701
– Bir evin istifadəsiz qalmağındansa satılıb xeyirli işlərə sərf
olunmağı daha münasibdir. Düşündüm ki, “Şərqi-rus”u inkişaf et-
dirərək həm özümün, həm də millətin könlündə əbədi bir mülk
ucaldaram.
Həsən bəy:
– Bu da doğru fikirdir, Allah arzuları çin eləsin! Bütün ziyalılar
gərək harada olmasından, bir-birini tanıyıb-tanımamasından asılı
olmayaraq millətin xeyri üçün çalışsın. Mətbuat, ədəbi mühit
millətə xidmət göstərmək üçün ən vacib meydandır.
Həsən bəy Məhəmməd ağanı qonağı ilə birlikdə evə dəvət etdi.
– Yox, ustad, qala bilmərik. Mirzə Cəlilin xanımı ağır xəs-
tə olduğundan sabah Naxçıvandan Tiflisə aparacaqlar. Gərək
özümüzü yetirək, doktor tapaq.
Həsən bəy təəssüf edərək hər ehtimala qarşı Tiflisdəki Mixay-
lovski xəstəxanasında çalışan yaşlı rus doktorun adı yazılmış kağızı
Məhəmməd ağaya verdi, sonra da üzünü Mirzə Cəlilə tutaraq dedi:
– Əziz dostum, sizin də nəyə ehtiyacınız olsa, dəstək ola
bilərik.
Mirzə Cəlil:
– Təşəkkür edirəm, mən də “Kaspi”yə yazılar göndərəcəm.
Bir həftə sonra Mirzə Cəlil “Kaspi” qəzetinə “İrəvandan
mək tublar” adlı bir yazı göndərdi. İrəvanda dədə-baba yurdunda
salınmış “Dələmə bağları”nın ağır vergi siyasətilə azərbaycanlıların
əlindən çıxarılmasını, onların tarixi yurdlarında sıxışdırılmasını
xüsusi vurğulayırdı. Yazı ermənilərin səs-küyünə səbəb olsa da,
Əlimərdan bəy onların cavabını tutarlı verirdi.
Sağollaşıb ayrılarkən Məhəmməd ağa dedi:
– Ustad, qəzetin ilk nömrəsini sizə göndərəcəm.
Həsən bəy:
– Çox şad olaram.
Həsən bəy onlar gedəndən sonra Məhəmməd ağanın atası və
Naxçıvan haqqındakı xatirələrini dostlarına danışdı:
– Baxın, millətə xidmət üçün yeganə ümid yeri olan ata mülkünü
satıb qəzet çıxaran belə ziyalını təqdir etməmək olmaz. İnsafsızlar,
beləsinə izin verməmək heç Allaha xoş gedərmi? Bir də ki onları
702
da başa düşmək olar. Əlbəttə, əyalətlərdə xalqların, millətlərin
Məhəmməd ağa kimi işgüzar, ağıllı və qeyrətli ziyalılarının sayı
artdıqca, gücü hiss olunduqca imperiyanın qorxulu yuxuları da
çoxalır. Bizlərin vəzifəsi belə ziyalıları qorumaqdır.
Əlimərdan bəy:
– Dostum Əli bəy Hüseynzadənin babası da elə sizin kimi
düşünərək öz nəvəsini Peterburqdakı təhsilini yarımçıq saxlatdırıb
Türkiyəyə göndərdi. O hiss edirdi ki, nəvəsinin istedadı var,
gələcəyi parlaqdır. Bir azdan Rusiyadakı bəzi dairələr nə yolla
olursa-olsun, ona sahib çıxmağa cəhd edəcəklər. Odur ki, ən doğru
addımı ataraq nəvəsini Türkiyəyə göndərdi. Ümumiyyətlə, bizim
Şeyxülislam çox ağıllı adamdır.
– Əli bəy Hüseynzadə məgər Şeyxülislamın nəvəsidir? –
Həsən bəy soruşdu.
Əlimərdan bəy:
– Bəli, Əli bəy Qafqazın Şeyxülislamı Axund Əhməd Hüseyn-
zadənin qız nəvəsidir. Atası rəhmətə getdiyindən Axund Əhməd
onu oğulluğa götürüb, özü tərbiyə edib.
Həsən bəy:
– Demək, Əli bəy Axund Əhməd Hüseynzadənin nəvəsidir.
Onun rəhmətlik atasını mən yaxşı tanıyırdım – Hüseyn Hüseynzadə...
Savadlı adam idi. Tiflisdə müsəlman məktəbində dərs deyirdi.
Səhv etməsəm, Hüseyn Hüseynzadə həm Şeyxülislamın kürəkəni,
həm də qardaşı oğlu idi. Yəni Əli bəyin ata-anası əmioğlu-əmiqızı
olublar. Hüseyn Hüseynzadə çox mütərəqqi fikirli, yenilikçiydi,
dində müəyyən məsələləri, xüsusən, cahil mollaların fəaliyyətini
tənqid edərdi. Həmişə o, fikrini əsaslandırmaq üçün Axund
Əhməddən misallar gətirərdi.
Əlimərdan bəy:
– Sabah Əli bəy Türkiyədən Bakıya qayıdır. Çox zirək,
cəsarətli, milli düşüncəli insandır, – dedi.
703
Əli bəy Hüseynzadənin Türkiyədən qayıdışı və
Əlimərdan bəylə birgə fəaliyyəti
1903-cü ilin aprel ayında Əli bəy Türkiyədən özünün dediyi
kimi, birdəfəlik qayıdaraq Bakıya gəldi. Əlimərdan bəy onun bir-
dəfəlik Bakıya qayıtmasını eşidincə çox sevindi. Əli bəyi Türkiyə
Darülfünunun tibb fakültəsinə dosent seçsələr də, o ölkədə qalmağa
lüzum görməmiş, vətəninə qayıtmışdı.
Əli bəy deyirdi ki, Türkiyədə dostları ilə bərabər min bir əziy-
yətlə “İttihad və Tərəqqi” adlanan cəmiyyət yaradıblarmış. Bir
qədər sonra cəmiyyətin fəaliyyəti hakimiyyət orqanlarının diqqətini
çəkir, təqib olunmağa başlayır. Əli bəyi Türkiyə-Yunanıstan müha-
ri bəsində həkim kimi göstərdiyi xüsusi xidmətlərini nəzərə alaraq
təqibdən azad edirlər, müəllim-dosent kimi Darülfünuna qaytarırlar.
Orada da o özü kimi açıqfikirli, türkçü-millətçi, milli ruhlu, imanı
və vicdanı ilə seçilən bir qrup gənclə birləşərək müəyyən birliklər
yaratmağa başlayır. Sonra bir daha ona ciddi xəbərdarlıq gəlir ki,
bəs bu yolun sonu həbsdir, bu yoldan çəkinmək lazımdır. Nəticədə,
Əli bəy Bakıya qayıtmağa qərar verir.
Əlimərdan bəylə Əli bəy görüşəndə o, həyatındakı yeniliklər
və gələcək planlarını dostuna söylədi.
Əli bəy:
– Əlimərdan bəy, indi, nəhayət ki, doğmalarımla qovuşdum.
Daha burada qalıb çalışmağı düşünürəm. İstəyirəm, bütün dünya
türklərinin birliyini, türklüyün mənəvi saflığını və müasirliyi, tə-
rəq qini qarşısına əsas məqsəd kimi qoyan bir dərnək yaradım,
ziya lıları ətrafıma yığaraq fəaliyyətə başlayım. Türk xalqlarının
vəhdətini yaradaraq, gələcəyə, inkişaf və tərəqqiyə çatmaq üçün
“türkləşmək, islamlaşmaq, avropalaşmaq” şüarı mənim Bakıdakı
fəaliyyətimin əsasında dayanacaqdır.
Əlimərdan bəy:
– Əli, dostum, məni öz sistemli düşüncən və mütərəqqi ba-
xış larınla əməlli-başlı təəccübləndirdin. Qardaşım, baban səni
Dostları ilə paylaş: |