691
1901-ci ilin oktyabr-noyabr aylarında həm də Bakı şəhər
Dumasına seçkilər keçirilirdi. Haşımov meydanının qurtaracağında
və Velikoknyaz
156
küçəsinin başlanğıcında yerləşən tunc qapılı
sərraf dükanının qarşısında bir dəstə adam bu mövzuda mübahisə
edirdilər. Mübahisə gərginləşdikcə meydana toplaşan insanların
sayı da artırdı. Meydandakı ticarət cərgələrində ona bitişik küçədə
valyutalar satılır, yaxud mübadilə edilir, qızıl və digər qiymətli
metalların ticarəti aparılırdı. İnsanlar bu məkanda özlərini dünyanın
ən sərbəst şəhərlərindəki kimi rahat və təhlükəsiz hiss edirdilər.
Meydandakı mübahisənin mövzusunu uzaqdan eşidən Həsən
bəylə Əhməd bəy Ağayev ayaq saxlayıb mərc edən iki gəncə qulaq
asmağa başladılar:
– Mən deyirəm, Stepan seçiləcək.
– Mənsə deyirəm, Əlimərdan bəy. Ala, onun yerişi, duruşu,
ağayana baxışı bəsdir ki, Dumada otursun.
– Yaxşı, sən deyən olsa, mən sənə bir quzunu təndirdə kabab
etdirib qonaqlıq verəcəm. Yox, mən deyən olsa, sən məni kürəyində
Duma binasının qarşısınacan aparassan.
Əhməd bəylə Həsən bəy qəribə səslənən bu mərc mübahisəsinə
ürəkdən güldülər. Həsən bəy:
– Bizim dəliqanlının məqsədi, deyəsən, bu erməninin kürəyinə
minməkdir.
Əhməd bəy:
– İndi bilərik…
– Cavan oğlan, bu dükan kimindir?
Mərc gələn oğlanlardan biri qabağa çıxdı:
– Bizimdir, buyurun!
– Siz hər gün burda olursunuz?
– Necə bəyəm?
– Biz necə öyrənək ki, sizin mərcdə kim uddu?
– Bilərsiniz, bir-iki günə erməninin kürəyində mənim şəklimi
“Qış klubu”nun, mehmanxanaların, meydanların ən gözəgəlimli
yerlərindən asılı görəcəksiniz. Onda bilərsiniz.
Həsən bəy:
156
İndiki Həsən Əliyev küçəsi
692
– Siz Dumada Əlimərdan bəydən nə gözləyirsiniz?
– Vallah, sözümüzü deməyə bir adam olmadığı belə bir za-
man da Əlimərdan bəyi Allah özü Dumaya göndərib. Onun Həsən
bəy adında qayınatası da bir vaxtlar Dumada qlasnı olub. Ondan
Dumada yaman çəkinirmişlər. İndi də Əlimərdan bəy gəlib. Biz onu
istəyirik. Gəncdir, çalışqandır, millətini də canı-könüldən sevəndir.
Həsən bəy sağollaşıb uzaqlaşarkən gülə-gülə:
– Əhməd, dostum, qocalığı boynuma almasam da, bu hə qi-
qətdir. İndi biz gedək “Kaspi”də Əlimərdanın işlərini yün gül-
ləş dirməyə. Hər birimiz qaynar qazana dönən Bakının üzə çıxan
xeyirli məsələləri ilə məşğul olub, millətə xidmət etməliyik.
Əhməd bəy:
– Xalq ona inanırsa, demək, seçiləcək. Atam deyərdi: “El ağ-
zı, fal ağzıdır”. Əlimərdanın seçilməsi tək bizim üçün yox, bütün
Rusiyada yaşayan müsəlmanlar üçün də bir nicat yolu açacaq.
Əlimərdan bəy bu dəfəki seçkidə hamıdan çox səs toplasa da,
nədənsə onun adı siyahıya düşməmişdi. Komissiyadakılar bu nun
səhvən olduğunu söyləsələr də, təsdiq məsələsi getdikcə yubanırdı.
Odur ki, həm Əlimərdan bəy, həm də Həsən bəyin ailəsi çox əsəbi və
gərgin günlər keçirirdi. Hətta Əlimərdan bəy Tiflisdə yerləşən Qafqaz
mülki hissəsinin baş rəisinə şikayət məktubu da göndərmişdi. Onlar
da tezliklə bu məsələyə əncam çəkiləcəyini bildirmişdilər.
Əlimərdan bəy Duma iclaslarında iştirak etsə də, onun
təsdiqini 1902-ci ilin fevralına qədər yubatdılar. Artıq o da əvvəlki
gərginliyi unutmuşdu. Axşamlar o, qayınatası Həsən bəylə, ziyalı
dostlarından Adil xan Ziyadxanov,
157
Mövsüm bəy Xəlilov, Fərrux
bəy Vəzirov, Səfərəliyev qardaşları,
158
milyonçu dostlarından Hacı
Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev
159
, İsa bəy
157
Adil xan Ziyadxanov (1872-1954) – Cavad xanın nəticəsidir. Qafqaz
Müsəlman Şurasının yeddi üzvündən biri olub. Cümhuriyyət dönəmində Xarici
İşlər nazirinin müavini olub.
158
Səfərəliyevlər ailəsi – Bakı xanlığı Rusiya İmperiyasının tərkibinə keçəndən
sonra şəhərdə işləyən Bəy Komissiyasında əsil-nəcabətlərini təsdiqləyə bilmiş
bəy ailələrindəndir.
159
Şəmsi Əsədullayev (1840-1913) – dövrün tanınmış neftxudası olmuşdur,
uğurlarının əhatəlilyinə görə “Nobellərin qənimi” deyirdilər.
693
Hacınski
160
və başqaları ilə görüşərək, Dumada azərbaycanlıların
xeyrinə, Bakının inkişafı naminə irəli sürəcəkləri təklifləri, qaldı ra-
caqları məsələləri müzakirə edir, məsələlərin həlli yollarını onlarla
birlikdə axtarırdılar.
Dumanın növbəti iclasında üzvlər arasından dörd nəfərin
namizədliyi irəli sürülərək komissiya sədrliyinə seçki keçirildi.
Namizədlər – keçmiş sədr Konstantin İretsk,
161
Əlimərdan bəy
Topçubaşov, Stepan Fagianoso və İlya Rayçenkodan ibarət idi.
Əlimərdan bəy səs çoxluğu ilə Dumanın komissiya sədri seçildi.
Bu xəbərdən əksər Bakı ziyalıları bayram sevinci yaşayırdı.
Həsən bəy və dostları onu ürəkdən təbrik etdilər.
Əlimərdan bəyin evi bu günlərdə eynən qayınatası Həsən
bəyin evi kimi qonaq-qaralı idi. Bir ucu İrəvan, Borçalı, bir ucu
Tatarıstan – onu tanıyan, tanımayan hər kəs bu evə imdad dalınca
gəlir, müşkülə düşən işlərini Duma sədri və hüquqşünas Əlimərdan
bəyin köməyilə həll etməyə çalışırdılar. Həsən bəyin son vaxtlar
səhhətində yaranan narahatlıqlar da Əlimərdan bəyin qayğılarını
artırmışdı. Bir sözlə, Əlimərdan bəy öz səhhətinin qayğısına qal-
madan gecə-gündüz xalq üçün işləyir, bütün məsələləri müsbət
həll etməyə çalışırdı.
Həsən bəy isə xəstə olsa da, fəaliyyətindən qalmır, həyati
məsləhətləri ilə həm Əlimərdan bəyin Dumadakı, qəzetdəki işlə-
ri nə yardım edir, həm də Hənifə xanıma dəstək olmağa çalışırdı.
Əlimərdan bəy hərdən evdə yarızarafat-yarıciddi tərzdə Hənifə
xanımla Pərisoltana söylərdi: “Həsən bəy sahildəki mayakdır,
bizsə səfərdən geri dönən gəmi. İraq-iraq, mayak olmasa, gəmilər
hara üzdüyünü müəyyən edə bilməz, azar, dənizdə itib batar. Gərək
biz hamılıqca onu qoruyaq! Keçirdiyi iflic onun səhhətində ciddi
izlər buraxsa da, görürsünüzmü, o, qətiyyən xəstəliyə tabe olmaq
istəmir. Əzizlərim, sizdən xahişim bu “mayak”ı qoruyaq, Allah
eləməsin, biz onu itirsək, gəmimiz dəryalara qərq olar”.
160
İsa bəy Əbdülsalam bəy oğlu Hacınski (1860-1919)
–
məmur
161
Konstantin İretski – (1842-1918) Bakı şəhər dumasının başçısı
Dostları ilə paylaş: |