Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə236/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   232   233   234   235   236   237   238   239   ...   245

729

sandıqları vardı, içi də gəlinciklə doluydu. 

Sara babasından eşitdiyi nağılları sonra özü atasına söyləyirdi, 

amma özü bildiyi kimi. 

Həsən bəy də gülürdü:

– Gözəlim, sən ki bu nağılı məndən daha maraqlı söyləyirsən. 

Bəlkə, arxasını da elə özün davam etdirəsən. Danış görüm, ardını 

danış.


– Sandığın içindən yol gedirdi, – Sara, doğrudan da, nağılı da-

vam etməyə başladı.  – Mən də, babam da az getdik, üz getdik, dərə-

təpə düz getdik, iynə boyda yol gedib çatdıq qayadan saçlarından 

asılan şahzadənin yanına. Babam divi öldürdü, qızı da xilas elədi. 

O qız, sən demə, babanın nənəsi, balası, Sara xanım imiş…

Həsən bəyin kefi açılmışdı. 

– Səni sağ ol, ay Əlimərdan, mənim dərmanımı niyə indiyə 

qədər belə gecikdirmisən? Bax, qızdırmam da artıq yoxdu.

Evdə  hamının  əhvalı  gözəl  idi.  Sara  nağıl  istəyə-istəyə  özü 

nağıl danışırdı, nağıl uydururdu. Bu nağılların içində babası, nə-

nəsi, ata-anası və balaca Rəşid var idi. 



730

1905-ci il, “Həyat” qəzeti nəşrə başlayır

Əlimərdan bəy Əhməd bəylə birlikdə “Həyat” qəzetinin re-

dak siyasından birbaşa Həsən bəygilə gəldi.

Həmişəki kimi, yenə bu gün azərbaycanlı ziyalılar Həsən bəyin 

evində toplaşacaqdı. Həsən bəyin evindəki müzakirələrdən sonra 

şam yeməyi mütləq idi: “Mən də yeməmişəm, sizi gözləyirdim,” 

–  deyərdi.  Bu  gün  də  Həsən  bəy  əziz  qonaqlarını  səbirsizliklə 

gözləyirdi, Hənifə xanım yenə də tədarük görmüşdü. 

Həsən bəy bugünkü yığıncağa hamıdan qabaq təşrif buyurdu. 

Əlimərdan bəy, Əli bəy və Əhməd bəylə salamlaşandan sonra ilk 

sualı bu oldu: 

– Uşaqlar, bizim “Həyat”ın məsələsi nə oldu? 

Əlimərdan bəy:

 – Həsən bəy, hər şey yaxşı gedir. Allah bizim Hacını səxavət 

və qeyrətlə qoşa yaradıb. Sağ olsun, tapşırdı bu gün bütün maliyyə 

məsələsini həll etsinlər. 

Qəzetin  məsul  redaktorları  bilirsənmi  kim  olacaq?  Bizim 

Əhməd  bəylə  dostun  Əli  bəy  Hüseynzadə.  Bir-iki  həftəyə  digər 

sənədlərin də tamamlanması başa çatacaq. İyunun 6-da qəzetin ilk 

nömrəsini çapdan çıxaracağıq.

 Əli bəy: 

– Həsən bəy, amma biz sizsiz heç nəyə qərar verməyəcəyik, 

inşallah, sağalan kimi redaksiyamıza gələrsiniz. Orada sizə ayrıca 

bir otaq da ayıracağıq. 

Həsən bəy:

– Uşaqlar, iki ay öncə sizdən eşitdiyim “Şərqi-rus”un bağlanma 

xəbəri məni çox məyus etmişdi, indisə yenə sizdən eşitdiyim bu 

sevindirici xəbər kefimi açdı.

Əlimərdan bəy:

– Ədalətlə danışsaq, o zaman insafsızlar Məhəmməd ağaya 

böyük zərbə vurdular.

Həsən bəy:

– O zərbə təkcə Məhəmməd Ağaya deyil, sizə, bütün azər-



731

bay canlı ziyalılara vuruldu. Ən təəssüfedici hal isə odur ki, ona 

qarşı  mübarizədə  çar-erməni  qüvvələri  sizin  kimi  oxumuş  azər-

baycanlılardan – səndən, Əhməd bəydən və başqalarından da fəal 

istifadə etdilər. Dünən Məhəmməd ağanı vurub səhnədən çıxardılar, 

sabah başqa birimizi, o biri günsə növbəylə digərlərimizi – səni, 

məni və başqalarını vuracaqlar. Bu haqsızlıq bütün azərbaycanlılara, 

müsəlmanlara qarşı edilir. 

Əlimərdan, Əhməd, siz hələ cavansınız, bəzi məqamlara da fikir 

vermirsiniz.  Məndən  sizə  məsləhət,  unutmayın,  siz  azərbaycanlı 

ziyalılar bir-birinizi şəxsi xarakterlərinizə görə sevməyə bilərsiniz, 

birinizin  sözü  başqa  birisinin  boğazından  keçməyə  bilər,  amma 

ümu mi məsələlərdə həmrəy olmalısınız, kənar hücumlardan birgə 

qorunmalısınız. Müxtəlif yollarla mübarizədən uzaqlaşdırılan hər 

bir azərbaycanlı ziyalı, sonda bizim xəzinəmizdən gedir. Onun ye ri-

ni doldurmaq üçün millətə on illərlə vaxt lazım olacaq. Odur ki, ilk 

növbədə biz ziyalılarımızın arasında birlik, həmrəylik yarat malıyıq.

– Doğrudur, çox doğru buyurursunuz! – Əlimərdan bəy artıq 

heç bir əlavə etmədən söhbəti bitirməyə çalışdı.

Əli  bəy  Həsən  bəyə  heyranlıqla  qulaq  asırdı.  Onun  solğun 

bənizinə baxaraq ürəyində düşünürdü: “Heyif səndən, Həsən bəy! 

Dahilərin fikirləri, təəssüf ki, dövründə doğru qəbul olunmur”.

Əhməd bəy də başı ilə Həsən bəyin fikirlərilə razı olduğunu 

təsdiq edib, bu mövzunu bağlamağa çalışdı.

Həsən bəy:

– Barı elə edin ki, yeni yaratdığınız qəzet əsl milli tribunaya, 

ziyalılarımızın  həmrəylik  meydanına  çevrilsin.  Çalışın,  bütün 

Ru siya  müsəlmanlarını  da  cəlb  edib,  qəzeti  ümummüsəlman  və 

ümumtürk dünyasının milli həmrəylik meydanına çevirəsiniz. Ən 

fəal ziyalı müsəlmanların və ziyalı türklərin imzalarını bu qəzetdə 

təbliğ edib insanlara tanıdın.

Əlimərdən bəy: 

– Görək də, Rusiya müsəlmanlarının bu qurultayını da keçirək, 

sonra sizin və ziyalılarımızın köməyilə dediklərinizi edərik. 

Həsən bəy:

Mənə ömür vəfa etsə, canla-başla sizə kömək edərəm.




732

Əlimərdən bəy:

 – Həsən bəy, belə ümidsiz-ümidsiz danışmayın. Sizin tale yi-

nizdə hələ nəinki təkcə bizə yardım etmək imkanı, həmçinin bundan 

sonra  da  yeni-yeni  qəzet  və  məktəb  kimi  xalqa  lazım  fəaliyyət 

missiyası  durur.  İnşallah,  biz  o  günləri  görəcəyik!  Dostun  Hacı 

Zeynalabdin Peterburqdan sənin üçün məxsusi doktor çağırtdırıb, 

şənbə  günü  Bakıda  olacaq.  İnşallah,  dərindən  yoxlanıb  müalicə 

alarsınız. Hər şey Allahın izniylə keçib gedər.

Bir azdan hamı toplaşmışdı. Qonaqlar Hənifə xanımın hazır-

la dığı  şam  yeməyindən  dadandan  sonra  Həsən  bəyin  iş  otağına, 

“toplantı  zalı”na  keçdilər.  Masanın  üstündə  Həsən  bəyin  bəzi 

tövsiyə və qeydləri yazılmış vərəq vardı. Bu ayın ortasında Rusiya 

Müsəlmanlarının  I  Qurultayında  Azərbaycan  nümayəndələrinin 

üstünlüyü və təşkilatçılığı hiss olunmalı idi. Bugünkü yığıncağın 

mövzusu da elə bu idi.

 Həsən bəy bir daha hamını gözdən keçirib sözə başladı:

– Uşaqlar, mənim babam çox müdrik kişiydi. Hər dəfə atama, 

əmimə, qardaşlarına bir tövsiyə edəndə deyərdi, özünüz məndən 

də ağıllısınız, məncə, tək qərar qəbul etsəydiniz, elə yenə mənim 

kimi edərdiniz. 

Mən  qurultayla  bağlı  bütün  tövsiyələrimi  bu  vərəqdə  qeyd 

etmişəm. Qoy Əlimərdan oxusun, sonra müzakirə edin Amma ola 

bilər, qurultayın keçirilməsinə hökumət izin verməsin.

 Əlimərdan bəy:

– Elə şey olarmı?

–  Olar.  Bu  hökumətdən  hər  şey  gözləyin.  Mən  bir  vaxtlar 

bu  hökumətdən  o  qədər  çəkmişəm,  bizim  kəndli  Cabbar  kişinin 

məsələsi olmasın, az qalıram yerimdə tullanım.

Bizim  Zərdabda  bir  Cabbar  əmi  vardı.  Babamla  yanaşı 

əkin  yerinin  sahibiydi.  İmkanı  olsa  da,  heç  kimə  pul  verməsin 

deyə, cütü də özü sürərdi, əkini də özü əkərdi. Bir gün ona tabe 

olmayan tənbəl öküz o qədər onu bezdirir, hirsindən dözə bilmir, 

öküzün başını kəsir. Sonra dərisindən özünə, ailəsinə çarıq tikdirir. 

Qonşular görür, Cabbar kişi çarığı geyib tullanıb-düşür. Soruşurlar, 

ay Cabbar, nə olub? Deyir, siz bilmirsiniz, bu ala öküz mənə o qədər 




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   232   233   234   235   236   237   238   239   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə