Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə234/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   230   231   232   233   234   235   236   237   ...   245

723

çıxarıldı,  cəzasız  qalmalarının  əsas  səbəbi  kimi  məhz  bu  fakt 

vurğulandı. 

Mart ayının 1-də Əlimərdan bəyin imperatora yazdığı mək-

tu bun  nəticəsi  olaraq,  mərkəzin  tapşırığı  ilə  Dumada  müşavirə 

çağırıldı. 

Şəhər rəisi K.İretskinin

170


 rəhbərliyi ilə keçirilən müşavirədə 

Əlimərdan bəy, Əhməd bəy, Əsədulla bəy, Həsən bəy, Həbib bəy, 

Hacı Aslan, eləcə də bu işə aidiyyəti olan erməni qlasnılar iştirak 

edirdilər. 

İretskinin rəhbərliyi ilə Bakı qırğınlarını tədqiq edəcək ko mis-

siya yaradıldı. Komissiyaya altı müsəlman, altı erməni, iki neytral 

qlasnı daxil edildi.

Komissiyanın fəaliyyəti dövründə ermənilər Rusiya və Qərb 

mətbuatına yol taparaq, guya fevral hadisələrində Azərbaycanda 

10-15 min erməninin qətlə yetirilməsi haqqında yalan məlumatlar 

dərc etdirdilər. Hətta məqalələrdə iddia olunurdu ki, ermənilərin 

qırğın planı Fərrux bəy Vəzirovun evində hazırlanıb.

Komissiyanın  növbəti  iclasında Azərbaycan  millətinə  atılan 

bu iftiranı təmizləmək üçün ermənilərə ciddi şəkildə tələb qoyuldu. 

Bundan başqa, Əlimərdan bəy bütün azərbaycanlı ziyalıları sə fər-

bər edərək mümkün vasitələrdən, mətbuatdan və s. istifadə edə-

rək ermənilərin yalan, böhtan kampaniyasına qarşı fəaliyyət gös-

tər məyə çağırdı. Bir az keçməmiş onlar müxtəlif qəzetlərdə azər-

baycanlıların əleyhinə yazı dərc etdirmiş J.Doluxanovdan “Kaspi” 

üçün  müsahibə  aldılar.  Müsahibədə  J.Doluxanov  əv vəl  yaz dıq-

larını təkzib edərək, ermənilərin onu aldatdıqlarını bəyan etdi. 

Bundan başqa, aprelin 21-22-də Əhməd bəy Ağayevin “Sankt 

Peterburqskiye vedemosti” qəzetində Bakı qırğınlarına aid geniş 

məqaləsi  dərc  olundu.  Həsən  bəy  o  məqaləni  ertəsi  gün  bütün 

Duma üzvlərinə payladı. 

Ermənilərin  öz  mənfur  xislətlərini  nümayiş  etdirmələrindən 

sonra Həsən bəy silahdaşlarına məsləhət verdi:

–  Biz  gərək  bundan  sonra  yaxınlaşan  təhlükələri  öncədən 

170

 Konstantin İretski (1842-1918) – Bakı Şəhər Dumasının başçısı



724

duyub lazımi tədbirlərimizi görək. İş-işdən keçəndən sonra baş la-

yırıq başımıza-dizimizə döyməyə. Ümumiyyətlə, əksər türk lər, o 

cümlədən, biz azərbaycanlılar bizə pislik edənlərə qarşı kin-küdurət 

saxlamırıq. O da, görünür, bizim müsəlmanlığımızdan irəli gəlir. 

İslam  dinində  bağışlamaq  həddən  artıq  yüksək  dəyər ləndirildiyi 

üçün biz də hər bir pisliyi bağışlamağa adətkər olmuşuq. 

Həsən  bəy  bildirdi  ki,  ermənilərin  bizlərə  qarşı  belə  qanlı 

hadisələr törətməsi bununla bitmir. Bunlar qətiyyən dinc dayan-

maz lar. Gündə bir bəhanə tapıb üstümüzə gələcəklər. Gecə-gündüz 

ağlayıb-sızıldayıb mərkəzə çatdıracaqlar ki, müsəlmanlar bizi sıxır, 

amandı kömək edin. Necə ki, rusların köməyi ilə Azərbaycanda, 

Bakıda qarış-qarış özlərinə yer ediblər, bundan sonra da bu fəaliy-

yəti davam etdirərək bizləri bu məmləkətdən sıxışdırıb çıxarmağa 

çalışacaqlar. 

Əlimərdan bəy də Həsən bəyin fikirlərini təsdiqlədi: “Dostlar, 

Həsən bəy tamamilə haqlıdır. Dünən yaşadıqlarımızı yaddaşımıza  

əbədi həkk eyləməliyik. Bu gün yaşanan həmin faciənin qarşısını 

birtəhər ala bildik. Amma kim zəmanət verə bilər, bir müddətdən 

sonra ermənilər yenə baş qaldırmayacaqlar. Bunlar elə millətdir, 

məqsədlərinə çatmayınca yerlərində dayanıb-durmazlar. Odur ki, 

mən  də  hesab  edirəm,  bunlara  qarşı  fəaliyyət  proqramı  hazırla-

ma lıyıq. Bu proqram millətin min illər sonra belə ehtiyatı əldən 

verməməyində bələdçi olmalıdır. Dinc əhalini erməni silahlı-qul-

dur  dəstələrinin  hücumlarından,  Bakını  bütövlükdə  erməni-daş-

nak  təxribatlarından  qorumanın  yollarını  axtarmalıyıq.  Bizim 

bü tün  bu  sahələr  üzrə  fəaliyyətimizin  mükəmməl  üsulu  işlənib-

ha zırlanmalıdır ki, bir də belə hadisələr təkrarlanmasın. Əgər bu 

gün  ciddi  tədbirlərə  əl  atmasaq,  çox  keçməz,  fevral  qırğınlarını 

da  unudar,  erməniləri  bağışlayarıq.  Bu  unutqanlıq  isə  yeni-yeni 

fəlakətlərə yol açar.

Əhməd bəy: 

– Doğrudur, Həsən bəy, bir vaxtlar Şuşada da eyni vəhşi qır -

ğınlar törətmişdilər. Sonra nə oldu, hər şey elə indiki kimi unu-

dul du.  Yenə  dostluq,  kirvəlik,  onlardan  qız  almaq  və  s.  Budur, 

mil li  unutqanlığın,  həddən  artıq  humanistliyin  nəticəsi.  Biz  hər 




725

şeyi unutduq, onlar da özlərini heç nə olmayıbmış kimi apardılar. 

Əslindəsə, yenidən hazırlaşaraq bugünkü faciəni törətdilər. 

Fərrux bəy Vəzirov: 

– Bunlar bizi sınayıblar. Bilirlər, ruslar da onlara heç nə et mə-

yəcək, biz də ciddi bir müqavimət təşkil etməyəcəyik deyə, ayaqları 

yer alır. Həm də baxın, Salyanski küçəsindəki silah anbarı, gizli 

mətbəə və s. bunlar ki tək ermənilərin işi deyil. Onların Vorontsov-

Daşkov kimi himayəçiləri olmasa, heç nə edə bilməzlər.

İsmayıl bəy Səfərəliyev:

– Mən Həsən bəylə bir işdə də tamamilə razıyam, bu yaramazlar 

təkcə müsəlmanlara divan tutmaqla işlərini bitmiş hesab etmirlər. 

Onlar  həm  də  törətdikləri  vəhşilikləri,  terror  hadisələrini  bizim 

boynumuza  atırlar,  xarici  dövlətləri,  rus  hakimiyyətini  inandıra 

bi lirlər ki, guya bu faciələri biz törətmişik. Onların bu yalan mə-

lu matlarının qarşısını almaq, müxtəlif mətbuat orqanlarında vay-

şivən qoparmalarını ifşa etmək üçün biz də nələrisə etməliyik. Əks 

təqdirdə, etmədiklərimizə görə biz cəzalanacağıq, vəhşilik törədən 

ermənilərsə etdiklərinə görə mükafatlanacaqlar.

–  Hələ  siz  görün,  bu  yaramazlar  Bakı  Qubernatorunun  öl-

dü rülməsini necə ört-basdır etdilər, necə deyərlər, sudan da quru 

çıxdılar. Hadisəni törədən erməniyə bəraət verdirdilər. O da indi, 

yəqin, növbəti qətl hadisəsini törətməyə hazırlaşır.

 Fevral-avqust aylarında Bakının ardınca silahlı erməni qul-

durları Naxçıvanda, Üçmuəzzində, İrəvanda, Cəbrayılda, Şuşada, 

Gəncədə,  Tiflisdə,  Batumidə,  Qazaxda,  Zəngəzurda  və  başqa 

müsəlman-azərbaycanlı  yurdlarında  böyük  qırğınlar  törədiblər. 

Bunların bu əməlləri nəinki indiyə qədər düzgün qiymətini alıb, 

günahkarlar layiqincə cəzalandırılmayıb da. Əksinə, onların hər bir 

hərəkətinə dəstək verirlər, havadarlıq edirlər. Mərkəzi hakimiyyətə 

qarşı yerlərdə olub-qalan bütün inam, ümid də yoxa çıxmaqdadır. 

Belə hakimiyyətə biz bel bağlayıb, təhlükəsizliyimizi etibar 

edə bilmərik! – Əlimərdan bəy söhbətə yekun vurdu. 

* * *



Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   230   231   232   233   234   235   236   237   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə