38
gələcək taleyi tələb edir. Qurani-Kərimin bir ayəsində deyilir:
«Ölçüdə və qiymətdə aldadanların vay halına».
Müqəddəs kitabımızın bu ayəsinə müəllimlərimiz riayət
etməlidirlər.
Bu keçidlərdən sonra dövrün tələbinə uyğun daimi
özünütəhsilləndirmə prosesi başlayır. Öz ixtisasını mükəmməl
bilən alim və ya müəllim qonşu və qohum ixtisasları da
öyrənməyə maraqlıdır. Çünki bu üfqi keçidlərin də elmdə rolu
çox böyükdür. Elmlərin kontaktında böyük elmi uğurlar
qazanmaq mümkündür.
Vətənpərvərliyi, milliliyi özündə əxz edən keyfiyyətin
əxlaq toplananı bütün ciddiliyi ilə keçidlərdə nəzərə alınmalıdır.
39
9. Sovet təhsili: fəlsəfəsi, uğurları və qüsurları
“Azərbaycanda 1920-ci ildən indiyə qədər
mövcud olan təhsil sistemi sovet təhsil
sisteminin bir hissəsidir”.
Heydər Əliyev
Bugünkü dünyəvi təhsil sistemi təkamül yolu ilə
qərarlaşmışdır. Sovet təhsil sisteminin əsasında qurulan təhsil
sistemimiz bir çox on illər ərzində inkişaf edərək, milli fəxr
yerimizə çevrilmişdir. Keçid dövrünün başlanğıcına qədər dünya
ölkələrinin çoxu üçün problem olan bir çox təhsil problemləri
milli təhsil sistemində öz həllini uğurla tapmışdır. Beləki:
əhali tamamilə təhsilə cəlb edilmişdir;
qadın və kişilərin təhsilalma əmsalları təhsilin
müxtəlif səviyyələrində yüksək idi;
məktəbdə yüksək əmək intizamı mövcud idi;
məktəblər, təhsilalanlar dərslik və dərs vəsaitləri ilə
təmin edilmişdir;
beynəlxalq olimpiadalarda təhsilalanlar yüksək
nailiyyət qazanırdılar;
sinifdəqalma əmsalı az idi;
təhsildən kənarda qalmamaq qanunla qorunurdu.
90-cı illərin əvvəllərində sosialist lagerini iqtisadi böhran
bürüdü. Əsas səbəb qeyri rentabelli müəssisələrin çoxluğu və
müasir bank sisteminin olmaması idi.
İqtisadi böhran əhalini sürətlə kasıblaşdırdı. İlk baxışda
təhsil sistemi bu prosesdən kənarda qaldı. Dünya Bankının
mütəxəssislərinin fikrincə, hal-hazırda MDB ölkələrinin çoxunda
təhsil gizli böhran vəziyyətindədir.
Sovet təhsil sistemi bəşəri təhsil sisteminin prinsipləri
əsasında qurulmasına baxmayaraq, məxsusi cəhətlərə malik idi.
Sovet təhsil sisteminin fəlsəfi əsası və bu əsasda aparıcı müddəası
bundan ibarət idi ki, kütləni təhsilləndirsin, bununla da fərdlərin
40
təhsil səviyyəsini yüksəltsin. Yəni cəmiyyətin təhsil səviyyəsini
yüksəltmək üçün diqqət mərkəzinə şəxslər yox, kütlə çəkilirdi.
Bayrağında oraq və çəkicin şəkli olan cəmiyyət marksizmdən
bəhrələnərək oraq və çəkicin daşıyıcılarını özünün xilaskarı hesab
etdiyindən kütlənin təhsilli olmasına çalışırdı. Dövlət bu
konsepsiyaya sadiq qalaraq hər kənddə, obada məktəb açmışdı,
necə deyərlər, Məhəmməd dağa tərəf getmirdi, dağ Məhəmmədə
tərəf gəlirdi. «Rabfaklar», axşam fakültələri, şəhərlərdə
yataqxana şəbəkələri həmin konsepsiyanın həyatda yaşamasının
təzahür formaları idi. Bu konseptual müddəa sovet təhsilinə
beynəlxalq uğur gətirmişdir.
Sovetlər
zamanında təhsilin üfqi istiqamətdə inkişafı
aparıcı idi və dövlət siyasəti səviyyəsinə yüksəldilmişdi. Bu
sistemdə kəmiyyət əsas göstərici kimi çıxış edirdi. Sovet dövləti
bunu pulunun çoxluğundan etmirdi. Bunun siyasi səbəbi var idi.
O da bundan ibarət idi ki, sosial ədalətli bir cəmiyyət qurmaq
kimi tarixi missiyanı öz üzərinə götürmüş proletariatın
övladlarını savadlandırsın.
Orta məktəb təhsilində «depersonlaşma» ideyası bu gün
təhsildə baş verən bütün qüsurların əsas səbəblərindən biridir.
Sovet təhsil sistemi təhsilin şaquli inkişafına, yəni
keyfiyyətə lazımi diqqət yetirmirdi. ABŞ-ın bir universitetində
işləyən Nobel mükafatı laureatlarının sayı bütün sovetlər
ölkəsindəkilərdən çox idi. Kəmiyyət-keyfiyyət münasibətləri
keyfiyyətin yox, kəmiyyətin xeyrinə inkişaf edirdi.
Sovet təhsil sistemi forma və məzmun baxımından bəşəri
təhsil sisteminə anoloji idi. Ancaq təhsilin məzmununda sosialist,
kommunist ideyaları üstün yer tuturdu.
Sovet təhsilində liberal və demokratik dəyərlərin tətbiqi
yox dərəcəsində idi. İdarəetmə şaquli ox üzərində qurulmuşdur.
Ucqar dağ rayonunun kənd ibtidai məktəbinin direktorunu da
Bakıda nazir təyin edirdi. Hər universitet rektorunun üzərində
çoxqat nəzarət var idi. Sovet dönəmində təhsilin inkişafında
cəmiyyətin rolu demək olar ki, yox dərəcəsində idi.
41
Sovet sisteminin mahiyyətindən doğan qüsurlar,
problemlər də təhsil sistemində az deyildi. Ən böyük qüsurlardan
biri də təhsilin məzmunu ilə bağlı idi. Orta təhsilin məzmunu
“orta sovet adamı“ yetişdirməyə yönəldilmişdi. Bu təhsildə
millilik az, kosmopolitizm çox idi. Sovet təhsili Pavlik Morozovu
gənclərə nümunə kimi təblğ edirdi. Təhsildə ənənəçilik yox
dərəcəsində idi. Bu təhsilin yaratdığı qüsurları biz Qarabağ
münaqişəsinin gedişində əyani olaraq gördük.
Adi şəxsdən
ali şəxsə kimi hamının danışığında ikiüzlülük, ikili standartlar,
şəxsi mənafe üstünlük təşkil edirdi.
Sovet dövründə Respublikanın Təhsil Nazirliyi öz
fəaliyyətində əsasən təyinedici və paylayıcı funksiyaları yerinə
yetirirdi. Bunu isə ölkəmizdə müstəqil yox, yarımmüstəqil dövlət
olması ilə izah etmək olar. Çünki Respublika Təhsil Nazirliyi öz
fəaliyyətində lazım olan elmi-nəzəri müddəaları, əsasnamələri
özü hazırlamırdı, mərkəzdən hazır şəkildə alırdı.
Təhsil müqəddəs fəaliyyət sahəsi olduğundan burda
uğurlar da, qüsurlar da düz söylənməlidir. Keçid dövrünün
yaratdığı şəraitdin istifadə edib pisə yaxşı, yaxşıya isə pis demək
olmaz. Burda qüsurlara göz yummaq və ya onu təkrarlamaq
yolverilməzdir.
9.1 Uğurlar
Demək olar ki, hamımız sovet təhsil sistemində təhsil
almışıq, ondan bəhrələnmişik və ondan da imtina etmişik. Sovet
təhsil sistemi Yer kürəsinin böyük bir hissəsində savadsızlığı ləğv
etmişdir, dəyərli alim, mühəndis, həkim, müəllim ordusu
yaratmışdır. Ancaq çox təəssüf ki, kifayət qədər biliyi olmayanlar
da diplom əldə edə bilmişlər. Sovet təhsil sisteminə məhz bu cür
hərəkətlər gölgə salmışdır. Ola bilsin ki, SSRİ-nin dağılmasında
bu faktor da böyük rol oynamışdır.
Təhsildə uğurlarımız da az deyildir. Əhalimizin 100%
savadlı olması bizim ən böyük uğurumuzdur. Orta təhsilin icbari
olması, gənclərimizin 1/3 hissəsinin ali məktəblərdə təhsil alması,
Dostları ilə paylaş: |