47
müqabilində aldığı pul, qiymətli əşya, mülk və digər şeylərdi.
Vəzifəli şəxs rüşvət alaraq dövlət mənafeyini öz şəxsi
mənafeyinə
qurban verir. Dövlət zəifləyir, müqavimət qüvvəsi azalır.
Vətəndaşın dövlətə inamı zəifləyir. Rüşvətin nəticəsində qazanan
(heç bunu qazanmaq da saymaq düz deyil, ölkəmizin rüşvətlə
varlanan bir çox adamları xaricdədirlər, heç Vətənə dönə
bilmirlər) rüşvəti verən və alandır. İtirən isə dövlətdir.
Mənim qənaətimə görə, rüşvət kütlənin mənafeyinin şəxsi
mənafeyə qurban verilməsidir. Bu
səbəbdən də rüşvətxor məmuru
kütlə sevməz. Kütlənin mənafeyini mənimsəmək cinayətdir. Milli
qəhrəmanlığa diametral əks hadisədir, çünki qəhrəmanlıq fərdin
kütlə yolunda özünü fəda etməsidir. Hər bir həqiqi ziyalı
ümumxalq mənafeyini şəxsi mənafedən yüksək tutmalıdır. Dövlət
rüşvətə qarşı ciddi mübarizə aparmalıdır.
Təhsildə rüşvət: Müşahidələr göstərir ki, rüşvətxor
müəllimə maraqlı deyil ki, şagird, tələbə dərsə gəlsin, dərsin
öyrənsin, əks halda o, rüşvət ala bilməz. Bu cür xislətli
müəllimlər dərsi mürəkkəb deyir, həm də əlaçı tələbəyə və ya
hörmətli müəllim övladına imtahanın başlanğıcında 2 yazır ki,
sinfi (qrupu) şoka salsın, sonra pul yığsın.
Rüşvətin cəmiyyətə, dövlətə vurduğu ziyan və zərbələr
haqqında fikirlərimi “Keçid dövrünə fəlsəfi baxış“” kitabımda
(Bakı, 1998, s.61) söyləmişəm. Əlavə qeyd etmək istəyirəm ki,
rüşvət müstəqilliyimizin əleyhinə işləyən amansız qüvvədir.
Azərbaycanın müxtəlif adlı, ünvanlı xarici düşmənlərindən heç
biri onu diz çökdürə bilmədi. Amma rüşvət daxildən müstəqiliyyə
böyük ziyan vura bilər.
Dövlət, cəmiyyət, məmur olan hər yerdə, hər ölkədə
prinsipcə rüşvət vardır. Dövlətin nizam-intizamından asılı olaraq,
müxtəlif ölkələrdə bu prosesin masştabı müxtəlifdir. Dünyanın ən
sivil, inkişaf etmiş ölkəsində də rüşvət müşahidə olunur. Amma
bu ölkələrin təhsilində rüşvət yoxdur. Azərbaycan təhsilində
rüşvətin miqyası genişdir. Azərbaycan təhsilində rüşvətin
olmasından çox narahat olmağa bəlkə də dəyməz. Ona görə ki,