Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə225/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   221   222   223   224   225   226   227   228   ...   245

694

1902-ci il, Müzəffər şah 

Qacar Bakı Qızlar Gimnaziyasında

Bakı Şəhər Qubernatorluğu və Şəhər Dumasından sentyabrın 

13-də İran şahı Müzəffər şahın Qızlar Gimnaziyasındakı görü şü-

nün hazırlanma işi məktəbin Hamilər Şurasının üzvü Həsən bəyə 

tapşırılmışdı. Qızlar gimnaziyası bütün Şərqdə ilk və yeganə pan-

sionat tipli müsəlman qız məktəbi sayıldığına görə, Əlahəzrət rus 

imperatoru  ll  Nikolay  Sankt-Peterburqa  səfərə  gələn  İran  şahı 

Müzəffər Qacarın Bakıda qalacağı bir gün ərzində qız məktəbilə 

tanışlığı səfər proqramına daxil etmişdi. 

Həmin  gün  Əlimərdan  bəy  də  Müzəffər  şahı  qarşılamaq 

üçün  gimnaziyaya  gəlmişdi.  Dumanın  komissiya  sədri  kimi  o, 

İran  şahının  gimnaziya  ilə  tanışlıq  mərasimində  sonacan  iştirak 

edəcəkdi. Müzəffər Şah Bakı Qubernatorunun, Rusiyanın İrandakı 

elçisinin və Dumanın bir neçə rəhbər şəxsinin müşayiəti ilə saat 

11-də  Hacı  Zeynalabdinin  açdırdığı  qız  məktəbinə  daxil  oldu. 

Həsən bəyin sədrliyi ilə əvvəlcədən hazırlanmış xüsusi proqramla 

məktəbdə  şahı  çox  təntənəli  qarşıladılar,  şeirlərlə  salamladılar. 

Şah  məktəbli  qızların  səhnədə  rus  və Azərbaycan  dillərində  ifa 

etdiyi  şeirləri  və  mahnıları  çox  maraqla,  heyranlıqla  izləyərək, 

Azərbaycan dilində səhnədəki məktəbli qızlara təşəkkür etdi.

  Şahın  bir  az  sonra  da  salonda  Həsən  bəy  və  Əlimərdan 

bəy lə Azərbaycan  dilində  danışması  onu  müşayiət  edən  rusların 

diqqətindən yayınmadı. Hətta bunu görən Bakı qubernatoru Rusi-

yanın İranda xidmət edən böyük elçisinin qulağına nəsə pıçıldadı da. 

Məktəbin müdirəsi Hənifə xanım qızların pansionat və məktəbdəki 

dərs saatı, evdarlıq qabiliyyəti, mədəni davranış qaydaları, həmçinin 

müxtəlif dilləri öyrənməsi haqqında qonaqlara rus dilində məlumat 

vermək  istərkən,  şahın  xanımı  ondan  mümkünsə  türk  dilində 

danışmağı xahiş etdi. Bu məqamda salondakı rəsmi dairələri təmsil 

edənlərin sifətində açıq-aydın narahatlıq hiss olundu. 

Şahın xanımı az sonra zərif ağ baş örtüyü salmış qızlara ya-



695

xınlaşaraq Azərbaycan dilində onları salamladı, qızların milli, dini 

ənənələrə belə hörmətlə yanaşmalarına valeh olduğunu söylədi. 

Gimnaziyada  kasıb  ailələrdən  olan  qızların  varlı  qızlarla 

bir likdə  məktəbin  hesabına  pulsuz  oxuması  faktı  İran  şahını 

təəccübləndirdi.

Şah Qız Məktəbi haqqında sahibkar milyonçu Hacı Zeyna lab-

dinlə ayrıca söhbət etdi, Hacının neft milyonçusu, həm də xeyriyyəçi 

kimi fəaliyyət göstərməsini alqışladı. Məktəbdən ayrılarkən şahın 

xanımı səhnədə tamaşa göstərən qızların hər birinə bir ədəd qızıl 

medalyon bağışladı. 

 Hacı Zeynalabdin də əvvəlcədən hazırladığı xüsusi bahalı hə-

diyyəni Müzəffər şaha, onun xanımına, gələcək İran şahı Şahzadə 

Məmmədəliyə təqdim etdi.

 Müzəffər şah məktəbdən ayrılarkən Hacı Zeynalabdinə gə-

lə cəyin savadlı, təhsilli müsəlman analarını yetişdirmək üçün ya-

rat dığı  möhtəşəm  pansionata  görə  təşəkkür  etdi:  “Təkcə  bu  işə 

gö rə Sizə qibtə etməmək mümkün deyil. Hələ digər fəaliyyətinizi 

demirəm”. 

Həsən  bəy  sonralar  hərdən  Zeynalabdin  Tağıyevə  zarafatla 

deyərdi:

– Hacı, sən İran şahının qibtə elədiyi bir adamsan. Siz əbə diy-

yəti sağlığınızda qazandınız. Hacı, Makedoniyalı İsgəndər, Əmir 

Teymur  kimi  dövlət  başçıları,  hətta  döyüşlərdə  yanlarınca  tarixi 

salnaməçilər gəzdirirdilər. Onların fəaliyyəti yazıya köçürülürdü. 

Baş kəsmək, qan tökmək, işğal tarixi yazmaq şücaət hesab edilirdi. 

Sizsə  insanlığın,  pulun,  var-dövlətin, Allahın  insana  bəxş  etdiyi 

zənginliyin  sınağından  necə  çıxmağın  nümunəsini  yaratdınız. 

Məncə,  siz  bundan  sonrakı  fəaliyyətinizdə  Rusiya  və  Avropa 

ölkələrində  Azərbaycana  lazım  olan  mütəxəssislərin  təhsil  alıb 

yetişməsinə də diqqətinizi artıracaqsınız. 

Hacı Zeynalabdin də fəxarətlə Həsən bəyə söylərdi ki, gərək 

mən  indiyə  qədər  təhsil  dalınca  xaricə  göndərdiyim  çoxsaylı 

gənclərin siyahısını qəzetdə dərc etdirim, qoy hamı onları tanısın. 




696

1902-ci il, Şamaxı zəlzələsi

Həmin gecəni Həsən bəy yatağa çox gec uzansa da, uzun müd-

dət yuxuya gedə bilmədi. Bu günlərdə xəstəlikdən sonra ilk dəfə 

idi onun gücü sanki birdən-birə artmışdı. O bu günlərdə Zərdabda 

yarımçıq  qoyduğu  elmi  əsərlərini  tamamlamağa  çalışırdı.  Bir 

təbiətşünas  alim  kimi  o  özünün  müəyyən  elmi  müşahidələrini, 

təhlillərini ümumiləşdirməyə çalışır, təbiət hadisələrinin səbəb və 

nəticələrini təhlil edirdi. 

Həsən  bəy  realist  bir  alim  olmaqla  yanaşı,  həm  də  gözünü 

açıb həyatı anladığı ilk günlərdən Allahını tanıyaraq, külli-kaina-

tın mütləq idarəedicisi olduğunu dərk etmişdi. O, həyatda hər bir 

şeyin  sadədən  mürəkkəbə  doğru  inkişafının  həm  elmi  əsaslarını 

anlamağa, həm də insanın adi təxəyyül gücünə, iradəsinə sığmayan 

ilahi  varlığı  qavramağa  çalışırdı.  Belə  qarışıq  düşüncələr  içində 

o  bu  gecə  çox  çətinliklə  yuxuya  getdi.  Həmin  gecənin  açılan 

sabahında bakılılar Şamaxıdan gələn qara xəbərdən sarsıldı. 

İnsanlar  gün  ərzində  yaşadıqları  həyatın  üzücü  ağırlığını 

unutdurmaq üçün işdən sonra evə tələsər, doğma ocağında, evində 

dincələrdilər. Hər kəsdən və hər şeydən bezib sakitliyə çəkilmək 

istəyənlər də, acanda, susayanda rahatlanıb bir hovur yuxu almaq 

istəyənlər  də  ilk  növbədə,  əlbəttə,  öz  evinə  üz  tutar.  Zəlzələ  in-

san ları  evində  yuxuda  ikən  yaxalamışdı.  Həmin  gecə  bir  anın 

içərisində şamaxılılar min əzabla qurduğu ocaqları məhv olmuşdu. 

Zəlzələnin qəzəbi bir yurdu xarabalığa çevirmişdi. Minlərlə insan 

– uşaq, qoca, qadın, kişi bir gecədə uçqun altında qalaraq məhv 

olmuşdu. Zalım zəlzələ neçə-neçə ocağı yerli-dibli söndürmüşdü. 

Xəbər  bir  anın  içində  hər  tərəfə  yayılmışdı.  Bakıdan,  ət raf 

bölgələrdən,  Rusiyada  yaşayan  müsəlman  xeyriyyə  cəmiy yət-

lərindən Şamaxının sağ qalan əhalisinə yardımlar gəlirdi.

Həsən bəy dərhal Bakıda Şamaxı zəlzələsindən zərər çə kən-

lərə  yardım  komissiyası  yaratdı.  Bu  komissiya  bir  neçə  günün 

içərisində  xeyli  iş  gördü.  Bir  qrup  ziyalılar  Şamaxıya  getdilər. 

Əvvəlki  şəhərdən  əsər-əlamət  yox  idi.  Bir  vaxtlar  güllü-güzarlı 



Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə