Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə226/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   222   223   224   225   226   227   228   229   ...   245

697

həyatı ilə seçilən şəhər xarabalığa çevrilmişdi. Ölən mal-qaranın, 

insan cəsədlərinin sayı-hesabı bilinmirdi. 

Həsən bəy kökündən çıxaraq yerə yıxılan qoz ağacının üs tün-

də oturan mülkədar Hacı Kərim ağanı görcək tanıdı. Onun mülkü 

yerlə-yeksan olmuşdu. Deyəsən, yaxınlarından da kimisə itirmişdi. 

Bütün  hadisələr  –  gəncliyi,  ən  güclü  vaxtında  bölgə-bölgə 

dolaşaraq Bakıda yaratdığı xeyriyyə cəmiyyəti üçün pul toplayanda, 

Hacı  Kərimin  onu  rədd  etdiyi  an  Həsən  bəyin  gözləri  önünə 

gəldi.  Realnı  Gimnaziyanın  Şamaxıdan  olan  tələbəsi  Məmməd 

Əlizadənin o zaman necə pərt olduğunu xatırladı.

Bəli,  bu  həmin  kobud  Hacı  Kərim  idi…  Həsən  bəy  onunla 

salamlaşdı, başsağlığı verərək yoluna davam etdi. Bu adam indi 

öz  dərdində  idi,  nə  zamansa  əl  tutmadığı  bu  xeyirxah  insanı 

xatırlayacaq halda deyildi. 

Bir azdan onlar Məmməd Əlizadəni tapdılar, Bakıdan gə tir-

dikləri  yardımları  ehtiyacı  olanlara  paylamaq  üçün  yerli  ko mis-

siyaya  verdilər.  Həsən  bəy  komissiyanın  adından  bütün  həlak 

olanların yaxınlarına başsağlığı verərək, yerli təşkilatçılardan daha 

çox  ehtiyac  duyulan  yardımların  siyahısını  tutmağı  xahiş  etdi. 

Axşam o, Bakıdan gəlmiş komissiya üzvlərini yola salaraq, özü 

daha bir neçə gün şəhərdə qaldı, Əsgər ağa ilə birlikdə insanların 

yerləşdirilməsi,  ölənlərin  dəfni,  gətirilən  yardımların  ünvanlara 

çatdırılması işini təşkil elədi. 

 Fevral ayı idi, qəzəbli kiçik çillənin soyuğu evi-eşiyi dağılmış 

adamların  iliyini  dondururdu.  Sonrakı  bir  həftə  ərzində  Həsən 

bəyin rəhbərlik etdiyi xeyriyyə cəmiyyəti yüzdən çox dəvə karvanı 

ilə Şamaxıya ərzaq, geyim, yorğan-döşək və ən zəruri digər şeyləri 

çatdırdı.  Bu  sərgərdan,  ev-eşiksiz  insanların  içində  Məhəmməd 

Hadi də var idi. Hadi zəlzələdən sonra Kürdəmirə qohumlarının 

yanına köçdü. 

Zəlzələdən  ötən  doqquz  gün  ərzində  Bakı  qubernatorluğu 

və  digər  hökumət  orqanları  da  ehtiyacı  olan  insanlara  müəyyən 

yardımlar göstərməyə başladılar. Əsas və davamlı yardım işinisə 

Həsən bəy dediyi kimi, xalqın yaratdığı “Xalq cəmiyyəti” həyata 

keçirdi. 




698

  Həmin  günlər  “Bakı”  qəzetində  namərd  ermənilər  Həsən 

bəyin yaratdığı komissiyanın əleyhinə çirkin kampaniya başladılar. 

Komissiya sədri kimi Həsən bəyin zəlzələdən ziyan çəkmişlər üçün 

yığdığı yardımları lazımi ünvana çatdırmamaqda, işi düzgün təşkil 

edə bilməməkdə, hətta yardımları mənimsəməkdə ittiham edirdilər. 

Həsən bəydən bu haqda soruşanda çox sakit tərzdə məsələyə belə 

münasibət bildirmişdi:

– Bilirsiniz, dərdimizin, kədərimizin belə vaxtında cəfəng və 

mənasız məsələlərlə məşğul olmağa vaxtım yoxdur.




699

Bakı 1902-ci il, Həsən bəyin 

Məhəmməd ağa Şahtaxtılı ilə görüşü

Həsən  bəy  1902-ci  ilin  dekabr  ayında  Dumanın  iclasından 

yorğun  çıxan  azərbaycanlı  nümayəndələri  Olkinski  küçəsindəki 

“Çanaqqala” restoranına dəvət etmişdi. Hər zaman Dumada vəziy-

yət qarışanda Həsən bəy azərbaycanlı qlasnıları: “Siz bizim millətin 

dü şünən  beynisiniz,  gəlin  çətinliyi  birlikdə  aradan  qaldıraq,” 

–  deyib  bir  yerə  toplayardı.  Bu  gün  də  o,  yarızarafat-yarıciddi: 

“Birgə qərar verib, fikrinizi toplamaq üçün mən sizi bura yığdım,” 

– söyləyərək, “Çanaqqala” dəvətini təşkil etmişdi. İçəri girən kimi 

onların diqqətlərini sağ tərəfdə əyləşmiş Məhəmməd ağa və onun 

qonağı çəkdi. 

Həsən bəy Məhəmməd ağanı çox istəyirdi, həmişə bu şəxsə 

dərin  ehtiram  bəslərdi.  İdeyaları  arxasınca  sərgərdan  gəzən  bu 

adamın taleyi də onun taleyinə bənzəyirdi. 

– Səni xoş gördük, ay Məhəmməd! Bəs eşitdim sən Rusi ya-

dasan?


Məhəmməd bəy köhnə dostunun səsini eşitcək, cəld yerindən 

qalxıb sevincək irəli yeriyərək dedi:

– Salam ustad! Hə, orada idim, yenicə qayıtmışam. Bu dəfə də 

qayıdışım bir şeyə yaramasa, demək, arzularımız puç olacaq.

– Dayan görüm, nə ustad, sənin özün elə əsl ustadsan, – Həsən 

bəy dostu Məhəmməd ağaya təvazökarlığına görə təşəkkür etdi. 

–  Gəl səni bizim Duma üzvləriylə tanış edim. 

– Yox, əvvəlcə gəl mən sizi dostum Mirzə Cəlillə tanış edim, 

yaxşı felyetonlar, dram əsərləri, povestlər yazır. 

Həsən bəy Mirzə Cəlillə tanış oldu, onun haqqında çox eşit-

di yini  diqqətinə  çatdırdı. Ardınca  o,  dostlarını  Duma  üzvü  olan 

azərbaycanlı  qlasnılarla  tanış  etdi,  masaları  birləşdirərək  kiçik 

bir məclis təşkil etdi. Əlimərdan bəyi, Əhməd bəyi, Fərrux bəyi 

Məhəmməd ağa Sahtaxtılı və Mirzə Cəlillə tanış etdi.

 Əlimərdan bəy bildirdi ki, onlar Tiflisdən tanışdırlar. 



700

Söhbət zamanı məlum oldu ki, Məhəmməd bəy “Şərqi-rus”

162

 

adlı qəzetin iznini almaq ərəfəsindədir. Həsən bəy:



– Sənin yetərincə mətbəə, qəzetçilik və yazarlıq təcrübən var

bu qəzetin çox oxunaqlı olacağına şübhə etmirəm. Sənin 91-ci ildə 

“Kaspi”də  çap  olunan  yazıların,  bir  illik  redaktorluq  fəaliyyətin 

yadımda  qalıb.  Sən  rus  dilində  nəşr  olunan  o  qəzetin  ruhunu 

müsəlmanlaşdırmışdın. Bunu hamımız hiss edirdik. 

– Bilirsiniz, Həsən bəy, bizim kimi adamları mal-pul yoxluğu 

ilə sındırmaq olmaz, bizi məhv etmək üçün məqsədlərimizin qar-

şısına sədd çəkmək də yetərli deyil. 1896-cı ildə mənim “Tiflis” 

adlı qəzet açmaq müraciətimə razılıq verilməyəndən sonra əvvəl 

Parisə, sonrasa Peterburqa getdim, ən mötəbər qəzetlərdə əməkdaş 

kimi çalışdım. İndisə ana dilimizdə qəzet açmaq istəyirəm. 

Əlimərdan bəy:

– Məhəmməd ağa, sizin inadkarlığınız mütləq faydasını verə-

cək,  çünki  mübarizsiniz.  Onu  da  deyim,  indi  imperiya  idarələri 

əvvəlki kimi nəyəsə qəti etiraz bildirmək iqtidarında deyillər. 

Həsən bəy Duma üzvlərinə özünün 1872-ci ildəki Naxçıvan 

səfərindən, Məhəmməd ağanın ata mülkündə qonaq olmasından, 

onun ailəsinin qonaqpərvərliyindən ağız dolusu danışdı. 

 Məhəmməd ağa həmin mülkü satıb puluna bir qəzet mətbəəsi 

açdığını söyləyib sözünə davam elədi:

–  Dərc  etmək  istədiyim  yeni  qəzeti  də  həmin  mətbəədə 

çıxarmaq fikrindəyəm. İnşallah, əgər işlərimiz yaxşı getsə, həmin 

qəzetin farsca nüsxəsini də dərc etmək istəyirəm ki, Şərq xalqları 

da bizdən xəbərdar olsunlar. 

Həsən bəy eşitdiklərindən o qədər sevindi ki, bilmədi dostuna 

necə dəstək versin…

– Məhəmməd, dostum, inan ki, mən “Əkinçi”ni çıxardığım 

ərəfədəki  həyəcanı  indi  yenidən  yaşadım.  Amma  Şahtaxtıdakı 

evinizi satdığın üçün məni məyus etdin. 

Məhəmməd ağa:

162

  “Şərqi-rus”  qəzeti  1903-1905-ci  illərdə  dərc  edilib.  Qəzetin  redakto ru  



Məhəmməd ağa Şahtaxtinski idi. 


Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   222   223   224   225   226   227   228   229   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə