Şeirsiz yaşamaq olmayan yerdə



Yüklə 5,16 Kb.
Pdf görüntüsü
səhifə51/78
tarix16.11.2017
ölçüsü5,16 Kb.
#10428
1   ...   47   48   49   50   51   52   53   54   ...   78

 
249 
Olub, tarix bu cür sınağa çəkib, 
qədər dahini, mütəfəkkiri. 
Sizintək nakəslər güdaza verib 
neçə Nəsimini, neçə Sabiri. 
 
Nizami saraydan imtina edib, 
Füzuli söyləyib şikayətini. 
Vaqif “Görmədim”lə yazıb – yaradıb 
sarayın şərəfsiz hekayətini. 
 
Şair mücahiddir Vətən eşqinə, 
o heç vaxt yurdunu sevməyə bilməz. 
Bax Abbas Səhhətin “Vətən” şeirinə, 
bu sevgi ruhani, bu istək ölməz! 
 
Biz də yurdumuza vurğunuq bu cür,  
biz də xalqımıza bağlıyıq belə. 
Bu sevgi Vurğunu “Azərbaycan”la 
sevdirdi millətə, tanıtdı elə. 
 
Bizi düşmən sayan ikiüzlüllər
bu bizi ağrıtmaz heç zərrə qədər. 
Kimlər ki, Vətəni ürəkdən sevər, 
onların sevgisi bizə də yetər. 
 
Çatır qulağıma tez-tez tənələr, 
gəlir ünvanıma hərdən hədələr. 
Bu cür neçəmizi hədəf seçirlər 
bizi müxalifət sayan gədələr... 
 
Oğru, quldur, nakəs, məddah, yalançı 
daim hədəfimdir, qoy bilsin aləm. 
Nə qədər canım var, onlara qarşı 
müxalif yazacaq əlimdə qələm! 
 
 


 
250
ARXALI KÖPƏKLƏR, DƏCƏL KÜÇÜKLƏR 
 
İt ili itləri millət tanıdı, 
bu itlər bir ucdan artar, küçüklər. 
Daha günümüzün qəhrəmanıdı 
arxalı köpəklər, dəcəl küçüklər. 
 
Dolub dəbdəbəli imarətlərə, 
gəzişir parklarda, gur meydanlarda. 
Keçir hər qapıdan, girir yüz yerə, 
əcəb baxt var imiş bu heyvanlarda. 
 
Çoxu gözətçilik eləmir daha, 
xidmət edəni var, rahat yeri var. 
Bu itlər bir atdan, öküzdən baha, 
çünki çox imkanlı sahibləri var. 
 
Öyrənib tərəfkeş sahiblərindən 
itinə diqqəti qohumbaz itlər. 
Qaydasız işlərə meyllidirlər 
qanundan qorxmayan nataraz itlər. 
 
Hərdən düşmən qədər qəddar, acıqlı, 
hərdən canavartək qüvvətli olur. 
Hərdən sahibindən daha ağıllı, 
hərdən yiyəsindən qiymətli olur. 
 
Bu itlər əməlli güc yiyəsidir, 
bu itlər yetərli söz yiyəsidir. 
Bu itlər indi də küçüklərini 
çalışıb hər yerdə birinci edir. 
 
Bu qoca köpəklər əməlləriylə
dəcəl küçükləri yoluxdururlar. 
Dəcəl küçüklər də it dilləriylə 
hürüb sataşırlar, göz qorxudurlar. 


 
251 
 
Bu dəcəl küçüklər xəncər-bıçaqlı, 
bu şıltaq küçüklər silah-sursatlı. 
Gecələr şəhərin küçələrində 
onların əlindən yoxdur rahatlıq. 
 
Bezdirir milləti sərgüzəştləri, 
hər biri gündə bir oyun çıxarır. 
Bürüyür atışma səsi şəhəri, 
ancaq bir sədası “qalxmır yuxarı”. 
 
Çünki bir kimsədən qorxuları yox, 
köpəkdə arxa var, küçükdə yiyə. 
Hansının üstünə qabarsan bir yol, 
cumub, diri-diri adamı yeyər. 
 
Küçük arxasında köpək durursa, 
hələ qabaqda çox dərd-sərimiz var. 
Tənbeh anlamında kötək durursa, 
demək görəcəkli günlərimiz var. 
 
Xətrinə dəyəni çeynəyib didər, 
bunlar içimizdə bir azardılar. 
Əgər yaşasaydı, bu quduz itlər 
Mirzə Cəlilə də diş atardılar... 
 
Bir qrup dəcəl it-küçük yiyəsi, 
bir qrup yaxasın çəkir qırağa. 
Yoxdursa ortada bir söz yiyəsi, 
çətin, gedə bilək bu cür qabağa.  
 
 
 
 
 
 


 
252
BAYQUŞ İSTƏYİ 
 
Quşların içində bayquşdan yoxdu,  
bayquşun quşlardan fərqi çox çoxdu.  
Ayrı bir düşüncə gəzər başında,  
gizli dünyası var lal baxışında.  
Səsindən vahimə, dərd yağar hər dəm,  
dimdiyi yırtıcı, caynağı möhkəm.  
Gündüzlər oturub tökər yüz tədbir,  
gecələr ovlayar ovunu bir-bir.  
Heç quşa bənzəmir qulaqlı bayquş,  
bu vəhşət, fəlakət soraqlı bayquş.  
Bayquşun əlindən hamı bezardı,  
bayquş qonan yerlər xarabazardı.  
Bu bayquş xisləti, bayquş “mənliyi”  
yaratmış nə qədər viranəliyi.  
Hərdən ürəyimdən keçir min fikir,  
bəzi insanlar da bayquş kimidir.  
Onlar seçilirlər çox işi ilə,  
baxışı, duruşu, yerişi ilə.  
İstəməz yanında yana bir ocaq,  
özünü düşünər, özünü ancaq.  
Kimsə faydalanmaz bir əməlindən,  
həzər ətrafından, həzər əlindən.  
Yayınmaz gözündən bir qoca, cavan,  
tutar aram ilə hamıya divan.  
Beləsi yerinə, yurduna yaddı,  
bu manqurt soylular Vətəni satdı.  
Onları saxlamaz dad, fəryad səsi,  
onlara kar etməz xalqın naləsi.  
Kütlənin dərd-səri çıxar yadından,  
ancaq tələbləri millət adından.  
Qayğıdan danışar daim, hər yerdə,  
qəzetdə, mitinqdə, işdə, efirdə.  
Beləcə özünü ixtiyar bilər,  
ixtiyarlığıyla bəxtiyar bilər.  
Bu cür xarakterlə bayquş xisləti,  
oxşar bir-birinə, seçilməz qəti... 


 
253 
Daha yox inamım sözünə, bayquş,  
yetər vurğunluğun özünə, bayquş!  
Sən yana bilməzsən halıma, bayquş,  
barı göz önündə ulama, qayquş...  
Bayquşun istəyi ayrı istəkdi,  
bayquşun xisləti ayrı xislətdi.  
Bayquşun duruşu ayrı duruşdu,  
bayquşun uçuşu ayrı uçuşdu.  
Ancaq neyləyəsən,  
bayquş da quşdu! 
 
 
 
DÖZMƏK OLMUR  
 
Rüşvətxorluq bizi içimizdən yeyir.  
                                               H.Əliyev  
 
Axır illər qarğınıbdı bu yer elə bil,  
milyonların ruhu sönük, çöhrəsi gülmür.  
Bu xalq üçün bəla təkcə işsizlik deyil,  
bu ölkədə işləyən də dolana bilmir.  
 
Bu ağrının gözü dərin, axır, qurtarmır,  
min əzaba dözmək olar, sonu xeyirsə.  
Ləyaqətdən danışmağa haqqımız varmı,  
məmləkətin əsgəri də rüşvət verirsə?  
 
İndi uşaq böyütmək də əzab, faciə,  
bir aylıq maaş təkcə kitab – dəftərə yetmir.  
Şagirdlərdən pul yığılır hər ay məktəbdə,  
daha kasıb balaları məktəbə getmir.  
 
Süfrəsində yeməyə tək yavan çörək var,  
evdə də bir şey qalmayıb aparıb sata.  
Övladının üst – başından qəlbi qan ağlar,  
ayağına ayaqqabı tapmayan ata.  


Yüklə 5,16 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə