Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə228/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   224   225   226   227   228   229   230   231   ...   245

704

Türkiyəyə  doktor  olmaq  üçün  göndərmişdi,  sənsə  geriyə  böyük 

bir  ideoloq  kimi  dönmüsən.  Allah  səni  və  bizlərin  hər  birimizi 

xata-bəladan qorusun! Bundan sonra qayğımın biri də artdı: səni 

Bakının çuğul ermənilərindən, qaz kimi ayıq çar xəfiyyələrindən 

qorumaq! Sənin indiki fikirlərin şimşək kimi onları və Bakıdakı 

digər türk düşmənlərini vuracaq.

Əlimərdan bəy bir qədər sözlərinə fasilə verərək fikrə daldı. 

Sonra üzünü Əli bəyə tutdu: 

– Əli, gəlsənə, səni bir müddət Tiflisə göndərək. Daha doğrusu, 

Tiflis ətrafındakı Manqlisidə

163


 yerləşdirək. Bizim uşaqlar da orda-

dır. Həm bir qədər dincələrsən, illərin yorğunluğu canından çıxar, 

həm də yaradıcılıqla məşğul olarsan. Sonra işlərin gedişinə baxarıq, 

bir  müddət  sonra  səni  Bakıya  köçürərik.  İndi  bu  şəhərdə  bayaq 

söylədiyim təhlükələrlə yanaşı, həm də ciddi xəstəlik təhlükəsi var, 

vəba, taun baş alıb gedir. Açığı, qorxuram sənin üçün burada. 

 Nə düşünürsən, qoy elə də olsun… 

Əlimərdan bəy:

–  Əslində, sənin qayıdacağını bilirdim. Sabah dostlara teleq-

raf göndərib qonşuluqda sənə mənzil kirayələməyi xahiş edəcəm. 

Əgər sən Manqlisidən xoşlansan, bir müddət orada qalıb yazılarını 

yazarsan. Amma məqalələrini “Kaspi”yə də göndərərsən. Səndən 

bir ricam da o olacaq ki, imkan olduqca mənim Ələkbərimə də türk 

dili öyrədərsən, türk ədəbiyyatı haqqında dərs verərsən. Bu, onun 

ana dilinə sevgisini artıra bilər.

 Əli bəy:

  –  Belə  görürəm,  sənə  tabe  olmaqdan  başqa  çarəm  yoxdur. 

Doğrudan da, bir müddət fikir və ideyalarımı cəmləməyə, məfkurə 

anlayışımı cilalamağıma ciddi ehtiyac var. 

  Əlimərdan  bəy,  dostum,  sən  artıq  hamıdan  yaxşı  görürsən 

ki, Çar Rusiyası bu məkanda yaşayan xalqların əsl həbsxanasına 

çevrilib. Rus imperiyasında da, elə Osmanlının özündə də xalqların 

inqilaba  qalxması  qaçılmazdır.  İndi  dünyada  insanlar  daha  azad 

və  yetkin  cəmiyyətlər  yaratmaq  istiqamətində  ciddi  fəaliyyət 

163

 Gürcüstanın Tetristkarayski vilayətində şəhər tipli qəsəbədir.




705

göstərirlər.  Bir  az  keçməz,  bu  ideyalar  bizim  də  məmləkətə 

daxil olar, hər birimiz o gün üçün hazır olmalıyıq. Azərbaycanın 

müstəqilliyi çox da uzaqda deyil. Bunu hər bir aydın baxışlı ziyalı 

görür və görməlidir. Bunun uğrunda biz mübarizə aparmalıyıq.

 O zaman mən, icazənizlə, bu gün Salyana gedib, doğmalarımla 

görüşərəm. Sabahsa oradan Manqlisiyə gedərəm.

  Həsən  bəyə  də  məndən  çox-çox  salam  söyləyin.  Əslində, 

mənim  söylədiyim  “türklük,  islamlıq,  Avropalılıq”  ideyasının 

rüşeymlərini Həsən bəy daha ehtiyatlı, üstüörtülü şəkildə 1875-ci 

ildə “Əkinçi”də qeyd edirdi. Mən hər dəfə yeni fikir və ideyalar 

irəli sürən insanlardan Türkiyədə danışanda, tibb fakültəsində də, 

dərnək görüşlərində də Həsən bəydən bəhs edərdim. 

Əlimərdan bəy:

– Həsən bəyə belə sayğınız və ehtiramınız məni çox sevindirdi. 

– Bu gün bizim uğrunda mübarizə apardığımız bir çox qabaqcıl 

ideyaların mənbəyi Həsən bəydən, millət atasından gəlir. Biz sadə-

cə, onu yeni şəraitdə, daha sistemli ifadə edirik. Heç birimiz onun 

qədər fədakarlıq etməmişik, düşünürəm, edə bilməyəcəyik də. 

Əlimərdan bəy:

– Bir saat öncə bir yerdəydik. Səndən də bir xeyli danışdıq. 

N.Tolstoyla yazışır, ona məktub yazmışdı, getdi ki, öz əliylə yola 

salsın.

Məncə, bizim Həsən bəy rusların Tolstoyu kimi xalqa lazımlı 



şəxsiyyətdir.  Onların  bir-birinə  yazdığı  həyat,  din  haqqında 

fəl səfi  düşüncələr  iki  böyük  insanın  tarixi  yazışmaları  kimi 

dəyərləndirilməlidir.

Əlimərdan bəy sonrakı gün Əli bəy Hüseynzadənin ideyaları 

və fəaliyyəti haqqında, hətta müvəqqəti olaraq Tiflisə – Pərisoltan 

və  oğlu  Ələkbərin  yaşadığı  Manqlisiyə  yerləşdirməsi  haqqında 

Həsən bəyə də söyləyəndə Həsən bəy dedi:

–  Mərdan,  sən  də,  dünən  səninlə  tanış  etdiyim  Məhəmməd 

ağa Şahtaxtinski, Əli bəy Hüseynzadə və başqa digər mütərəqqi 

gənclərimiz bizim gələcəklə bağlı əsas ümid yerimizsiniz. Biz sizin 

hər birinizi Bakıdakı bugünkü çar-erməni irticasından qorumalıyıq. 

Əlimərdan bəy:




706

– Doğrudur, mən də sizin kimi düşündüyümdən, onu Manq-

li siyə göndərdim. Əli bəy gələcəyin böyük ideoloqu olacaq, onu, 

doğrudan da, qorumaq lazımdır. O bizim xalqın, millətin ictimai 

düşüncəsini, milli kimliyini, gələcək inkişafın yolunu düşünmək və 

qurmaq gücündə olan adamdır. Sadəcə olaraq, bu adamın inqilabi 

düşüncələri Osmanlı idarəçilərinin xoşuna gəlməyib. Bizim milli 

inkişafımızın əbədiyaşar yolunu məhz belə insan müəyyənləşdirə 

bilər. 

Əli bəyin “Türkçüyük, islamıq, avropalıyıq” şüarının içində 



bütün  türk  dünyasının  yaşam  düsturu  öz  əksini  tapıb.  Mən  ona 

açıq-aşkar demədim, Bakıda siyasi durum gərgindir, onu təhlükə 

gözləyir.  Belə  desəydim,  o,  əksinə,  daha  çox  burada  qalmağa 

üstünlük verəcəkdi. Mənim istəyim odur ki, insanlar onun harada 

olmasını  bilməsin,  amma  onun  “Kaspi”də  gedən  yazılarını  oxu-

yaraq  milli  şüurlarını  inkişaf  etdirsinlər.  O,  bundan  sonra  daha 

təhlükəsiz  bir  yerdə  yaradıcılıqla  məşğul  olacaq,  məqalələrlə 

qəzetdə çıxış edəcəkdir. Həm də orada bir qədər bizim uşaqlardan 

göz-qulaq olmasını xahiş etmişəm. 



707

“Şərqi-rus” qəzetinin fəaliyyəti 

1903-cü ilin mart ayının 31-də Həsən bəy bir poçt bağlaması 

aldı. Bağlamanın içindən bir gün əvvəl çap olunmuş “Şərqi-rus” 

qəzeti və Məhəmməd ağanın məktubu çıxdı. 

Məhəmməd ağa yazırdı: “Gözünüz aydın, əziz ustadım Həsən 

bəy, fikirlərimizə daim istiqamət verən dahi insan! “Şərqi-rus”un 

işıq üzü görməsi münasibətilə hər kəs indi məni, mənsə sizi təbrik 

edirəm. hər yeni çıxan qəzetin əsasında sizin ideyalarınız dayanır. 

Xalq məsəli var, deyərlər “Zər qədrini zərgər bilər”. Sizsə bizim 

söz zərgərimizsiniz. 

Əziz  dostum  Həsən  bəy,  “Şərqi-rus”  qəzeti  məmnuniyyətlə 

yazılarınızı gözləyir.

Sizə dərin hörmət və sevgi ilə Məhəmməd Şahtaxtılı”. 

Həsən bəy qəzet əlində “Kaspi”yə gəldi. İçəri girən kimi dedi:

– Dostlar! Şad xəbər var. Məhəmməd ağa “Şərqi-rus”u çıxardı. 

Sizin hər birinizi bu münasibətlə təbrik edirəm. Əlimərdan bəy, ya 

sən,  ya  da  Əhməd  bəy,  sən,  hamımızın  adından  geniş  bir  təbrik 

hazırlayın.  Göndərək  qəzetdə  dərc  olunsun,  elə  “Kaspi”də  də 

dərc edin. İndi işıq üzü görən hər yeni mətbuat nümunəsi millətin 

gələcəyinə  dəstəkdir,  bizim  fəxrimiz,  düşünən  beynimiz,  yazan 

əlimizdir.

Daha  sonra  birlikdə  “Şərqi-rus”u  vərəqlədilər.  Qəzetdə 

Sol  tan  Məcidin,  F.Köçərlinin  yazısı,  M.Ə.Sabirin  şeri,  Faiq 

Nemanzadənin, Rəşid bəy Əfəndiyevin publisist məqaləsi, Mirzə 

Cəlilin  felyetonu,  Məmməd  Səid  Ordubadinin  hekayəsi  dərc 

olunmuşdu.

Həsən bəy dodaqaltı pıçıltı ilə: “Vallah, alqışlar olsun sənə! 

Əsl alqışlanmalı fəaliyyətdir bu. Halal olsun Sultan Ağanın çörəyi 

sənə,  Məhəmməd!”  –  Məhəmmədaağa  Şahtaxtılını  ürəyində 

alqışladı. 

  Sonra  Məhəmməd  ağanın  məktubdakı  fikirlərini  xatırladı: 

“Bu qəzetin hələ farscası da dərc olunacaqmış, – bu dəfə Həsən bəy 

sevincini açıq büruzə verməkdən çəkinmədi. “Mənim Məhəmməd 



Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   224   225   226   227   228   229   230   231   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə