundan ibarətdir ki, bilənlər
ömrünü bilik toplamağa, düzgün davranış qaydaları öyrənməyə,
qalanları isə düz və əyri yolla var toplamağa həsr edirlər.
Bilməyənlər pul, var hesabına tərəzinin gözünü özləri tərəfə
həmişə əyə biliblər.
XX əsrin ikinci yarısında təhsil sferasında bəşəri və tarixi
əhəmiyyətli hadisə baş verdi. Bu hadisə, sözün yaxşı mənasında,
«partlayış» effekti yaratdı. Bir çox ölkələrdə təhsilli insanların
sayı təhsilsiz insanların sayına nisəbətən zaman keçdikcə artdı.
Yer kürəsinin əhalisi təhsilin işığından və istisindən
faydalanmağa başladı.
Müasir Qərb ölkələrində, açıq və demokratik
cəmiyyətlərdə bu bölgünü düzgün aparmaq məqsədi ilə ictimai
şüura yeridilən yeni paradiqma bundan ibarətdir ki, sənaye
bazalı cəmiyyətlərdən elmi və informasiya bazalı cəmiyyətlərə
keçmək lazımdır. Fəxr etməyə dəyər ki, cəmiyyətin idarə
olunmasında, qurulmasında təhsildən və elmdən istifadə etmək
ideyasını Həsənbəy Zərdabi hələ XIX əsrin axırlarında
söyləmişdir (Bax: ASE, IV cild, səh. 323). Hələki Şərq
ölkələrində bu paradiqmadan istifadə edilmir. Biləni bilməzdən
ayırmaq prinsipinə düzgün əməl etməmək bizi kifayət qədər geri
dartır, irəliləməyimizə imkan vermir.
X1X əsr Azərbaycanın mütəfəkir insanlarının ünvanında
«molla» titulundan istifadə edilmişdir: «Molla Pənah Vaqif»,
«Molla Vidadi» və s. XX əsrin əvvəllərində «molla» titulu
deqradasiyaya uğradı və ictimai qınaqla qarşılaşdı.
XX əsrin ortalarında cəmiyyətin hörmətli insanlarını
«müəllim» deyib müracət etdilər. İndi müəllim tituluda təhlükə
122
altındadır. Bu titulun hörmətdən düşməsinin əsas səbəbi biliyin
qiymətləndirilməsində müəllimlərin buraxdığı qüsurla bağlıdır.
Təhsil sahəsində də Qurani Kərimin əmrinə düzgün əməl
edilmir. Təəssüflər olsun ki, müəyyən bilik səviyyəsini özündə
əks etdirən və dövlət tərəfindən verilən həm attestatı, həm də
diplomu pulla əldə etmək mümkündür.
Təhsil sisteminə dövlət və cəmiyyət böyük miqdarda pul
xərcləyir. Bu vəsaitin effektiv xərclənməsinin əsas göstəricisi
təhsilin keyfiyyəti və biliyin qiymətləndirilməsidir. Biləni
bilməzdən ayırmaq üçün ölçü, meyar lazımdır. Təhsil sistemində
biliyin qiymətləndirilməsi çox vagib prosedurlardan biridir.
Biliyin beşballı qiymətləndirmə şkalası XX əsr boyu
Azərbaycan təhsil sisteminə yetərincə qulluq edib və öz tarixi
rolunu oynayıbdır. Daha dəqiq şkalaların tətbiqinə ehtiyac
duyulur. Beş ballı şkalada müəllimin bir bal səhv etməsi (üzürlü
və üzürsüz səbəblərdən) 20 faiz xəta törədir. Yəni proqramın
mənimsənilməsi və iqtisadi vəsaitin xərclənməsi məsələsində 20
faiz xəta yaranır. Bu çox böyük xətadır və bir çox cəhətdən
cəmiyyətin, dövlətin əleyhinə işləyir. Təkcə bu faktın özü yeni
qiymətləndirmə şkalasının gərəkliyini aktual edir. Azərbaycan
təhsil sistemində əsasən iki (5 ballı, 700 ballı) qiymətləndirmə
şkalasından istifadə edilir. Bir çox özəl universitetlərdə isə bilik
100 ballı şkala ilə qiymətləndirilir. Hələ üstəlik 9 ballı sistemlə
bağlı Təhsil Nazirliyi tərəfindən təcrübə aparılır. Bütün bunlar
təhsil mühitini həm çox mürəkkəbləşdirir, həm də vahidliyini
pozur.
Azərbaycan təhsil sistemində bu problem heç zaman
diqqət mərkəzində olmamışdır. Bu problemlə bağlı araşdırmalar
apararkən cəmi iki işə rast gəlindi. Bu işlərin biri A.Mehrabov və
A.Əliyevin «Təhsil sistemində qiymətləndirmə problemi və
onun reallaşdırılması imkanları» («Bilgi» dərgisi. Təhsil.
Mədəniyyət. İncəsənət №2, səh.3-10, 2002) məqaləsidir. Bu
məqalədə biliyin qiymətləndirilməsindən yox, təhsil sisteminin
müxtəliv
struktur
hissələrinin
fəaliyyətinin
qiymətlən-
123
dirilməsindən söhbət gedir. İkinci iş Azərbaycan Elmi-Tədqiqat
Pedaqoji Elmlər İnstitutunda Y.Kərimovun redaktorluğu ilə çap
olunmuş “Şagirdlərin təlim müvəffəqiyyətlərinin 9 bal sistemi
ilə qiymətləndirilməsi normaları“ (Bakı-2000, təkrar nəşri-
2002. 144 səh.) kitabıdır. Bu kitablarda biliyin qiymətlən-
dirilməsinin 9 ballı şkalası tərənnüm edilir. Hər iki nəşirdə bu
problemlə bağlı nə tarixi ənənə, nə də bəşəri təcrübə dərindən
öyrənilməyibdir. Bu səbəbdən də elmi ədəbiyyata istinad yoxdur.
Belə qənaətə gəlmək olar ki, bu problem Azərbaycan
pedaqoqlarını heç zaman düşündürməmiş və onlar beşballı
şkalanı mütləq düz şkala hesab etmişlər.
Qiymətləndirmə prosesinin inkişaf tarixini, məntiqini,
nəzəri əsasını, fəlsəfəsini bilmədən mövcud qiymətləndirmə
şkalalarının məğzini, dəyərini düz şərh etmək çətin məsələdir. Bu
məntiqi, fəlsəfəni tapmaq isə asan deyildir. Bunun üçün elmi
araşdırmalar aparmaq məlum nəticədən naməlum səbəbə tərəf
getmək lazımdır.
Bu yerdə gündəlik həyatımızdan bir analogiya gətirmək
istəyirəm. Həyatımızda məişət cihazlarından istifadə edirik.
Bunların biri də, deyək ki, elektrik çaynikidir. Biz elektrik
çaynikindən istehsalçının hazırladığı təlimata uyğun istifadə
edirik. Təlimatda isə, adətən, yazılır ki, çayniki su ilə doldurub,
sonra dövrəyə qoşun. Bu sadə bilik bu cihazdan istifadə etməyə
kifayət edir. Ancaq təlimatda yazılmayıb ki, bu çaynik işləyərkən
fizikadan məlum olan həm Om qanunundan, həm də Coul-Lens
qanunundan istifadə edilir. Bu dərin biliklər istehsalçı üçün
vacib, istehlakçı üçün qeyri-vacibdir. Əgər biz çaynik istehsal
etmək istəyiriksə, hökmən bu işin nəzəri əsasını öyrənməliyik.
Biz təhsilalanların biliklərini qiymətləndirmək üçün 5
ballı şkaladan «istehlakçı» qismində istifadə etmişik. Bu şkalanı
biz yaratmamışıq, ancaq təlimata uyğun istifadə etrmişik. Bu
səbəbdən də şkalanın nəzəri əsasını, fəlsəfəsini, kölgədə qalan
məntiqini bilmirik. Biz yeni qiymətləndirmə şkalası qəbul etmək
Dostları ilə paylaş: |