Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə221/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   217   218   219   220   221   222   223   224   ...   245

682

Qız  Məktəbinin  binasında  Hamilər  Şurası  son  hazırlıq  işlərini 

müzakirə etdi. Hamilər Şurasının sədri H.Z.Tağıyev, müavini Sona 

xanım  Tağıyeva,  üzvlərdən  Həsən  bəy  Zərdabi,  Əlimərdan  bəy 

Topçubaşov, F.Vəzirov, müdirə Hənifə xanım, müdirə köməkçisi 

Məryəm xanım Sulkevic, şəriət və dil müəlliməsi Əsmət xanım Əmin 

Əfəndi sabahkı açılış haqqında öz fikir və tövsiyələrini söylədilər. 

Açılışın  həyəcanı  hər  kəsin  üzündən  sezilirdi.  Möhtəşəmliyinin, 

əzəmətinin sədası hər yerə yayılan qız məktəbinin sabahkı açılışı 

tarixə özünün ən şərəfli səhifəsini yazacaqdı. 

 Hazırlıq on-on beş gün öncədən başlamışdı. Əslində, Hacı 

Zeynalabdinə  də,  Həsən  bəy  və  onun  ətrafında  məktəb  işlərilə 

uğ raşan hər kəsə elə gəlirdi, min illərdir bu işlə məşğul olublar. 

Məktəb üçün çox gözəl bina inşa olunmuşdu. Binanın gözəlliyi hər 

kəsi heyran edirdi. 

Hacı  Zeynalabdin  bir  gün  öncə  xanımı  Sona  Tağıyeva, 

Həsən bəy Zərdabi və Hənifə xanımla birgə bütün işləri nəzərdən 

keçirmişdi. Binanın içərisindəki hər şey – dərs vəsaitləri, yaşayış 

ləvazimatları, sinif və yataq otaqlarındakı əşyalar xarici ölkələrdən 

gətirilmişdi.

Məktəbin  girişində  masa  üzərinə  qoyulmuş  üzərinə  “İmpe-

rat riçə  Aleksandra  Fyodorovna  adına  Bakı  Rus-Müsəlman  Qız 

Məktəbi” yazılmış kataloqlar gimnaziya haqqında əsas məlumatları 

özündə əks etdirirdi. Salona düzülmüş ağ rəngli kürsü və masalara 

məktəbin  adı  həkk  olunmuşdu.  Pəncərə  pərdələri  Fransadakı 

pansionatlardakı nümunələr əsasında seçilmişdi. 

Dəhlizdəki  lövhədə  məktəbin  qayda-qanunları,  dərs  və  iş 

rejimi, müəllim kollektivi haqqında məlumat öz əksini tapmışdı. 

Tədbirin  rəsmi  hissəsindən  sonra  dəvət  olunanlara  ziyafət 

veriləcəkdi. Qonaqlara şagidlərin yediyi yeməkdən veriləcəkdi. 

Saat 12-də ikinci mərtəbədəki böyük zal qonaqlarla dolu idi. 

Təntənəli açılış mərasiminə dəvət olunan mötəbər qonaqlar zalın 

ön cərgəsində yer almışdılar. Foyeyə daxil olan qonaqları məktəbin 

uniformalı şagirdləri salamlayır, xüsusi hazırlanmış nişanı onların 

yaxalarına taxırdılar. 

Ön  cərgədə  Bakı  şəhər  qubernatoru,  həqiqi  mülki  müşavir 




683

P.A.Dideyev, general-leytenant Ərəblinski,

153

 rəsmi dövlət qurum-



la rının  digər  təmsilçilərindən  şəhərin  başçısı  M.A.Belyayev,  bir 

neçə Duma üzvü, din xadimlərindən quberniya qazısi Hacı Cavad 

Əlizadə, Mirzə Abuturab, Hacı Kərim, Molla Ruhulla, Bakı qu-

berniya  yeparxiyasının  başçısı  A.J.Yunitski,  erməni  katalikosu 

Qriqori  Loren,  bəzi  neft  milyonçuları,  xarici  və  yerli  şirkət 

rəhbərləri oturmuşdular. 

Tədbirin açılışı imperator həzrətlərinin şərəfinə dua ilə başladı. 

Duaları pravoslav və müsəlman din xadimləri oxudular. 

Sonra A.Yunitski açılış nitqi söylədi. O, Hacı Zeynalabdinin 

xidmətləri üzərində xüsusi dayanaraq söylədi: “Hacı Bakıda çox 

xeyirli  işlər  görür”,  –  üzünü  Hacıya  tutan  natiq  dedi:  “Hacı,  bu 

şagirdlər  böyüyəcək,  bir  gün  onların  hər  biri  ailə  quracaq,  uşaq 

sahibi olacaq. Cəmiyyətə təhsilli, gərəkli övladlar bəxş edərəcəklər. 

Mən bu gün bu işdə sizə hamilik edən, hamımızın xeyirxahı zati-

aliləri  imperatora  təşəkkür  edirəm,  böyük  Allahdan  ona  və  hər 

birinizə can sağlığı arzu edirəm”. 

Bakı Quberniya qazısının çıxışı daha çox Hacının səxavətli, 

imanlı  adam  olduğunu  əsaslandırmağa,  onun  gördüyü  xeyirxah 

işlərin insanlara çatdırılmasına həsr olunmuşdu.

Əlimərdan bəy Topçubaşov müsəlman ziyalıları adından çı-

xış etdi. Bugünkü xeyirxah işin təməlində dayanan Hacı Zey na-

lab dini  xüsusi  təbrik  etdi.  O  vurğuladı  ki,  Hacı  Zeynalabdin  bu 

gün  məmləkətin  təhsil  tarixinin  mühüm  bir  səhifəsini  yazaraq, 

mü səlman  qadınlarının  gələcək  inkişafında  möhtəşəm  addım  at-

dı.  “Bundan  sonra  bütün  xalqlarda  olduğu  kimi,  bizim  qadınlar 

da ictimai həyatda, dövlət işlərində, cəmiyyətdə kişilərlə bərabər 

fəaliyyət  göstərəcək,  milli  inkişafımıza  töhfələrini  verəcəklər. 

Təh silli qadınlarımız, bundan sonra qadınların təhsil almasına ver-

diyiniz dəstəyə görə ziyalılarımızın adından əziz Hacı Zeynalabdinə 

təşəkkür edirəm!”

153

  Balakişi  bəy  Ərəblinski  (1828-1902)  –  Rusiyada  ilk  hərbi  təhsil  alan 

azərbaycanlı. Sank-Peterburqdakı birinci dərəcəli kadet korpusunu 1848-ci ildə 

bitirmiş əlli illik xidməti dövründə Rusiyada olan bütün yürüş və döyüşlərdə 

iştirak etmişdir.




684

Sonra mərasimdə Bakı və Kazan müsəlmanlarının, Tiflis Qaf-

qaz dairəsi hamisinin, Zaqafqaziya Şeyxülislamının, Simfe ro pol, 

Peterburq, Həştərxan, Bağçasaray və Rusiya ziyalılarının Hacıya 

göndərdiyi təbriklər səsləndirildi. 

Hacı Zeynalabdin yekunda qısa bir nitq söylədi. O, məktəbin 

açılışına  izin  verən  əlahəzrət  imperatora,  eyni  zamanda,  bu  iş də 

dəstək  verən  hər  kəsə  təşəkkürünü  bildirdi.  Gimnaziyanın  fəa-

liy yəti  üçün  heç  nəyi  əsirgəməyəcəyinə  söz  verdi.  Hacı  sonda 

Bakıda qızlar məktəbi açmaq təşəbbüsünə göstərdiyi dəstəyə görə 

əlahəzrət imperator və onun ailəsinə təşəkkür etdi. 

Açılış  nitqlərindən  sonra  məktəbin  rəsmi  təsisatları  və  iş 

strukturu, gimnaziyanın izin tarixi, nizamnaməsi, bina və maliyyə 

məsələləri, şagirdlərin sayı, yaş həddi, Hamilər Şurasının tərkibi 

haqqında qonaqlara məlumat verildi. Şagird və müəllim heyətinin 

geyimi nümayiş olundu, geyimlərin şəriət qaydalarına uyğunluğu 

qeyd  edildi.  Məktəbin  Hamilər  Şurasında  H.Z.Tağıyev,  onun 

xanımı Sona Tağıyeva, Bakı quberniya qazısı, Bakı xalq məktəbləri 

müdiri,  Bakı  şəhərinin  başçısı,  gimnaziyanın  müdirəsi  Hənifə 

xanım, Duma üzvü Fərrux bəy Vəzirov təmsil olunurdu. 

Bir azdan ağ geyimli uşaqlar səhnəyə çıxdı. Onların ifasında 

Bakı  Rus-Azərbaycan  məktəbinin  müəllimi  Mirzə Yaqub  Əli za-

dənin

154


  bəstələdiyi  “Çara  dua”,  “Oxumağa  tərif”  mahnıları  səs-

lən dirildi. Uşaqların çıxışı qonaqların rəsmi ovqatını xeyli dəyişdi.

Ən  sonda  tədbirə  dəvət  olunmuş  qonaqlara  ziyafət  verildi. 

Qubernator Dideyev Bakıdakı heç bir gimnaziya, yaxud pansio-

natda belə gözəl xidmətin olmadığını xüsusi qeyd edərək Hacını 

xeyli təriflədi. Hacı da öz növbəsində ona pansionat üçün seçdiyi 

aşpazın bacarığından xeyli bəhs edərək, bu xüsusda danışdı.

 Hacı bir-bir qonaqların əlini sıxaraq yola salırdı. O, bu gün 

o qədər vüqarlı görünürdü ki, içindəki həyəcanı vüqarlı duruşunda 

qətiyyən hiss olunmurdu. Dəvətlilər bir-bir sağollaşıb məktəbi tərk 

etdilər.  Bütün  qonaqlar  layiqli  qarşılandığı  kimi  layiqli  də  yola 

154


 Mirzə Yaqub Ələkbər oğlu Əlizadə – XX əsrin əvvəllərində Salyanda ilk 

ictimai qiraətxananı yaradanlardan biri




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   217   218   219   220   221   222   223   224   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə