Şeirsiz yaşamaq olmayan yerdə


FİLLƏRİN MƏHKƏMƏSİ VƏ YA İBRƏT DƏRSİ



Yüklə 5,16 Kb.
Pdf görüntüsü
səhifə54/78
tarix16.11.2017
ölçüsü5,16 Kb.
#10428
1   ...   50   51   52   53   54   55   56   57   ...   78

 
264
 
FİLLƏRİN MƏHKƏMƏSİ VƏ YA İBRƏT DƏRSİ 
 
Qəzetlər yazırlar ki, Botsvanada fil dəstəsi onlardan birini 
ovlayan ovçunu pusaraq dövrəyə almış və qırıq səslər çıxarmaqla 
sanki həmin qatilə məhkəmə qurmuşlar. Sonra fillərdən biri irəli 
çıxaraq «məhbusu» ayağı altında əzməklə ölüm hökmünü icra et-
mişdir.  
Bu dəhşətli mənzərinin təsadüfən şahidi olmuş yerli sakinlər 
qatil ovçunun ölən filin balası  tərəfindən qətlə yetirildiyini söy-
ləmişlər.  
Faciə olsa da, əhsən! 
Hamımıza görk olası ibrət! 
Həsəd aparılası qətiyyət!!! 
Yoxsa, bizim kimi, gözləyək ki, nə vaxt, kim isə gəlib torpaq-
larımızı azad edəcək və ya qaytaracaq?! 
 
Çox olub dünyanın ibrət dərsləri
caniyə, quldura divan çox olub. 
Cəsarət, şücaət, qeyrət dərsləri   
bizə görk olası zaman çox olub. 
 
Heyvan insan üçün məhkəmə qurur, 
bu bir faciədir, bu bir möcüzə. 
Köksündə fil boyda əzəmət, qürur, 
fillər barışmazlıq öyrədir bizə. 
 
Qatilə öz heyvan düşüncəsiylə, 
onlar divan qurub, hökm oxumuş. 
Bu işdə zərrəcə təskinlik, hiylə, 
nə də tələskənlik, ya səhv yox imiş. 
 
Fillər qırıq səslər çıxaran anda 
şahid dinləyirmiş, sübut deyirmiş. 
Fəqət ölən filin balası sonda  
o qatil ovçunu qətlə yetirmiş. 


 
265 
Bir baxın, bu ağır hökmün icrası 
tapşırılmış ancaq zərər çəkənə. 
Bəlkə həyat özü qeyrət yükünün  
qoyur ağırını övlad çiyninə? 
 
Bu dəmir məntiqlə, bu qətiyyətlə 
mümkünmü daxilən öyünməyəsən?  
Fərqi yox, qəzəb, ya sağlam niyyətlə 
heyvanın gəldiyi  qərara əhsən…. 
 
Oxudum qəzeti… əllərim əsdi, 
yox, bu hiss şüursuz hiss ola bilməz! 
Bu nə ehtirasdı, nə də həvəsdi, 
bu həyat dərsidi, pis ola bilməz! 
 
Əcəb xəcil oldum, bənizin soldu, 
bu aşkar ağrımın yarası dərin. 
Bir anlıq göz yaşı gözümə doldu 
əsirlikdə qalan qız-gəlinlərin. 
 
Miskinlik ruhuma qənim kəsildi, 
hayladım daşlaşmış babalarımı. 
Dedilər-bu nə xalq, bu nə nəsildi, 
«unudur» qədim el-obalarını?! 
 
Tanrım, alıb bu səy dözümü məndən, 
səbrimi bilmərrə kəssən yaxşıdır. 
Bir də imdad üçün qalxsa, əlimdən 
vurub, ətəyini üzsən yaxşıdır. 
 
Döyülə-döyülə qaçırıq müdam, 
daha torpaq yarı, indi xalq yarı.    
Qorxuram Vətəni unudaq tamam,   
qovula-qovula Xəzərə sarı. 
 
Siz ey tapdaq yurdun ər oğulları, 
bu sayaq bizləri kimsə anlamaz. 
Çeçentək vuruşa bilmirik, barı 
filtək yaşamağa öyrəşək bir az!         


 
266
QUMRU 
 
Bakının park və bağlarında bir zamanlar rahat yaşayıb çoxa-
lan Qumru quşları indi bir neçə təhlükə ilə üz-üzə qalıblar.  
Əvvəlcə, şəhərdə sayı günbəgün artan avara pişiklər qumru 
ətinin ləzzətini daddılar. Və hər yerdə – həyət-bacada, parklarda, 
ağacların iri budaqlarında, kol-kosda onları pusub, təqib etməyə 
başladılar.  
Bundan düşüncəli surətdə ehtiyatlanaraq, sonralar ağacların 
hündür, nazik budaqlarında yuva quran qumrular və onların ba-
laları bu dəfə qarğaların hücumuna məruz qaldılar. 
Bu zavallı, lakin ağıllı Qumru quşları  onlara qarşı hücum-
ları həssaslıqla dərk etdilər, Bakının dəli küləklərindən qorxma-
yıb, hündür şam və küknar  ağaclarının pişiklər dırmaşa bilmə-
yən, yuxarıdan isə qarğa görməyən və girə bilməyən nazik və sıx 
budaqları arasında, çox əzablı bir yolla, yuva qurdular. 
İndi isə Bakı parklarına buraxılan dələlər, rahatca, həmin 
yuvalara qalxa bilir və bu başıbəlalı qumruların həm özlərini, 
həm də körpə balalarını çox asanlıqla tutub yeyirlər. 
Beləliklə, Bakıda Qumru quşlarının əsil fəlakətli günləri baş-
lanmışdır… 
Budur yaşamaq uğrunda mübarizənin ən dəhşətli və iyrənc 
formalarından biri! 
Bu yaxınlarda, həyətdə pişik həmləsindən canını zorla qur-
tarmış, lakin qanadı sınmış bir Qumrunu uşaqlar koldan tutub 
evə gətirərək, yardım göstərməyimi istədilər. Ancaq onun sınmış 
qanadını heç cürə bağlamaq mümkün deyildi… 
 
Səni yaşamağa qoymurlar daha, 
bu yol yiyəsizlər yoludu, Qumru. 
İndi bir tikə yem hər şeydən baha, 
ürəyim dərd ilə doludu, Qumru. 
 
Barı, qoy başına bir sığal çəkim, 
əlsiz-ayaqsızlar yaman çox, Qumru. 
Qanadı sınmış quş ölümə məhkum, 
sınmış qanadına ümid yox, Qumru. 


 
267 
 
Yerdə aramın yox, göydə qərarın, 
ömrünün hər anı təşviş, səksəkə. 
Elə bağlanır ki, hərdən yolların 
qalır boğazında tapdığın tikə. 
 
Parklarda dalan çox, bağlarda kol çox, 
avara pişiklər pusarlar səni. 
Daha budaqda da yuvana yer yox
qarğalar, dələlər tutarlar səni. 
 
Bu dönük baxtına nə deyim, Qumru, 
ürəyim sıxılır indi, yerinə? 
Sənin taleyinlə mənim taleyim 
yaman bənzəyirlər biri-birinə. 
 
Çox saylı düşmənlər qəsdinə durmuş, 
bu qədər  düşməndən qorunmaq çətin. 
Sənə yer də, göy də, ağac da gormuş, 
kəsmiş yollarını məğlubiyyətin. 
 
Bu bəla göydənmi, yerdənmi gəldi, 
bu bəla Tanrının öz bəlasımı? 
Bu haqsız bölgüdə görürəm mən də  
öz tale payımı, alın yazımı. 
 
Ah, yazıq quşcuğaz, zavallı Qumru, 
səni də saldılar köçkün, sərgərdan. 
Sən ey azad Qumru, qanadlı Qumru, 
yığış, bir dəfəlik, köç bu diyardan. 
 
Bizi yaşamağa qoymurlar daha, 
bu yol kimsəsizlər yoludu, Qumru. 
İndi baş girləmək hər şeydən baha, 
ürəyim dərd ilə doludu, Qumru. 
 


Yüklə 5,16 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə