Şeirsiz yaşamaq olmayan yerdə



Yüklə 5,16 Kb.
Pdf görüntüsü
səhifə58/78
tarix16.11.2017
ölçüsü5,16 Kb.
#10428
1   ...   54   55   56   57   58   59   60   61   ...   78

 
282
Ay bağban qardaşım, di cəld ol, görək, 
ruzi Tanrıdandır, əkib-becərək. 
Birinin bağında meyvə, gül-çiçək, 
birinin bağında xar çiçəkləyir. 
 
Kim ki, tər tökməsə yaz bağçasında, 
görməz əkdiyindən naz bağçasında. 
Mən də bir bağbanam söz bağçasında, 
qəlbimdə yüz ahu-zar çiçəkləyir. 
 
Olsa da dörd yanı işvə-nazında, 
şair qəm də yeyir şeir yazanda. 
Fəxrəddin, bu sənin alın yazındı, 
hələ ki, şeirində qar çiçəkləyir. 
 
 
 
GEDİRƏM ÖLÜMƏ DOĞRU 
 
Dünyaya gələndən bu günə qədər 
hələ yol gedirəm ölümə doğru. 
Arxamda nə qədər ələm, qəm, kədər 
gedirəm ən böyük zülmə doğru. 
 
Əriyir sağlamlıq, ötdükcə zaman, 
canıma dərd dolur, gözümə duman. 
Yanıb əriyirəm, elə bir ucdan
odum yol eyləyir külümə doğru. 
 
Səbrə çevrilirsə içimdə dözüm, 
demək məm düşmənəm özümə-özüm. 
Qəlbimi göynədən ən böyük sözüm 
haçandır yol gəlir dilimə doğru. 
 
Ay haray, gör, bizi kimlər satdılar, 
dövləti, milləti ələ saldılar. 
Yarımız çadırda, yarımız kübar, 
şəhərim axışır çölümə doğru. 


 
283 
Hardandı mütilik qanımda mənim,  
ya da dilənçilik canımda mənim? 
Allahım, bu rəzil anımda mənim 
başım əyilirsə əlimə doğru, 
nə yaxşı, gedirəm ölümə doğru, 
nə yaxşı, gedirəm ölümə doğru! 
 
 
 
NANKOR ÖVLAD, İNADKAR ATA 
 
    Bir övlad atasının üzünə ağ oldu, 
ata üçün bu gözlənilməz zərbə, dağ oldu. 
Ata qərar tuta bimədi bir yerdə
elə bil havalandı, düşdü ağır dərdə. 
Deyəsən, axı tükənirdi abır, həya, səbr də, 
deyəsən, axı götürülürdü aralarındakı pərdə. 
Çünki övlad öz əməlləri üçün 
                      peşmançılıq çəkmirdi, 
ata isə hiddətindən  
                      bir addım geri çəkilmirdi. 
Çünki övlad, mən nə edəcəyimi 
                      özüm bilərəm –  deyirdi, 
ata isə otuz illik zəhmətindən  
                     əl çəkmək istəyirdi. 
Ata üçün bu addımı atmaq çox ağır idi, 
ata, Allaha yalvarıb, təmkinini köməyə çağırırdı. 
Atanın soyuq ağlının qarşısında  
                     qadağalar çox idi, 
nankor övladın fikrincə isə 
                     itirəcəyi bir şey yox idi. 
Əlbəttə o daha böyümüşdü
                     sərbəst idi, işləyirdi, qazanırdı, 
mənəviyyatı olmayan məxluqa dönmüşdü, 
                     ata haqqını nə qanırdı. 
Bəlkə o, öz övladlıq borcunun 
                     yükünü anlaya bilmirdi, 


 
284
bəlkə də əməl tarazlığının haqq-hesab günü 
                    xəyalına da gəlmirdi? 
Ata öz övlad sevgisinin üstündən 
                    qırmızı xətt çəkirdi, 
övlad bu sevginin önündə 
                    bir qala divarı tikirdi. 
İkisinin də  əsəbləri gərilmişdi, 
                    gözləri qan-yaşla dolmuşdu, 
ata-bala münasibətlərinin sərhədi  
                   tükcə nazik olmuşdu. 
Ata bir anlığa fikrə getdi, düşündü, 
                   daşındı, içində ağladı, 
nəhayət ürəyinin üstünə 
                    bir soyuq daş bağladı. 
Ata zəhmətini, sərvətini, 
                    səhhətini itirəcəyinə baxmadı, 
nə qədər ağır olsa da,  
                    ləyaqətini, mənəviyyatını saxladı. 
Ata bir anlığa özünə gəlib 
                   dərindən köks ötürdü, 
və.., ömrünün yarısından çoxuna 
                   qətiyyətlə tüpürdü! 
 
 
 
SƏHƏR XOŞ ÜZ GÖRƏNLƏRƏ 
 
Bir gözəllə qabaq – qənşər  
                   gəldim bu səhər, 
özü bir Ay parçasıydı,  
                   ətri müşk-ənbər. 
Eşitmişdim, səhər xoş üz  
                       görən sevinər, 
mən bu başdan sevinmişdim 
                    bir günlük qədər, 
bu xoş duyğu hələ mənə  
                       günlərlə yetər! 


 
285 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
286
 
 
 
 
 
Əgər sənin ürəyində varamsa,  
      
           köynəyinin titrəməsi bəsimdir.
 
 


 
287 
 
 
İSTƏRƏM 
 
Xumar Qədimova və Əli Baxış musiqi bəstələmişlər. 
 
Yığıb sözlərinin şirinliyindən 
suyuma, havama qatmaq istərəm. 
O şəhla gözlərin dərinliyində 
ucalmaq istərəm, batmaq istərəm. 
 
Baxışın iz qoyub gözlərim üstə, 
dilimin ahəngi sözlərin üstə. 
Bir dəfə baş qoysam dizlərin üstə, 
bütün gəncliyimi yatmaq istərəm. 
 
Bəzəksən ömrümə gülə şeh kimi, 
ay ürək həmdəmim, ay qəlb hakimi. 
Sənsiz bir günahsız körpə sevgimi 
isti qucağına atmaq istərəm. 
 
Çatılmış qaşların nə deyir yenə, 
qoymur dodaq qaça, qoymur dil dönə. 
Arzusan, xəyalsan, zirvəsən mənə, 
xəyala, arzuya çatmaq istərəm. 
 
Sənsiz ürəyimin yox halı, gülüm, 
günlərim əzablı, qadalı, gülüm. 
Əllərim yoluna uzalı, gülüm, 
əl ver, əllərindən tutmaq istərəm. 
Mən sənə qovuşmaq, çatmaq istərəm. 
O şəhla gözlərdə batmaq istərəm. 
 
 
 
 
 


Yüklə 5,16 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə