Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə231/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   227   228   229   230   231   232   233   234   ...   245

714

düşünürəm ki, biz də gərək bu şəraitdən stifadə edək. 

Sonra Əlimərdan bəy məclisdə əyləşən qonaqlara əlində bir 

dəstə qəzet tutan gənc oğlanı – Üzeyir Hacıbəyovu təqdim etdi, 

Sankt-Peterburqda, Tiflisdə, Bakıda dərc olunan müxtəlif mətbuat 

orqanlarındakı  məlumatlarla  məclis  əhlini  tanış  etməyi  ondan 

xahiş etdi. 

Əlimərdan  bəy  bildirdi  ki,  Üzeyir  bəy  Qori  müəllimlər  se-

minariyasını bitirərək Hadrutda müəllim işləyir. Qardaşı Ceyhun 

bəy də çox istedadlı gənc, qələm sahibi kimi gənc yazarlar arasında 

tanınmağa başlamışdı. Əhməd bəysə əlavə etdi ki, Üzeyir həm də 

yaxşı musiqiçidir, mahnılar bəstələyir.

 Üzeyir bəy təvazökarlıqla məclis əhlinə təşəkkür etdi. Sonra 

sözə başlayaraq on-on beş dəqiqə içərisində, demək olar, Rusiya 

imperiyasındakı bütün siyasi-sosial vəziyyəti, bu vəziyyətlə bağlı 

mətbuatda gedən yazılanları diqqətə çatdırdı. Onun məlumatından 

belə aydın oldu ki, hökumət Rusiyadakı mövcud böhranlı vəziy-

yə ti,  baş  verən  sosial-siyasi  və  milli-etnik  iğtişaşları  nə  qədər 

gizlətməyə çalışsa da, bəzi faktları mətbuat səhifələrindən tapmaq 

mümkündür.

Üzeyir bəyə təşəkkür edən Həsən bəy: 

– Hə, dostlar, indi müzakirəyə başlaya bilərik, – deyib üzünü 

otaqda əyləşənlərə tutdu, – məlumatlardan da göründüyü kimi bu 

müharibə və rusların biabırçı məğlubiyyəti səbəb deyil, olsa-olsa 

nəticədir.  Rusların  Port-Artur

166


  məğlubiyyəti  həm  rus  xalqının 

bu  rejimə  qarşı  kütləvi  narazılığını,  həm  də  imperiya  əsarətində 

inləyən xalqların müstəqillik qazanmaqda qərarlı olmasını ortaya 

qoydu. Xalqların istismarına, insanlara dininə və dilinə, milli-etnik 

ayrılığına görə fərqli yanaşmalara son qoyulmalıdır. Bu qədər ayrı-

seçkilik və milli-dini istismar bəsdir. 

 Əhməd bəy:

–  Məncə,  biz  hazırda  daha  çox  mətbuatdan  bəhrələnərək, 

ictimaiyyəti  fəallaşdırmalıyıq.  Bakıdakı  müəyyən  müsəlman  cə-

miyyətlərində, Hacı Zeynalabdinin müəssisələrində xaricdə təhsil 

166

 Port-Artur – Rus-Yapon müharibəsində ən uzunmüddətli döyüş



715

alıb  qayıtmış  gənclərimiz  işləyir,  onları  səfərbər  edərək  isti-

qamətləndirməliyik, bu gənclərin bəziləri fəaliyyətsizdir, çalış ma-

lı yıq ki, onlar fəallaşsınlar və mətbuat səhifələrində görünsünlər. 

 Həsən bəy: 

– Gördünüzmü, o gün bizim bəzi yaramaz erməni qlasnılarını. 

Son zamanlar ermənilərin fəallaşmağı elə-belə, təsadüfi hal hesab 

oluna bilməz. Onları da bizim üstümüzə yönəldənlər var. Dumada 

biz onların hər bir hərəkətinə fəal cavab verməliyik. 

Əlimərdan bəy:

– Məndə olan məlumata görə, dekabrın 12-də Sankt-Peter burq-

da  rus-yapon  müharibəsindən  sonrakı  vəziyyət  müzakirə  olunub 

və belə bir qərara gəlinib ki, həm əhalinin mövcud narazılıqlarını 

yatırmaq, həm də diqqətini yayındırmaq üçün 11 bəndlik “Vətəni 

xilas” adlı proqram qəbul edilsin, guya əhalinin adından imperatora 

təqdim  olunsun.  Bununla  paralel  olaraq  mərkəzdən  başlayaraq 

əyalətlərə qədər bütün strukturlarda hakimiyyəti möhkəmləndirmək 

istiqamətində də ciddi tədbirlər görəcəklər. 

–  Əgər  Nikolay  belə  dövlət  qoruyandısa,  niyə  ermənilərin 

bu  qədər  azğınlaşmasının  qarşısını  almır?  Müharibədə  qələbə 

çalan  yaponlara  erməni  patriarxının  adından  təbrik  teleqramı 

göndərmələrini hamı bilir. Biz buna oxşar bir şey etsəydik, bütün 

xalqımızı Sibirə sürgün edərdilər. Amma ermənilərə “gözün üstə  

qaşın var” deyən də olmadı, – Əhməd bəy çox əsəbi halda söhbəti 

davam etdirdi. 

–   Doğrudan da, bu teleqramlar bizdən getsəydi, indi Bakı 

qan içində üzürdü, – Həsən bəy əlavə etdi.

 Əlimərdan bəy: 

 – Mən bir daha diqqətinizi 12 dekabr “Vətəni xilas” proq-

ra mına  cəlb  etmək  istəyirəm.  Orada  Rusiyanın  bütün  əhalisi 

üçün müəyyən güzəştlərin tətbiq edilməsi nəzərdə tutulub. Deyi-

rəm,  bəlkə,  imperator  hakimiyyətinin  zəifləməsindən  doğan  bu 

yumşaldıcı fərmanından yararlanaraq biz də bəzi məsələləri Du-

ma da  gündəmə  gətirək.  Fürsətdən  istifadə  edərək  illərdən  bəri 

ça lış dığımız məsələlərin həllinə nail olaq. Məsələn, mən Cənubi 

Qafqazda  yaşayan  müsəlmanların  hüquqlarının  imperiyanın  əra-




716

zi sində  yaşayan  digər  qeyri-müsəlman  əhalisinin  hüquqları  ilə 

eyniləşdirilməsi tələbini irəli sürərəm, çarın fərmanına istinad edə-

rək  əsaslandıraram,  sizsə  çıxış  edərək  məni  dəstəkləyərsinizmi? 

Həsən bəy, nə deyirsiniz?

  Həsən  bəy  və  məclisdəki  digər  ziyalılar  Əlimərdan  bəyin 

bu  təklifini  alqışladılar,  belə  qərara  gəldilər  ki,  növbəti  Dumada 

danışdıqları kimi də hərəkət etsinlər.

Yanvar ayının 18-də Duma iclası çox gərgin keçdi. Əlimərdan 

bəy əsaslı hüquqi və siyasi dəlillərlə çıxış etdi, imperator II Niko-

la yın “humanistliyindən”, onun fərmanı ilə qəbul olunmuş “Vətəni 

xilas”  proqramının  əhəmiyyətindən,  yerlərdə  bununla  bağlı 

müəy yən  addımlar  atmağın  zəruriliyindən  ürəkdolusu  bəhs  etdi. 

Əlimərdan bəy çıxışını kifayət qədər təsirli notlarda tamamlayaraq 

sonda qeyd etdi ki, yer üzündə insanlar Tanrı tərəfindən eyni sevgilə 

yaradılıb. Fərqlilik həyatda ancaq əməllərə görə yaranıb. Kimi bu 

həyatda xeyirxah əməllərinə görə, iman və vicdanı ilə fərqlənib. 

Kimisi isə pisliyi və pis xislətiylə. İnsan yer üzünə çılpaq gəlir, 

dünyanı çılpaq da tərk edir. Heç kim dünya malını özüylə qəbirə 

aparmır.


Əlimərdan  bəy  onu  da  vurğuladı  ki,  zülmün,  ədalətsizliyin 

ca vabı  çox  pis  olur.  İnsanları  dini  mənsubiyyətinə  görə  fərqlən-

dir mək,  ayrıseçkilik  etmək  çox  pis  nəticələr  verə  bilər.  Gəlin 

biz də imperator II Nikolaydan, onun fərmanı ilə qəbul olunmuş 

proqramdan  nümunə  götürüb  bu  ədalətsizliyi  aradan  qaldıraq. 

Cənubi Qafqazdakı dini ayrı seçkiliyə birdəfəlik son qoyaq! 

Duma üzvü Melikyan hamıdan qabaq söz alaraq dedi:

– Əlimərdan bəy, siz nə təklif edirsiniz, imperator həzrətlərinin 

mənsub olduğu bir dinlə musurmanlara eyni hüquqmu verək? Ara, 

deyəsən,  bu  Dumada  sizə  çox  üz  verilib  haa.  Bunlara  baxın,  nə 

təklif edirlər… 

Əhməd bəy dərhal söz alaraq, erməninin tutarlı cavabını verib 

yerində oturtdu. O söylədi ki, bu cənab Melikyandan soruşan la-

zım dır,  sən  imperator  həzrətlərini  və  onun  millətini,  dinini  be-

lə  sevirdinsə,  minlərlə  müharibə  şəhidinin  qanı  qurumamış  ya-

pon  imperatoruna  ermənilər  adından  təbrik  göndərən  erməni 




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   227   228   229   230   231   232   233   234   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə