Şeirsiz yaşamaq olmayan yerdə



Yüklə 5,16 Kb.
Pdf görüntüsü
səhifə50/78
tarix16.11.2017
ölçüsü5,16 Kb.
#10428
1   ...   46   47   48   49   50   51   52   53   ...   78

 
245 
ÖVLAD İTKİSİ 
 
Övlad itkisindən üzülən bir nisgilli ata ilə qəbirstanlığa, oğ-
lunun məzarını ziyarətə getmişdik. 
Dini ritualla mərhumu məzarda salamladıq, fatihə verib ru-
huna dualar oxuduq. Gözüm birdən dərdli atanın ağrıdan və 
əzabdan soluxmuş gözlərinə və çöhrəsinə sataşdı. İlahi, bu nə bö-
yük iztirab idi!  
İkimizin də sifəti isti göz yaşları ilə aramsız islanırdı... 
 
Atan gəlib salamına, bir oyan, bala,  
soyuq daşlar arasında uyuyan bala.  
Səndən sonra nə çəkirəm, biləsən hardan,  
daha məni kim qurtarar bu intizardan?  
Qalx, atanın önündə dur, salamını al,  
bax üzülən çöhrəsinə, qayğısına qal.  
Ah, nə acı zəhər idi, içitdin mənə,  
can çəkirəm hər gələndə ziyarətinə.  
Bu nə oddur vurdun mənim canıma, bala,  
bəs, bu ömür, çağır gəlim yanına, bala.  
Səndən sonra ev-eşikdən bezmişəm tamam,  
əllərimi bu dünyadan üzmüşəm tamam.  
Qalx, dəyişək yerimizi, gözüm qurbanı,  
qəbirinə vurulmuşam, boyun heyranı.  
Dayanmışam gözü yaşlı, ürəyi titrək,  
sən gələydin ziyarətə qəbrimi gərək.  
Bu nə yükdü qoydun mənim boynuma, axı 
övlad gələr atasının yanına, axı.  
Daşa dəydi qəlibimdəki arzum, muradım,  
ömür deyil, işgəncədir qalan həyatım.  
Kim alacaq tabutumu, çiyninə, oğul,  
atan geysin kəfənini əyninə, oğul?  
Ah, bu acı rüzgar qəfil əsdi haradan
ah, nə ağır zülmdü bu, verdin, Yaradan?  
Nəydi onun suçu, axı keçə bilmədin,  
yoxsa sən də haqq-nahaqqı seçə bilmədin?  
Bəlkə mənim günahımın qurbanıdır o,  


 
246
bəlkə sənə lazım olan qurbanlıqdır o?  
Bəlkə elə öz cəzamdı çəkirəm, Allah,  
gecə-gündüz göz yaşları tökürəm, Allah?  
Bəlkə, bəlkə... bu bəlkələr alsın canımı,  
göndər, bəlkə Əzrayılın kəssin yanımı?  
Çünki daha Adın boyda səbrim tükənmiş,  
çünki daha ümid adlı çırağım sönmüş!  
Ümid odu sönmüşlərin qalmaz inamı,  
nə bu ömrü istəyirəm, nə o dünyanı...  
                  *** 
Ay haray, bala dağı,  
baş közü, qala dağı.  
Bütün dağlar ağrıdar,  
çərlədər bala dağı. 
 
 
 
OXU, FÜSÜNKAR GÖZƏL 
 
Mahir ifaçı, dəyərli müğənni Aygün Kazımova Kremlin məşhur 
konsert sarayında bir bənzərsiz musiqi proqramı ilə çıxış etdi. 
Möhtəşəm Kreml salonunun tamaşaçıları azəri qızını ayaq üs-
tə alqışladılar. Tanınmış rus müğənnisi Filipp Kirkorov səhnədə 
onunla birgə oxuduqdan sonra heyrətini gizlədə bilməyib, Aygü-
nün ifasına və gözəlliyinə  məftunluqla, həmyerlimizin qarşısında 
nümayişkaranə diz çökərək, bu nazənin xanımın böyük sənətinə 
və özünə sevgisini izhar etdi. 
 
Əhsən o ecazkar səsin məlahətinə
əhsən sənin dilindəki ovsuna, əhsən. 
Əhsən o şux bədəninin təravətinə, 
əhsən sənin camalına, hüsnünə, əhsən. 
 
Necə xoşdur, qoy səninlə tanınsın indi 
bu ölkənin musiqisi, mədəniyyəti. 
Bu gün sənin başın üstə şöhrət çələngi, 
bu gün düşüb ayağına Filipp heyrəti. 


 
247 
Özün güldən gözəl, səsin bülbül cəh-cəhi, 
qoca-cavan vəcdə gəlir sənə baxanda. 
Bəh-bəh ilə bütün salon qalxır ayağa, 
Aygün xanım, səhnəsində sən oxuyanda. 
 
Ruhumuza qanad verir, nəğməli sözün 
dolaşdıqca dalğa-dalğa bütün dünyanı. 
Adı boyda, işi boyda yüksəlir özü, 
kim tanıdır, kim ucaldır Azərbaycanı. 
 
 
 
BİZİ MÜXALİFƏT SAYAN GƏDƏLƏR... 
 
Siz ey şeirimlə məni vuranlar, 
fikrimdə, duyğumda suç axtaranlar. 
Özləri iqtidar kiçiyi ikən, 
bizi özlərinə düşmən sayanlar. 
 
Siz ey düz sözümü şərə yozanlar, 
bu cür düşünməyiz kökündən qələt. 
Şeirimdə gəzməsin kimsə siyasət, 
mən nə iqtidaram, nə müxalifət. 
 
Siz ey ömrü boyu yalaq olanlar
mələz əsillilər, calaq olanlar. 
Əlində “ingilis bayrağı” tutub, 
daim ona – buna yaltaqlananlar. 
 
Mən nə “Musavat”çı, nə “Cəbhə”çiyəm, 
nə “Ana Vətən”də , nə “YAP” da varam. 
Mənim müxalifim öz vicdanımdır, 
sözümdə, işimdə düz iqtidaram. 
 
Mənimçün həqiqət hər şeydən uca, 
xalqın dərd – sərini yazmaq şərəfdir. 
Siz isə, Maşaallah, diribaş, qoçaq, 
sizə ikiüzlü olmaq sərf edir. 


 
248
 
Hərdən zəmanəyə etiraz sözüm 
kiminsə heysinə toxunmaq deyil. 
Ətrafda bir qüsur görürsə gözüm, 
bu əsla ittiham oxumaq deyil. 
 
Şair təhrif etməz öz zamanını, 
qələmi müqəddəs sanar, düz yazar. 
Tanıtmaz mədh ilə öz ünvanını, 
acı həqiqətə acı söz yazar. 
 
Şairi xalqına müxalif sayan 
ən azı nadandır, ayrı adı yox. 
Yurdunda ədalət görən şairsə 
xoşbəxtdir, uçmağa bir qanadı yox. 
 
Odur əlahəzrət sözün memarı, 
dövrünün fövqündə durmuş hər zaman. 
Sındıra bilməmiş əsl şairi, 
nə cəllad kötüyü, nə soyuq zindan. 
 
Sözü sərt, eyhamı incə şairin 
ömrü də minnətsiz ötsə yaxşıdır. 
Şair məddahlığa rəvac verincə, 
bir gecə intihar etsə yaxşıdır. 
 
Siz ey “iş verənlər”, adam satanlar, 
səyiniz kökündən iğtişaş, hədə. 
Şairə şər yaxıb, böhtan atanlar 
yetkin insan deyil, gədədir, gədə. 
 
Bir kökə bağlısız sizin hamınız, 
nakəslər həmişə arxadan vurub. 
Bəlkə elə sizin babalarınız 
Cavidin, Müşfiqin üzünə durub?! 
 


Yüklə 5,16 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə