Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə220/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   216   217   218   219   220   221   222   223   ...   245

679

bilirsiniz. Sizinlə tamamilə razıyam, ilk növbədə, inkişaf haqqında 

düşünməliyik. Belə taleyüklü işdə qalib olmaq üçün ilk növbədə 

millətin özünü dərketməsi, milli iradəsinin formalaşması lazımdır. 

Azərbaycan xalqının milli ruhunu oyatmalı, yüksəltməliyik. İmpe-

ri ya  buxovundan  azad  olmaq  üçün  təkcə  bizimkilərin  oyanması 

yetməyəcək. Gərək bütün Rusiya imperiyasında yaşayan müsəlman 

və türkdilli xalqların içərisində ciddi iş aparaq, onlarla hər hansı 

bir ittifaqa nail olaq. 

– Çox doğrudur. Ona görə də mən siz gənc aydınlardan ciddi 

ictimai fəaliyyət gözləyirəm. İndi yavaş-yavaş məqam yetişir. Mən 

“Əkinçi”də üstüörtülü bu məsələlərə hərdən toxunurdum, həmin 

yazıları hər yerə göndərirdim. 

“Əkinçi” bağlanan il, səhv etmirəmsə, iyun ayı idi, bir yazıda 

bütün türk-müsəlman ölkələrinin qəzet yazarlarına müraciət etdik. 

Biz ondan əvvəl islam ölkələrini təmsil edən qəzetlərin bir-biriylə 

əlaqə  və  əməkdaşlığını  təqdir  edirdik.  Amma  gördüyün  kimi, 

Ba kı dakı  ruslarla  ermənilər  birləşərək  bizim  qəzeti  bağlatdılar, 

təşəbbüsümüzü  pozdular,  milli-dini  birliyimizə  ciddi  maneçilik 

törətdilər. 

Mən bir şeyi də qeyd etmək istəyirəm. Əlbəttə, sizinlə razıyam 

ki, hər şeyə təhsildən başlamaq lazımdır. Təhsil o qədər vacibdir ki, 

onsuz heç nəyə nail olmaq mümkün deyil. Bax bizim xalqı təmsil 

edən sənin kimi təhsilli gənclər indi-indi çoxalır, nəsə etmək istəyir. 

Ermənilər, ruslar, başqa xalqlarsa təhsil məsələsində bizdən çox-çox 

irəlidədir. Onların neçə-neçə ictimai-siyasi təşkilatları formalaşıb. 

Bax ermənilərin “Daşnaksutyun”

152


 adlanan partiyası var. Bu təşkilat 

hər yerdə onların milli mənafelərini qoruyur, müxtəlif yollarla, hətta 

terror vasitəsilə müsəlmanları, türkləri ata-baba yurdundan qovaraq 

erməniləri yerləşdirir. Sabah da deyəcək, buralar erməni yurdudur, 

müsəlmanlar buranı tərk etməlidirlər. Biz isə hələlik fil qulağında 

yatırıq, heç bir fəaliyyətlə məşğul olmuruq…

152

  Erməni  İnqilabi  Federasiyası,  “Daşnaksutyun”  –  ən  iri  və  mütəşəkkil 

erməni  siyasi  təşkilatlarından  biri.  1890-cı  ildə  Tiflisdə  yaradılıb.  Erməni 

diasporunun olduğu bütün ölkələrdə büroları fəaliyyət göstərir.



680

Əlimərdan bəy danışdıqca rəngi bozaran Həsən bəyə təskinlik 

verərək dedi: “Darıxmayın, Həsən bəy, əsas məsələlər hələ qabaq-

dadır.  İki,  üç  il  sonra  bizim  də  bu  istiqamətdəki  fəaliyyətimiz 

özünü göstərəcək”.

Həsən bəy son zamanlar Əlimərdan bəylə hər söhbətdən sonra 

kürəkənilə fəxr edirdi. O, yaxşı təhsilli, tərbiyəli bir gənc olmaqla 

yanaşı, həm də kifayət qədər vətənpərvər, fəal və təşəbbüskar idi. 

Əlimərdan  bəy  tez-tez  müxtəlif  qabaqcıl  ideyalarla  çıxış  edir, 

təh silli  gəncləri  ətrafına  toplayaraq  ictimai  fəaliyyətini  getdikcə 

gücləndirirdi. Təhsil illərində dostlarından sızmış məlumatlar əsa -

sında  ona  Rusiya  imperatorunun  Cənubi  Qafqazdakı  gizli  plan-

ları, xüsusi məqsədlərlə ermənilərin bu torpaqlara köçürülüb yer-

ləşdirilməsi, kilsələrdə yerli müsəlmanlara qarşı məkrli planların 

hazırlanıb həyata keçirilməsi kimi məsələlər tam aydın idi. 

Həsən  bəy  də  yavaş-yavaş  əvvəlki  böhran  vəziyyətindən 

çıxırdı. İndi o bir neçə il əvvəlki kimi təkbaşına mübarizə aparmırdı, 

əsəb və əzab içində gecə-gündüz qıvrılmırdı. İndi onun çoxsaylı 

gənc silahdaşı vardı, ona yaşına-başına görə ziyalıların ağsaqqalı 

kimi  baxırdılar,  tövsiyələrinə  qulaq  asırdılar.  Əlimərdan  bəyin 

Dumadakı  və  “Kaspi”  qəzetindəki  fəaliyyətini,  “Nicat”  maarif 

cə miyyətindəki işlərini, ətrafındakı çoxsaylı əqidə dostlarını da o 

istiqamətləndirirdi. Əlimərdan bəy ətrafındakı bütün fəal və təhsilli 

gəncləri  tez-tez  Həsən  bəylə  görüşdürürdü.  O,  böyük  ehtiramla 

müdrik  qayınatası  Həsən  bəyi:  “O  tək  mənim  atam  deyil,  eyni 

zamanda, millətin atasıdır,” – deyib dostlarına təqdim edirdi. 




681

1901-ci il, oktyabr, İmperatriçə Aleksandra 

Fyodorovna adına Bakı Rus-Müsəlman  

Məktəbinin açılışı

Bakıda son günlər günün əsas müzakirə mövzusu dövrün ən 

önəmli  hadisəsi  olan  Zeynalabdin  Tağıyevin  açdığı  qız  məktəbi 

idi.  Məktəb  haqqında  müxtəlif  qəzetlərdə  məqalələr  yazılmışdı. 

“Kaspi”  qəzetinin  redaksiyasına  təşrif  buyurmuş  Əhməd  bəy 

Ağayevlə Nəcəf bəy Vəzirov məktəb haqqında yazılmış məqalələri 

Əlimərdan və Həsən bəylə müzakirə edirdilər. 

Həsən  bəy  vaxtilə,  1895-ci  ildə  Zərdabda  açılmasına  nail 

olduqları yerli məktəbin sevincini və həyəcanını Hənifə xanımla 

necə yaşadıqlarını dostlarına danışırdı. Həmin gün o, hazırda re-

dak  si yasında toplaşdıqları “Kaspi” qəzetində yazı ilə çıxış etmişdi. 

Yazıda qeyd edilirdi: “Nəhayət, bizim kənddə də məktəb açıldı və 

indi hər kəs bu münasibətlə bayram edir”. 

Həsən  bəy  danışırdı  ki,  zərdablılar  məktəbin  açılmasından 

çox “Kaspi” qəzetində bu haqda yazılmış yazıya görə sevinirdilər. 

Bu gün həmin həyəcanlı hisslər Bakıdakı azərbaycanlı ziya lı-

lar arasında yaşanırdı. “Kaspi” qəzetində bu dəfə Əlimərdan bə yin 

geniş  məqaləsi  dərc  olunmuşdu.  O,  Qızlar  Gimnaziyasının  əhə-

miy yətini əsaslandıraraq, öz qızlarını bu məktəbdə oxutmaq üçün 

bütün insanlara çağırış edirdi.

 Əlimərdan bəy Həsən bəyin xahişilə 7 oktyabr tarixində açı-

la caq məktəbin qəzetdə dərc olunmuş elanını ucadan oxudu:

“İmperatriçə Aleksandra Fyodorovna adına Bakı Rus-Müsəl -

man  Qız  Məktəbi  Hamilər  Şurasının  sədri  və  həmin  mək tə bin 

təsisçisi Hacı Zeynalabdin Tağıyev qadın təhsilinə biganə qal ma-

yanları oktyabrın 7-də günorta saat 12-də məktəbin Nikolayevski 

küçəsindəki binasında baş tutacaq açılış mərasiminə dəvət edir”.

  Qız  Məktəbinin  açılışı  tarixi  hadisə  idi.  Hənifə  xanım 

məktəbin ilk müdirəsi kimi çox həyəcanlı idi.

 Bir gün öncə Nikolayevski küçəsindəki Bakı Rus-Müsəlman 




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   216   217   218   219   220   221   222   223   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə