Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə222/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   218   219   220   221   222   223   224   225   ...   245

685

salınırdı. Hacının adamları qonaqları faytonlarına qədər müşayiət 

edirdilər.  Hamını  yola  salandan  sonra  Hacı  dəvətlilər  içərisində 

olan yaxın dostları – Ağamusa Nağıyev, Şeyxülislam Axund Əbül-

salam,  Mirzə  Hüseyn  Qayıbov,  Bakı  qazısı  Hacı  Molla  Cavad, 

Axund Məhəmməd Əlizadə, Axund Abuturab, Molla Hacı Kərim, 

Ruhulla Məmmədzadə, Bakı-Dağıstan təhsil müdiriyyətinin mü-

fət tişi  Soltan  Məcid  Qənizadə  və  gimnaziyanın  rəhbər  heyətilə 

birlikdə  çay  süfrəsi  arxasında  söhbət  etdi.  Bu  adamlar  onun  ən 

yaxın dostları, sevdiyi, hörmət etdiyi ziyalılar və ailə üzvləri idi. 

Soltan  Məcid  Qənizadə  üzünü  Hacı  Zeynalabdinə  tutaraq: 

“Əziz dostum Hacı! Açılışında iştirak etdiyimiz bu möhtəşəm gim-

naziyaya  görə  sizə  təşəkkür  etmək  istəyirəm.  Siz  bu  gün  nəinki 

pu lunuzla  açdığınız  bu  gözəl  məktəbi,  həm  də  bütün  xeyirxah 

əməllərinizi, ömrünüzün bir hissəsini xalqımıza hədiyyə etdiniz. 

Bu məktəb hasilə gəlincə sizin çəkdiyiniz əzabları, xərclədiyiniz 

vəsaitlərin qədərini mən çox yaxşı bilirəm. Əgər hər bir imkanlı 

şəxs  qazandığından  bir  qədərini  sizin  kimi,  xalqın  tərəqqisinə 

xərcləsə, biz sözün həqiqi mənasında bəxtəvər olarıq. Əziz dostum 

Həsən bəy burdadır. O, hamıdan yaxşı bilir, indiki zamanda məktəb 

açmağın, onu saxlamağın əziyyətini. Həsən bəyi xalqın elmsizliyi, 

savadsızlığı,  nadanlığı  belə  vaxtsız  qocaltdı.  Onun  bu  sahədəki 

cəhdlərini,  təhsil  üçün  etdiklərini,  xeyriyyə  cəmiyyəti  yaradaraq 

yoxsul  uşaqlarını  oxutmaq  amalını  Azərbaycanda  çoxları  bilir. 

Həsən  bəyin  işləri  bəhrəsiz  qalmadı.  Bu  gün  gördüyümüz  kimi, 

izlər cığıra, cığırlar işıqlı yola çevrildi. Sizin başladığınız bugünkü 

iş məhz vaxtilə imkansızlıqdan Həsən bəyin yarımçıq dayandırdığı 

fəaliyyətin davamıdır.

Əziz  dostum,  bir  daha  qeyd  etməyi  özümə  borc  sanıram, 

sizin  bugünkü  işinizi  hamımız  alqışlayır,  dəstəkləyir,  fərəh  hissi 

keçiririk.  Siz  gördüyünüz  işlə  yanaşı,  həm  də  ona  görə  xoşbəxt 

adamsınız ki, ətrafınıza bu qədər çoxsaylı ziyalı yığa bilmisiniz.

Bir faktı da qeyd etmək istəyirəm. Sizin təkidlə gimnaziyanın 

nizamnaməsinə saldırdığınız müddəa, yəni məktəbin imperatriçənin 

mərkəzdəki təhsil dairəsinə deyil, Bakı-Dağıstan xalq məktəbləri 

müdirliyinə tabe olması ideyası bizə gələcəkdə imkan verəcək ki, 




686

hər bir yerli əhəmiyyətli məsələləri mərkəzə bildirmədən, daha tez 

öz aramızda həll edək”. 

Həsən  bəy  də  Soltan  Məcid  Qənizadənin  fikrini  dəstəklədi, 

üzünü məclisdəki ziyalılara tutaraq: 

–  Bilirsiniz,  Soltan  bəy  düz  buyurur.  Biz  hamılıqca  xalqın, 

millətin inkişafı, tərəqqisi yolunda atılan hər bir addımı və təşəb-

bü sü dəstəkləyib alqışlamalıyıq. Heç bir millət gecə yatıb, səhər 

duranda nağıllardakı kimi hər şeyə sahib olmayıb. Bütün xalqlar 

ən  böyük  tərəqqiyə  mərhələ-mərhələ,  yavaş-yavaş  çatıblar.  Elm 

və mətbuat tərəqqinin ən kütləvi inkişaf yoludur, bizim Hacı kimi 

imkanlı  və  qeyrətli  iş  adamlarımız  bu  sahəyə  vəsait  qoymağa 

başlayıblar.  Biz  ziyalılar  bunu  hərtərəfli  alqışlamalı,  əlimizdən 

gələn köməkliyi göstərməliyik. 

Əlimərdan bəy də özündən əvvəlki natiqləri dəstəklədi: 

– Əziz dostlar! Mən də bir faktı sizin diqqətinizə çatdır ma-

ğı  özümə  borc  bilirəm.  Bizim  “Kaspi”nin  redaksiyasına  gim na-

zi yanın  açılması  münasibətilə  Hacının  ünvanına  minlərlə  təbrik 

teleqramları  gəlibdi.  Bu  o  deməkdir,  insanlar  özlərinin  xoş  və 

həyəcanlı  günlərində  qəzetləri  meydan  kimi  qiymətləndirirlər. 

Bilirsiniz, bu qəzet də bizim Hacının xidmətidir. 

Hacı Zeynalabdin ünvanına xoş sözlər söyləyən hər kəsə tə-

şək kür  edərək,  bir  daha  xüsusi  vurğuladı  ki,  “Kaspi”  qəzetinin 

alınması, qızlar üçün ayrıca məktəbin açılması fikrini ona Həsən 

bəy təklif etmişdi. Mən neftçi babayam, qəzet, məktəb və s. mə-

nim  öhdəsindən  təkcə  gələ  biləcəyim  işlər  deyil.  Həsən  bəylə 

dostluğumdan,  onun  dəyərli  düşüncələrindən  bəhrələnərək  bu 

iş lə rə qərar verdim. Mən iş adamlarına, dostlarıma deyirəm, hə-

yat da  çoxlu  pul-paraya  malik  olmaq  hələ  hər  şey  demək  deyil. 

Mən bu həyatda hər şeydən çox dostlarıma güvənirəm. Elə təq-

dimatında iştirak etdiyiniz bu işi də sizlərə, sizin kimi əziz dost-

lara  güvənərək  başladım.  Həsən  bəy  kimi  ziyalıların  səylərini, 

hörmətli şeyxülislamımızın tövsiyələrini, Əlimərdan bəyin hüquqi 

məsləhətlərini rəhbər tutaraq mən bu yola qədəm qoymağa cəsarət 

etdim.  Gimnaziyanın  işlərinin  uğurla  başa  çatmasında  da  məhz 

sizlərin, siz ziyalıların, din xadimlərinin, iş adamlarının yaxından 




687

köməyi  olmasaydı,  mən,  təhsilsiz  bir  iş  adamı  kimi  heç  nə  edə 

bilməzdim. Var olun, bilin ki, bu işin əsas hissəsini siz gördünüz. 

Dostum Ağamusa sizin aranızda oturub o, hamıdan yaxşı bilir, 

mən Allahıma hər gün şükür edən, keçmişini heç zaman unutmayan 

adamam.  Yeni  tikdirdiyim  mülkümdə  keçmişimi  xatırladan  daş 

baltasını evin ən gözəgəlimli yerindən asdırmışam. İstəyirəm, bu 

balta mənə kimliyimi, hardan başlayıb hara gəldiyimi unutmağa 

imkan verməsin. O baltanı gördükcə, hər gün mən Allahıma şükür 

və  dua  edirəm,  mənə  gərəksiz,  xeyrə  xərclənməyəcək,  kasıb-

füqəraya sərf olunmayacaq pul-para verməsin”. 

Hacı kövrək çıxışını yekunlaşdıraraq, bir daha üzünü Həsən 

bəyə çevirdi: 

– Dostlar, eşitdiyimə görə, beş-altı gündür, Həsən bəyin Rəşid 

adlı  oğlan  nəvəsi,  Əlimərdan  bəyin  ikinci  oğlu  dünyaya  gəlib. 

Hamılıqla  sizə  gözaydınlığı  veririk,  atalı-analı  böyüsün,  xeyirli 

övlad olsun!

Məclisdəkilər  Əlimərdan  bəyi,  Həsən  bəyi,  Hənifə  xanımı 

təbrik etdilər. 

Sonda Əbulsalam Axundzadə gimnaziyada təhsil alacaq qız-

ların islam mənəviyyatını unutmamaları tövsiyəsini qeyd edərək 

məktəbə Qurani-Kərim hədiyyə etdi. 

Mirzə Abuturab söhbət əsnasında öz qızı və Molla Ruhullanın 

qızlarının da bu məktəbdə təhsil alacağını söylədi.

Əlimərdan bəysə ətrafındakılara söylədi ki, Abuturab Mirzənin 

qəbul etdiyi bu qərar Bakıdakı çox cahilləri yerində oturdacaq. Bu, 

çox cəsarətli bir addımdır. Tarix boyu mütərəqqi yeniliklər həm də 

xüsusi cəsarət tələb edib. O, bu gün həmin tarixi və cəsarətli addımı 

atdı.  Zaman  gələcək,  gələcək  nəsillər  bu  hadisəni  qəhrəmanlıq 

kimi qiymətləndirəcək. Onu da deyim, hər adam yox, ancaq tarixi 

şəxsiyyətlər belə cəsarətli qərar verə bilərlər.

Şeyxülislam Axundzadə məclisdə Həsən bəyə yaxınlaşaraq: 

– Həsən bəy, etiraf edin, sizin on altı il Zərdabda yaşamağınız 

təh sili çox geri atdı. Mən üç-dörd il öncə sizin Bakıya qubernatorun 

qəbuluna gələrək ondan Dumada müsəlmanların say məsələsinə ye-

nidən baxılması təklifinizi eşidəndə çox sevindim. Altı-yed di il öncə 




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   218   219   220   221   222   223   224   225   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə