Şeirsiz yaşamaq olmayan yerdə



Yüklə 5,16 Kb.
Pdf görüntüsü
səhifə57/78
tarix16.11.2017
ölçüsü5,16 Kb.
#10428
1   ...   53   54   55   56   57   58   59   60   ...   78

 
277 
Ovsunsan, sehrsən, istəksən, səndən 
bir addım uzağa qaça bilmirəm. 
Məni bezdirsən də, üzsən də hərdən, 
dərdimi kimsəyə aça bilmirəm. 
 
Sən mənim canımsan, can sirdaşımsan, 
düşmürsən heç zaman dilimdən, ümid. 
Sən mənim ömürlük yol yoldaşımsan, 
dardayam, gəl, yapış əlimdən, ümid. 
 
Mənə dözüm gətir, mətanət gətir, 
qoy səni qəlbimdə qoruyum, ümid. 
Mənə qüvvət gətir, qətiyyət gətir, 
çatsın dörd tərəfə harayım, ümid. 
 
Qəlbimdə, gözümdə tutsan da qərar
yenə xəyal qədər uzaqlardasan. 
Gəl, yetiş, səbrimi kəsdi intizar, 
hardasan, hardasan, ümid, hardasan? 
 
 
 
BİR NÖVRƏSTƏ GÖZƏLƏ 
 
Sən hələ ləçəklərinin şehi 
 
          qurumamış çiçəksən 
ətri, təravəti ətrafını 
 
           məst edən çəməndə. 
Sən hələ duyğusu oyanmamış 
 
           bir sakit ürəksən, 
bir azdan yüz nəğməyə 
 
           yer olacaq sinəndə. 
Sən hələ əyarı çox yüksək olan 
 
 
zinətsən, 
Səndə cəmlənir zəriflik axtaranların 
 
 
diqqəti. 


 
278
Sən hələ saflığa, paklığa verilən 
 
 
qiymətsən, 
hansı sərrafın gözünü tutar 
 
 
qüdrətin, 
hansı aşiqin ağlını alar 
 
 
heyrətin? 
Bununçündürmü qəlbindən gözünə 
 
           yol eyləyən xiffətin? 
Hər halda, Allah böyükdür, gözəl, 
               ya qismət söyləyək, ya qismət, 
                         tapılsın layiqli qismətin! 
 
 
 
DƏNİZ ETİRAFI 
 
Tufanlı bir havada 
dalğalar təpə-təpə qalxanda 
bir gəmi dənizdə qərq oldu, 
bu itki çoxlarına dərd oldu. 
Kimi dənizi günahlandırdı, 
       kimi lənətlədi, 
                         kimi qarğıdı. 
Dəniz isə tufandan çıxmışdı, 
sakit idi, yorğun idi, ağrıyırdı. 
Bütün bu deyilənlərə də 
sanki heç nə olmayıbmış kimi baxırdı. 
Bu sakitliyi ilə də 
       hamını yandırıb-yaxırdı. 
Quzu kimi mehriban, sevilməli olmuşdu, 
      zəif, zərif ləpələri ilə 
                 sahilə sürünürdü, 
daşları, qumları doğma balası kimi 
                                yalayırdı dəniz. 
Həzin, hüznlü səsi ilə 
           
 sanki ağlayırdı dəniz. 
Mən həmişə belə sakitəm
     mehribanam, qərəzsizəm –  deyirdi. 


 
279 
Gözəllikdə, insanlara yarınmaqda 
                              əvəzsizəm-deyirdi. 
Sinəm üfüq qədər geniş, 
ürəyinizcə seyr edin, gəzin, üzün. 
İçim tükənməz xəzinə, 
balığım, yosunum, neftim, 
hamısı da sizin. 
Tufan, qasırğa olmasa, 
külək suyumu göyə sovurmasa, 
dalğalarım şahə qalxmaz, 
məndən bir kimsə qorxmaz, 
əlimdən bir pislik gəlməz, 
məndən olsa, suyumda bir balıq da ölməz. 
Məni yerimdən oyadan qüvvə var – təbiət, 
ondandır hər bəla, ondadır hər hikmət. 
 
 
 
YAXŞILIQ 
 
Qayğısız günlərimin birində, 
şeirin ab-havası ürəyimdə, 
Yığışıb balıq ovuna getdim. 
Dərin sularına qırmaq atdım, 
dəryadan bir balıq tutdum. 
Gözlərindən yaş suzulə-süzülə, 
dünyadan əli üzülə-üzülə, 
pənahsız uşaq kimi 
ağız dolusu çətin nəfəs ala-ala, 
ağlayıb yalvarırdı biçarə. 
Çırpılıb ayağıma düşməkdən 
qalmamışdı bədənində halı. 
Bir tikə yemin güdazına gəlmişdi 
bu başıbəlalı zavallı. 
Öz məzlumluğu ilə 
 
 
deyəsən yumşaltmışdı 
 
 
məni də əməlli-başlı, 


 
280
bu, ağlı hələ bərkiməyən, 
 
 
insanları tanımayan 
 
 
balaca balıq. 
Ürəyim ağrıdı titrəyişinə, 
 
 
yalvarışına. 
(Bir balıqla varlanmayacaqdım ki.) 
Gözləmədim yaxşılığımı bilə dərya, 
  duya 
Xaliq. 
Yenidən buraxdım onu intəhasız sulara. 
Xırda üzgəcləri ilə 
 
 
minnətdarlıqla əl edə-edə, 
üzürdü dərinə, böyük balıq gücü ilə, 
 
 
suları yara-yara. 
O gündən yığışdırıb qırmağı 
  qoydum 
kənara, 
axı, mən hara, balıq ovu hara?! 
 
 
 
TƏKLİYİ SEVİRƏM 
 
Təkliyi, tənhalığı sevirəm, 
ömrün bəzi anlarında 
ən çox ehtiyacım onadır. 
Çünki tənha olanda 
iç dünyama qapılıram, 
                    xəyala dalıram, 
                          öz-özümlə danışıram. 
Təfəkkürüm və savadım çərçivəsində 
aləmi anlamağa, 
dünyanı duymağa çalışıram. 
Dağdan enib dərədən çıxıram. 
Sonsuz səmaya, 
ucu görünməyən torpağa, 
axıb qurtarmayan sulara baxıram. 
Bütün gözəllikləri ürəyimə sıxıram. 
Duyğumun, istəyimin zirvəsinə qalxıram. 


 
281 
Təkliyi, tənhalığı sevirəm, 
tənha olduğum zaman 
külək kimi əsirəm, 
yağış kimi yağıram. 
Günəşi şəfəq-şəfəq 
gözlərimə sıxıram. 
Ən uzaq ulduzlara yaxından baxıram. 
Meracdan da yüksəkliyə qalxıram. 
 
Təkliyi, tənhalığı sevirəm, 
çünki tənha olmuram
ilhamla üz-üzə qalıram. 
Bir gözəl misramı yazarkən 
ruhumun ekstazında oluram. 
Mən tənha qalanda 
fikir fəzasında dolaşıram, 
söz alovunda alışıram, 
aramsız axtarıram, çalışıram. 
Tənhayamsa, demək güclüyəm, 
dözümlüyəm, bahadıram. 
Mən özümə qapılanda 
vaxtı öldürmürəm, 
yaşadıram, 
yaşayıram! 
 
 
 
ÇİÇƏKLƏYİR 
 
Yazın gəlişiylə aləm oyanır, 
min-min bağ-bağatda bar çiçəkləyir. 
Al-əlvan geyinir çəmən, çöl-bayır, 
harda ki, nəbatat var, çiçəkləyir. 
 
Sən demə, hər şeyin qisməti, payı, 
gülün günü vardır, meyvənin ayı. 
Bölən düzmü bölüb bu haqqı-sayı, 
alça yeyiləndə nar çiçəkləyir? 


Yüklə 5,16 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə