Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə223/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   219   220   221   222   223   224   225   226   ...   245

688

tək-tənha millətin əsas müdafiəçisi kimi fəaliyyət apa rır dınız. İndi, 

maşallah, ağzından alov çıxan Əlimərdan bəy kimi zi ya  lılarımızın 

sayı artıb. Onlarla birgə dağı-dağ üstə qoymaq olar, – dedi.

Mirzə Abuturabsa Əlimərdan bəyi əməlli-başlı təriflədi: ”İndi 

də Əlimərdan bəyin fəaliyyəti çoxlarının yuxusunu ərşə çəkib”.

Həsən  bəy  Mirzə  Abuturab  kimi  Bakının  adlı-sanlı  bir 

insanının Əlimərdan bəyi tərifləməsindən məmnun qalaraq söhbətə 

qoşuldu: 

–  Bilirsiniz, Abuturab  bəy,  indi  Dumada  təmsil  olunanların 

təkcə təhsilli olması yetmir, onlar həm də əcnəbi dilləri bilməlidirlər. 

Təhsilli olmaq və dil bilmək Duma üzvünün üstünlüyünü ikiqat 

artırır. Keçən dəfə mən orada ermənilərin fəallığını gördüm. Elə bil 

Bakıya gəlmələr biz idik, yerli adamlar onlar.

  Bizim  oradakı  nüfuzlu  milyonçularımız  –  Hacı  Ağamusa, 

Şəmsi bəy, İsa bəy və başqalarının olması da yaxşı haldır. Çünki onlar 

Dumada tək adi üzvlər kimi deyil, həm yerli mühiti, iqtisadiyyatı 

gözəl  bilən,  şəxsi  nüfuzu  ilə  ad-san  qazanan  insanlardır,  –  deyə 

qeyd etdi. 

Soltan Qənizadəsə məclisdə kənar adamların olmamasından 

istifadə edərək Həsən bəyə söylədi ki, ermənilər son dövrdə Bakıya 

kütləvi köç edirlər. Həm də tək Bakıya deyil, Borçalıya, Axalkələki 

və  azərbaycanlılar  yaşayan  digər  torpaqlara.  Onun  fikrinə  görə, 

bu  məsələ  hətta  imperiyanın  mərkəzində  müzakirə  olunub  və 

dəstəklənib. Guya, Knyaz Qolitsin

155


 də onların siyasi məqsədlərini, 

gizli toplantılar həyata keçirmək istədiklərini imperatora çatdırıb, 

guya  “özbaşına  plan  hazırladıqları  üçün  ermənilərin  bu  hərəkəti 

imperatorun xoşuna gəlməyib”.

Həsən bəy ona cavab verdi: 

– Elə mən də, “Əkinçi” də ermənilərin güdazına getmədikmi? 

Yanımda çalışan Minasovu qubernatorun otağında öz gözlərimlə 

gördüm. Bu adam pulla onlara çuğulluq edirdi. 

155

 Qriqori Sergeyeviç Qolitsin (1838-1907) – Rusiya dövlət xadimi. Qafqaz 

müharibəsi iştirakçısı. Qafqazın idarə edilməsindəki əməyinə görə 1904-cü ildə 

“Müqəddəs Vladimir ordeni” ilə təltif olunub.



689

1901-ci il, Duma seçkiləri

1901-ci ilin oktyabr-noyabr aylarında Rusiyanın mərkəzi əya -

lətlərində, xüsusən  də, Sankt-Peterburq, Moskva və başqa iri şəhərlərdə 

başlanan  sosial-demokrat  hərəkatı  getdikcə  öl kə  ziyalılarının 

ictimai-siyasi fəallığını gücləndirirdi. Odur ki, hakimiyyət orqanları 

bəzi  qabaqlayıcı  tədbirlər  görməyə  başlamışdılar.  İmperiyanın 

bütün ərazilərində olduğu kimi, ucqarlarda da, o cümlədən sənaye 

şəhəri Bakıda bütün fəal ziyalıları nəzarətə götürərək izləyir, onlar 

tərəfindən irəli sürülən qabaqcıl təklifləri, idarəçiliklə bağlı səslənən 

iradları  ciddi  araşdırır,  ictimai  fikrə  təsir  edən  bütün  ideya  və 

təşəbbüsləri diqqət mərkəzində saxlayırdılar.

 Əlimərdan bəy Həsən bəylə qarşıdan gələn şəhər dumasına 

seçkiləri müzakirə edir, bu istiqamətdə fəaliyyət planıı hazırlayır, 

qəzetlərdə  məqalələrlə  çıxış  edirdilər.  Onun  rəhbərlik  etdiyi 

“Kaspi” qəzeti qubernatorluq tərəfindən nəzarətə götürülmüş, az 

qala, məqalələrdəki hərflərin şriftini belə zərrəbinlə yoxlayırdılar. 

Həsən  bəyin  sağlamlığında  son  zamanlar  yaranan  bəzi  nara-

hatlıqlar, onun fəal ictimai-siyasi proseslərdə bir qədər ləngliyi Duma 

seçkiləri ərəfəsində qubernatorluğa tamamilə sərf edirdi. Amma son 

zamanlar Həsən bəydən daha alovlu nitqilə seçilən Əli mərdan bəyin 

siyasi həyatda zühur etməsi, onun əsaslı dəlil lə rə söykənən məntiqli 

çıxışları şəhər rəhbərliyinin yuxusunu qa çırmaqda idi. Şəhər pristavı 

söyləyirdi  ki,  bu  adam  artıq  təkcə  bizim  zənn  etdiyimiz  kimi 

maarifçi-ziyalı deyil, həm də inqilabçı, millətçidir.

Həsən bəy Əlimərdan bəyin fəaliyyətindən həmişə qürurla bəhs 

edərdi. O, kefinin kök vaxtı qızı Pərisoltana söyləyirdi: “Qızım, Allah 

səni onun taleyinə təkcə ömür-gün yoldaşı deyil, həm də qoruyucu 

göndərib,  ondan  muğayat  ol!”  Sonra  da  əlavə  edərdi:  “Bilirsən, 

insan  var,  yalnız  özü  və  ailəsi  üçün  doğulub,  insan  da  var,  vətən 

üçün, el üçün, xalq üçün, hətta bütün bəşəriyyət üçün doğulub. Bax, 

qızım, sənin Mərdanın həmin el üçün dünyaya gələnlərdəndir, onu 

qorumaq  vəzifəsi sənə həvalə olunub. Bunu heç zaman unutma!”

Pərisoltan da cavabında zarafatla atasına: “O zaman bilsəydin ki, 



690

o sən deyən – el üçün doğulan adamlardandır, yəqin məni istə mə yə 

gələndə ondan “başlıq pulu” da tələb etməzdin, deyilmi?” – söylərdi.

Sonra da öz zarafatını yumşaltmaq üçün əlavə edərdi: “Amma 

ata,  onu  da  söyləyim,  vallah,  Mərdan  sizin  eyninizdir,  siz  həm 

xasiyyətcə, həm də zahiri cəhətdən elə bil ata-övladsınız”.

Həsən bəy də bu “başlıq xəcalətindən” bir az qızararaq özünə 

haqq qazandırmağa çalışardı: 

–  Qızım,  o  “başlıq  pulu”  təkcə  mənim  istəyim  deyil.  Onu 

icad edən ata-babalarımız çox ağıllı adamlar olublar. Bilirsən də, 

əslində, adətə görə, qız evi həmin pulu oğlan evindən özü üçün 

deyil, qızının da gələcək ailəsi üçün tələb edir. Bu pul valideynlərin 

bəri  başdan  yeni  ailənin  ilkin  ailə  büdcəsinin  yaranması  üçün 

göstərdiyi yardımdır. Məsələ burasındadır, mən qız atası kimi tələb 

etdiyim həmin pulu oğul atası əvəzinə ödədim. Bu da dediyim ki-

mi, gənc ailələrə ata-ananın ərməğanı sayılır. Hətta valideynlər im-

kanı çatan qədər o pulun üstünə də əlavə edərək ya qızına cehiz 

alır,  ya  ev  alır,  yaxud  da  qızıl  şəklində  gələcəyə  saxlayır.  Yəni 

“başlıq pulu” istəmək heç də o demək deyil, başlıq verilməsə, toy 

olmayacaq.  Bu  işdə  həm  də  istənilən  qıza  münasibət  aydınlaşır, 

sevgi  sınağa  çəkilir,  qız  istəyənin  çətinliklərə  dözümü  yoxlanılır. 

Həmin tələb və ona qarşı tərəfin münasibəti ortaya çox şeylər çıxa-

rır. Burada istənilən, umulan şey təkcə böyük sevgidir, adət-ənənəyə 

əməl etməkdir. Bizim toy da məhz bunu göstərdi. Sən, hər halda, 

bilirsən, ananın elçiliyini də mən özüm etmişəm, kəbinini də özüm 

kəsdirmişəm. Bizdən nə “başlıq” istəyən oldu, nə də “başlıq” verən.

Hənifə xanım işdə müdirə kimi gimnaziyanın işlərini uğurla icra 

edirdi, bu da onun neçə illik pedaqoji təcrübəsinin göstəricisi idi. 

Bakı  Qızlar  Gimnaziyasında  təhsil  almaq  istəyənlərin  həm 

sayı,  həm  də  coğrafiyası  getdikcə  genişlənirdi.  Bakı  şəhərindən 

gələnlərlə yanaşı, Azərbaycanın müxtəlif yerlərindən, o cümlədən 

Gürcüstandan, Rusiyanın müsəlmanlar yaşayan şəhərləri Həştər-

xan, Kazan, Bağçasaraydan təhsil almaq məqsədilə qızlarını gim-

na ziyaya  qoymaq  istəyənlərin  sayı  yetərincə  idi.  Bu  məqsədlə 

Bakıya  gələn  şagirdlər,  onların  valideynlərinin  bir  çoxu  Həsən 

bəyin  evinə  təşrif  buyurur,  sənədləşmə  işlərini  tamamlayaraq 

pansionata yerləşirdilər.



Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   219   220   221   222   223   224   225   226   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə