697
həyatı ilə seçilən şəhər xarabalığa çevrilmişdi. Ölən mal-qaranın,
insan cəsədlərinin sayı-hesabı bilinmirdi.
Həsən bəy kökündən çıxaraq yerə yıxılan qoz ağacının üs tün-
də oturan mülkədar Hacı Kərim ağanı görcək tanıdı. Onun mülkü
yerlə-yeksan olmuşdu. Deyəsən, yaxınlarından da kimisə itirmişdi.
Bütün hadisələr – gəncliyi, ən güclü vaxtında bölgə-bölgə
dolaşaraq Bakıda yaratdığı xeyriyyə cəmiyyəti üçün pul toplayanda,
Hacı Kərimin onu rədd etdiyi an Həsən bəyin gözləri önünə
gəldi. Realnı Gimnaziyanın Şamaxıdan olan tələbəsi Məmməd
Əlizadənin o zaman necə pərt olduğunu xatırladı.
Bəli, bu həmin kobud Hacı Kərim idi… Həsən bəy onunla
salamlaşdı, başsağlığı verərək yoluna davam etdi. Bu adam indi
öz dərdində idi, nə zamansa əl tutmadığı bu xeyirxah insanı
xatırlayacaq halda deyildi.
Bir azdan onlar Məmməd Əlizadəni tapdılar, Bakıdan gə tir-
dikləri yardımları ehtiyacı olanlara paylamaq üçün yerli ko mis-
siyaya verdilər. Həsən bəy komissiyanın adından bütün həlak
olanların yaxınlarına başsağlığı verərək, yerli təşkilatçılardan daha
çox ehtiyac duyulan yardımların siyahısını tutmağı xahiş etdi.
Axşam o, Bakıdan gəlmiş komissiya üzvlərini yola salaraq, özü
daha bir neçə gün şəhərdə qaldı, Əsgər ağa ilə birlikdə insanların
yerləşdirilməsi, ölənlərin dəfni, gətirilən yardımların ünvanlara
çatdırılması işini təşkil elədi.
Fevral ayı idi, qəzəbli kiçik çillənin soyuğu evi-eşiyi dağılmış
adamların iliyini dondururdu. Sonrakı bir həftə ərzində Həsən
bəyin rəhbərlik etdiyi xeyriyyə cəmiyyəti yüzdən çox dəvə karvanı
ilə Şamaxıya ərzaq, geyim, yorğan-döşək və ən zəruri digər şeyləri
çatdırdı. Bu sərgərdan, ev-eşiksiz insanların içində Məhəmməd
Hadi də var idi. Hadi zəlzələdən sonra Kürdəmirə qohumlarının
yanına köçdü.
Zəlzələdən ötən doqquz gün ərzində Bakı qubernatorluğu
və digər hökumət orqanları da ehtiyacı olan insanlara müəyyən
yardımlar göstərməyə başladılar. Əsas və davamlı yardım işinisə
Həsən bəy dediyi kimi, xalqın yaratdığı “Xalq cəmiyyəti” həyata
keçirdi.
698
Həmin günlər “Bakı” qəzetində namərd ermənilər Həsən
bəyin yaratdığı komissiyanın əleyhinə çirkin kampaniya başladılar.
Komissiya sədri kimi Həsən bəyin zəlzələdən ziyan çəkmişlər üçün
yığdığı yardımları lazımi ünvana çatdırmamaqda, işi düzgün təşkil
edə bilməməkdə, hətta yardımları mənimsəməkdə ittiham edirdilər.
Həsən bəydən bu haqda soruşanda çox sakit tərzdə məsələyə belə
münasibət bildirmişdi:
– Bilirsiniz, dərdimizin, kədərimizin belə vaxtında cəfəng və
mənasız məsələlərlə məşğul olmağa vaxtım yoxdur.
699
Bakı 1902-ci il, Həsən bəyin
Məhəmməd ağa Şahtaxtılı ilə görüşü
Həsən bəy 1902-ci ilin dekabr ayında Dumanın iclasından
yorğun çıxan azərbaycanlı nümayəndələri Olkinski küçəsindəki
“Çanaqqala” restoranına dəvət etmişdi. Hər zaman Dumada vəziy-
yət qarışanda Həsən bəy azərbaycanlı qlasnıları: “Siz bizim millətin
dü şünən beynisiniz, gəlin çətinliyi birlikdə aradan qaldıraq,”
– deyib bir yerə toplayardı. Bu gün də o, yarızarafat-yarıciddi:
“Birgə qərar verib, fikrinizi toplamaq üçün mən sizi bura yığdım,”
– söyləyərək, “Çanaqqala” dəvətini təşkil etmişdi. İçəri girən kimi
onların diqqətlərini sağ tərəfdə əyləşmiş Məhəmməd ağa və onun
qonağı çəkdi.
Həsən bəy Məhəmməd ağanı çox istəyirdi, həmişə bu şəxsə
dərin ehtiram bəslərdi. İdeyaları arxasınca sərgərdan gəzən bu
adamın taleyi də onun taleyinə bənzəyirdi.
– Səni xoş gördük, ay Məhəmməd! Bəs eşitdim sən Rusi ya-
dasan?
Məhəmməd bəy köhnə dostunun səsini eşitcək, cəld yerindən
qalxıb sevincək irəli yeriyərək dedi:
– Salam ustad! Hə, orada idim, yenicə qayıtmışam. Bu dəfə də
qayıdışım bir şeyə yaramasa, demək, arzularımız puç olacaq.
– Dayan görüm, nə ustad, sənin özün elə əsl ustadsan, – Həsən
bəy dostu Məhəmməd ağaya təvazökarlığına görə təşəkkür etdi.
– Gəl səni bizim Duma üzvləriylə tanış edim.
– Yox, əvvəlcə gəl mən sizi dostum Mirzə Cəlillə tanış edim,
yaxşı felyetonlar, dram əsərləri, povestlər yazır.
Həsən bəy Mirzə Cəlillə tanış oldu, onun haqqında çox eşit-
di yini diqqətinə çatdırdı. Ardınca o, dostlarını Duma üzvü olan
azərbaycanlı qlasnılarla tanış etdi, masaları birləşdirərək kiçik
bir məclis təşkil etdi. Əlimərdan bəyi, Əhməd bəyi, Fərrux bəyi
Məhəmməd ağa Sahtaxtılı və Mirzə Cəlillə tanış etdi.
Əlimərdan bəy bildirdi ki, onlar Tiflisdən tanışdırlar.
700
Söhbət zamanı məlum oldu ki, Məhəmməd bəy “Şərqi-rus”
162
adlı qəzetin iznini almaq ərəfəsindədir. Həsən bəy:
– Sənin yetərincə mətbəə, qəzetçilik və yazarlıq təcrübən var,
bu qəzetin çox oxunaqlı olacağına şübhə etmirəm. Sənin 91-ci ildə
“Kaspi”də çap olunan yazıların, bir illik redaktorluq fəaliyyətin
yadımda qalıb. Sən rus dilində nəşr olunan o qəzetin ruhunu
müsəlmanlaşdırmışdın. Bunu hamımız hiss edirdik.
– Bilirsiniz, Həsən bəy, bizim kimi adamları mal-pul yoxluğu
ilə sındırmaq olmaz, bizi məhv etmək üçün məqsədlərimizin qar-
şısına sədd çəkmək də yetərli deyil. 1896-cı ildə mənim “Tiflis”
adlı qəzet açmaq müraciətimə razılıq verilməyəndən sonra əvvəl
Parisə, sonrasa Peterburqa getdim, ən mötəbər qəzetlərdə əməkdaş
kimi çalışdım. İndisə ana dilimizdə qəzet açmaq istəyirəm.
Əlimərdan bəy:
– Məhəmməd ağa, sizin inadkarlığınız mütləq faydasını verə-
cək, çünki mübarizsiniz. Onu da deyim, indi imperiya idarələri
əvvəlki kimi nəyəsə qəti etiraz bildirmək iqtidarında deyillər.
Həsən bəy Duma üzvlərinə özünün 1872-ci ildəki Naxçıvan
səfərindən, Məhəmməd ağanın ata mülkündə qonaq olmasından,
onun ailəsinin qonaqpərvərliyindən ağız dolusu danışdı.
Məhəmməd ağa həmin mülkü satıb puluna bir qəzet mətbəəsi
açdığını söyləyib sözünə davam elədi:
– Dərc etmək istədiyim yeni qəzeti də həmin mətbəədə
çıxarmaq fikrindəyəm. İnşallah, əgər işlərimiz yaxşı getsə, həmin
qəzetin farsca nüsxəsini də dərc etmək istəyirəm ki, Şərq xalqları
da bizdən xəbərdar olsunlar.
Həsən bəy eşitdiklərindən o qədər sevindi ki, bilmədi dostuna
necə dəstək versin…
– Məhəmməd, dostum, inan ki, mən “Əkinçi”ni çıxardığım
ərəfədəki həyəcanı indi yenidən yaşadım. Amma Şahtaxtıdakı
evinizi satdığın üçün məni məyus etdin.
Məhəmməd ağa:
162
“Şərqi-rus” qəzeti 1903-1905-ci illərdə dərc edilib. Qəzetin redakto ru
Məhəmməd ağa Şahtaxtinski idi.
Dostları ilə paylaş: |