Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə229/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   225   226   227   228   229   230   231   232   ...   245

708

ağaya  olan  ümidlərim  hədər  deyilmiş.  Əlimərdan  bəy,  təsəvvür 

edə bilməzsən, 1891-ci ildə yazdığı “Zaqafqaziya müsəlmanlarını 

necə adlandırmalı” yazısına görə onu çar xəfiyyəsi nə qədər çək-

çevir etdi. Həmin məqaləsində o elə mövzulara toxunurdu ki, hər 

baş redaktor cürət edib belə yazını dərc edə bilməzdi. Mən onun 

“Moskovskie novosti”

164


 və sair qəzetlərdə Türkiyə, Rusiya, İran, 

Hindistan  siyasətinə  aid  təhlilli  yazılarını  da  oxumuşam.  Açıq 

görünürdü, bu adam çox savadlı, milli ruhlu bir insandır”. 

 Sonrakı dövrdə Həsən bəy “Şərqi-rus”un bütün nömrələrini 

alaraq  oxuyurdu,  ana  dilində  çıxan  bu  qəzetə  rəğbəti  getdikcə 

artırdı. O, qəzetdə qadın azadlığına həsr olunmuş rubrikanı Hənifə 

xanıma  tapşırmışdı  ki,  bu  yazıları  qoy  bütün  qız  şagirdlərimiz 

oxusun.  “Yazıların  mənasını  və  sətiraltı  işarələrini  qızlara  izah 

etmək və başa salmaq lazımdır”. 

Qəzetin  növbəti  nömrəsində  Əlimərdan  bəyin  adından 

“Kaspi”çilərin təbriki dərc edildi.

164


 Moskovskiye novosti” – Rusiyanın 1930-cu ildən əsası qoyulmuş gündəlik 

ictimai-siyasi  qəzeti.  Qəzetin  əsasını  qoyan  amerikan  jurnalisti  Anna  Luiza 

Stronqdur.



709

Azərbaycanlı aydınların üz-üzə 

qoyulmasına göstərilən cəhdlər

Son bir neçə ay içərisində çarın gizli xəfiyyələri günü-gündən 

mübarizləşən  azərbaycanlı  aydınlar  və  ziyalılar  arasında  ciddi 

iş  aparırdı.  Xüsusən,  Tiflisdə  məskunlaşıb  fəaliyyət  göstərən 

ziyalılarla  Bakıda  fəaliyyət  göstərənləri  qarşı-qarşıya  qoymağa, 

milli aydınlar və fəal azərbaycanlılar arasında nifaq salmağa ça-

lı şırdılar.  II  Nikolay  və  onun  yerli  əyanları  Rusiyada  yetişən  və 

ucqarlarda  da  izsiz  ötüşməyən  inqilabi  vəziyyəti  yumşaldıb 

beşiyindəcə boğmağa cəhd göstərirdi. 

Azərbaycanda milli oyanış getdikcə açıq-aşkar özünü büruzə 

verirdi.  Xarici  ölkələrin  qabaqcıl  universitetlərində  təhsil  alaraq 

Azərbaycana  dönən  gənc  aydınlar  müxtəlif  vasitələrlə  kütlələr 

içərisinə  yol  tapır,  əhalinin  maariflənməsinə,  öz  haqlarını  dərk 

edərək tələb etmələrinə yardım göstərirdilər. Tiflis və Bakıda dərc 

olunan  qəzetlərdə  hər  gün  yeni-yeni  maarifləndirici  məqalələrlə 

çıxış  edən  gənc  və  təhsilli  azərbaycanlı  aydınların  fəaliyyətini 

zəiflətmək  mümkünsüz  görünürdü.  Odur  ki,  çar  xəfiyyəsi  ermə-

ni lərdən  istifadə  edərək  belə  savadlı  azərbaycanlıları  bir-birinin 

üzərinə qaldırmağa cəhd edir və milli oyanışı ləngitməyə çalışırdı. 

Bu istiqamətdə onlar Məhəmməd ağa Şahtaxtılı və onun Tiflisdə 

dərc  olunan  “Şərqi-rus”  qəzetilə  Əlimərdan  bəy  Topçubaşov, 

Əhməd bəy Ağayev və Bakıda dərc olunan “Kaspi” qəzeti arasında 

ilk qarşıdurmanı yaratmağa çalışdılar və müəyyən qədər buna nail 

ola bildilər. 

Tərəflər  arasında  salınmış  ixtilafın  getdikcə  güclənməsi  və 

“Şərqi-rus”  “Kaspi”  qarşıdurmasına  çevrilməsi  son  günlərdə 

Həsən bəyi əməlli-başlı üzürdü. O bu ixtilafı qətiyyən həzm edə 

bilmirdi: “Allahım, bu nə işdir? Bu millətin ağıllı, təhsilli və ziyalı 

övladları niyə  bir-birini həzm edə bilmir.  Əslində, həzm etsələr, 

ittifaq yaranar, ittifaq yarananda onların arasında duranlar məğlub 

olarlar.  Ona  görə  bəziləri  var  gücləriylə  millətin  ağıllı,  təhsilli 



710

insanlarını üz-üzə qoyur” – ürək ağrısıyla düşünürdü. 

Həsən  bəy  tez-tez  Əlimərdan  bəylə  Əhməd  bəyə  əsəbiləşir, 

sübut etməyə çalışırdı ki, Məhəmməd ağa heç vaxt Zeynalabdin 

Tağıyevə qarşı olmayıb, əksinə, onun qız məktəbi ideyasını həmişə 

qəzetlərdə təbliğ edib.

Həsən  bəy  Məhəmməd  ağaya  da  ərkyana  tənbeh  məktubu 

ilə  müraciət  də  etmiş,  Hacının  düşərgəsindən  olan  yazarlarla 

qarşıdurma yaratmamağı xahiş etmişdi.

O  məhz  indi  milli  birliyin,  xüsusən  də,  ziyalılar  arasında 

mütəşəkkilliyin vacibliyinin millətə hava-su kimi lazım olduğunu 

hamıdan çox dərk edir, bu yöndə ciddi mübarizə aparırdı. 

Həmin  günlər  yenə  də  çar  xəfiyyəsinin  təhriki  ilə  Bakıda 

ermənilər  də  çox  fəallaşmışdı,  Dumada  bir-birinin  ardınca  anti-

azərbaycan mövqeyi sərgiləməyə nail olmuşdular. Bu hal da Duma 

qlasnısı kimi Həsən bəyin əsəblərini ciddi şəkildə təhdid edirdi. 

O,  nə  qədər  büruzə  verməməyə  çalışsa  da,  bütün  bunlar  onun 

səhhətinə pis təsir edirdi. 

Ümumiyyətlə,  Dumanın  erməni  üzvlərinin  Həsən  bəyi  və 

digər  azərbaycanlı  ziyalıları  görməyə  gözləri  yox  idi.  Onlardan 

biri hətta bir dəfə yerindən qışqıraraq: “Böyük məsələlər qalıb bir 

yanda, bizsə Həsən bəyin tatarlara aid cəfəng tələblərini müzakirə 

edirik. Biz bu tatarların kiçik müşküllərinə vaxt sərf etməyəcəyik 

ki,” – deyəndə Həsən bəy onun cavabını vermişdi: 

–    Cənab  Ambarsumov,

165


  neyləmək  olar,  hər  dəfə  sizin 

mənasız  məsələləriniz  Dumada  müzakirə  edilərək  həll  olunanda 

qoy bir dəfə də bizim kiçik məsələlərimiz həll olunsun. Özün də 

unutma ki, biz tatar yox, azərbaycanlıyıq! 

–   Bizə, ermənilərə toxunma. Biz tarixi millətik. 

–   Mən keçən dəfə sənə başa salmaq istədim, amma görünür, 

sona qədər izah etməmişəm. İndisə izah edim. Qulaq as. Elə əsl 

saxta,  tarixi  olmayan  millət  sizsiniz.  Saxta  yolla  “erməni”  adı nı 

mənimsəyərək,  özünüzə  tarix  uydurmusunuz.  Məgər  siz  bil mir-

165


  Vladimir  Ambarsumoviç  Ambarsumov  (1892-1937)  –  rus  pravoslav 

kilsəsində keşiş




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   225   226   227   228   229   230   231   232   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə