51
xərclənməsinə baxmayaraq, nəinki ali təhsilli, elmlər namizədi,
heç elmlər doktoru, professor xarici dil bilmir. Mən inanmıram
ki, ismtənilən Avropa dövlətində, misal üçün Almaniyada alman
dilindən başqa dil bilməyən professoru alman cəmiyyəti qəbul
edə.
Bu xəstəliklərin qarşısını almağın ən asan və ədalətli yolu,
zəruri biliyi olmayan təhsilalanı təhsilin yuxarı pilləsinə
buraxmamaqdır. Təhsil sistemində keçid imtahanlarını ədalətlə və
ciddi aparmaq lazımdır. Ədalətsizlikdən yeni ədalətsizliklər
törəyir. Dördüncü sinif səviyyəsində biliyi olmayanı beşinci
sinifə, səkkizinci sinif səviyyəsində biliyi olmayanı doqquzuncu
sinifə, 11-ci sinif səviyyəsində biliyi olmayanı ali məktəbə,
birinci kurs səviyyəsində biliyi olmayanı ikinci kursa
buraxmamaq lazımdır. Belə olan halda təhsil sistemi bu
xəstəlikdən azad olar.
Yuxarıda qeyd edildiyi kimi Təhsil Nazirliyi dövlətin
təhsilə ayırdığı pulu öz sisteminin köməkliyi ilə biliyə, bacarığa
və vərdişə çevirməlidir. Yəni təhsil sistemi maddi varlığı
intellektual varlığa çevirməlidir. Bu proçsesdə böyük hikmət
gizlənir. Beləki, maddi varlıq xırcləndikcə azalar, intelektual
vaprlıq xərcləndikcə çoxalar. İntellektual sərvətin maddi
sərvətdən əsas fərqi bundadır ki, onu kimsə kimə bağışlaya
bilməz, hədiyyə də edə bilməz. Kiminsə köməyi, dəstəyi ilə
vəzifə almaq olar, varlanmaq olar, ancaq ali təhsil, alimlik
dərəcəsi almaq mümkün olmamalıdır. Tapşırıq zamanı dövlətin
təhsilə ayırdığı sərmayə biliyə çevrilmir. Çünki ortada əmək
yoxdur. Həm tapşırıq”, həm də pulla” qiymət yazılarkən dövlətin
pulu biliyə çevrilmədiyindən dövlət mənafeyinə zərbədir. Digər
tərəfdən, bu prosesin nəticəsində mənəvi mühit korlanır. Şəxsi
mənafe milli mənafedən üstün tutulur. İnsanda ülvi hisslər
korlanır. Savadlı gənclər sınırlar. Mükəmməl biliyin zəruriliyinə
ehtiyac duyulmur. “Tapşırıq”“, “rüşvət”“ orta və ali məktəblərdə
uşaqları və gəncləri ədalətsiz edir. Bədbin ruhda tərbiyə edir,
daha doğrusu, tərbiyə sistemini pozur. Onların müxtəlif sahələrdə
52
zirvəni fəth etmək potensialını zəiflədir. Orta məktəblərdəki
ədalətsizliklər şagirdlərin kövrək qəlbini sındırır. Ümidsiz
insanlara çevirir. Bu isə xeyriyyəçiləri, valideynləri məktəbdən
uzaqlaşdırır, onlarda məktəbə doğmalıqdan çox, biganəlik hissi
aşılayır. Bir neçə misal çəkmək istəyirəm.
1. Amerikanı kəşf vedən Xristofor Kolumb bir ziyafətdə
iştirak edirmiş. Məclisdəkilərin biri lətifə söyləyir, biri şer deyir,
digəri maraqlı söhbət edir. Kolumbun kəşfi arzu etdiyi kimi
diqqət mərkəzinə çəkilmir və adilərdən hesab olunur. Kolumb
söhbətə qarışır və stolun üstündən bişmiş bir yumurtanı götürür
və deyir: kim bu yumurtanı stolun üstə dik qoya bilər? Stol
ətrafında oturanların hamısı cəhd edir, ancaq yumurta yıxılır.
Növbə Kolumba çatır. O, yumurtanın dik tərəfini stola bərk vurur
və sındırır sonra yumurtanı dik qoyur. Hamı etiraz edir və deyir
ki, biz də belə edə bilərdik. Kolumb onlara deyir: “Elə mən
Amerikanı da belə qeyri-adi addım atmaqla kəşf etmişəm”.
Əsas odur ki, insan qeyri-adi, qeyri-standart addımları ata
biləsən. Rüşvətlə, tapşırıqla tələbələr ali məktəblərin
koridorlarında sınırlar. Onlar gələcəkdə X.Kolumb kimi qeyri-
standart addımlar ata bilməyəcəklər.
2. “Space“” TV kanalının 2002-ci il yanvarın 17-də «Ailə
üçbucağı»” verilişində çıxış edən Ramin adlı bir gənc dedi ki, ali
məktəbdə biliyin düzgün qiymətləndirilməməsi, daha açıq desək,
bilməyənlərin imtahanlara şax girib, şax çıxması, bilənlərin
qiymətinin azaldılması gənclərimizi sındırır, onları bədbin edir
və qəhrəmanlıq potensialını əlindən alır. Mən bu gəncin fikirləri
ilə razıyam.
O müəllimlər ki, tapşırığa baxmırlar, güzəştə getmirlər,
onlar dövlətin mənafeyini qoruyurlar. Onlar az əmək haqqı ilə
dolanır, ancaq milli mənafeyi şəxsi qazancdan üstün tuturlar. Mən
bu mənəviyyatı təmiz insanları dövrümüzün qəhrəmanları hesab
edirəm. Tapşırığa baxanlar isə dövlətin mənafeyinə zərbə
vururlar. Çox təəssüf ki, ictimai şüurda tapşırığa baxan müəllim
müsbət imicə malikdir, çünki mülayimdir, həlimdir. Məsələyə
53
lokal yanaşsaq, bəlkə də bu addımda xeyirxahlıq vardır, qlobal
baxımdan tapşırığa baxanlar dövləti mənafeyə zərbə vururlar.
Dövlət təhsil müəssisələrində tapşırıq zamanı dövlət və
milli mənafe şəxsi mənafeyə qurban verilir. Özəl təhsil
müəssisələrində tapşırıq zamanı sahibkarın mənafeyi xüsusi
mənafeyə qurban verilir. Dövlət, mənafeyi tapdalananda dözür,
ancaq sahibkar dözmür və dözə də bilməz. Bu səbəbdən də
normal özəl məktəblərdə bu xəstəliklər olmamalıdır.
Rüşvət inkişaf etmiş ölkələrdə də müşahidə olunan sosial
bəladır. Cavan demokratik quruluşlarda rüşvətin yayılmasına
şərait daha çoxdur, çünki inzibatçılıq və ictimai nəzarət azdır.
Belə quruluşlarda dövlət qanunlarla daha ciddi şəkildə idarə
olunmalıdır.
Ali məktəbə qəbul statistikasına diqqət yetirsək görərik ki,
2000-ci ildə test imtahanında iştirak edənlərin cəmi 10%-i 420
baldan çox bal toplayır. Dövlət təhsilə müdafiədən çox pul
xərcləyir, ancaq bu pul rüşvətin hesabına biliyə çevrilmir, sanki
yanıb heç olur. Nəticədə millət düşünə bilən yox, aldanılan
millətə çevrilir. Çünki orta məktəbdə gənc, həm fiziki, həm də
mənəvi cəhətdən sınır.
Sovet dövründə mütəxəssis hazırlığının keyfiyyəti ilbəil
aşağı düşürdü. Vəsait çatmırdı. Moskva Aviasiya İnstitutunun
keçmiş rektoru, mənim də yaxından tanıdığım akademik
Y.A.Rıjov mərkəzi TV ilə etdiyi çıxışlarının birində qeyd etdi ki,
biz mühəndis hazırlamırıq, biz mühəndisin müqəvvasını
hazırlayırıq. O zaman bir mühəndisin hazırlanmasına 5000 rub.
(5000 ABŞ dollarından çox) vəsait ayrılırdı. Bu vəsait artan
tələbatı ödəmirdi, baxmayaraq ki, dərs vəsaiti və digər köməkçi
vasitələr təhsil müəssisələrinə öz maya dəyərindən aşağı qiymətə
satılırdı.
Orta təhsilə növbəti zərbə məktəbi medalla qurtarmaq
praktikasına son qoymaqla və medalın statusunu azaltmaqla
vuruldu.
Dostları ilə paylaş: |