Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə224/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   220   221   222   223   224   225   226   227   ...   245

691

1901-ci  ilin  oktyabr-noyabr  aylarında  həm  də  Bakı  şəhər 

Dumasına seçkilər keçirilirdi. Haşımov meydanının qurtaracağında 

və  Velikoknyaz

156

  küçəsinin  başlanğıcında  yerləşən  tunc  qapılı 



sərraf dükanının qarşısında bir dəstə adam bu mövzuda mübahisə 

edirdilər.  Mübahisə  gərginləşdikcə  meydana  toplaşan  insanların 

sayı da artırdı. Meydandakı ticarət cərgələrində ona bitişik küçədə 

valyutalar  satılır,  yaxud  mübadilə  edilir,  qızıl  və  digər  qiymətli 

metalların ticarəti aparılırdı. İnsanlar bu məkanda özlərini dünyanın 

ən sərbəst şəhərlərindəki kimi rahat və təhlükəsiz hiss edirdilər. 

Meydandakı mübahisənin mövzusunu uzaqdan eşidən Həsən 

bəylə Əhməd bəy Ağayev ayaq saxlayıb mərc edən iki gəncə qulaq 

asmağa başladılar:

Mən deyirəm, Stepan seçiləcək. 

– Mənsə deyirəm, Əlimərdan bəy. Ala, onun yerişi, duruşu, 

ağayana baxışı bəsdir ki, Dumada otursun.

– Yaxşı, sən deyən olsa, mən sənə bir quzunu təndirdə kabab 

etdirib qonaqlıq verəcəm. Yox, mən deyən olsa, sən məni kürəyində 

Duma binasının qarşısınacan aparassan. 

Əhməd bəylə Həsən bəy qəribə səslənən bu mərc mübahisəsinə 

ürəkdən güldülər. Həsən bəy:

– Bizim dəliqanlının məqsədi, deyəsən, bu erməninin kürəyinə 

minməkdir.

Əhməd bəy:

– İndi bilərik… 

Cavan oğlan, bu dükan kimindir?

Mərc gələn oğlanlardan biri qabağa çıxdı:

– Bizimdir, buyurun!

– Siz hər gün burda olursunuz?

– Necə bəyəm?

Biz necə öyrənək ki, sizin mərcdə kim uddu?

– Bilərsiniz, bir-iki günə erməninin kürəyində mənim şəklimi 

“Qış  klubu”nun,  mehmanxanaların,  meydanların  ən  gözəgəlimli 

yerlərindən asılı görəcəksiniz. Onda bilərsiniz.

Həsən bəy:

156


 İndiki Həsən Əliyev küçəsi


692

– Siz Dumada Əlimərdan bəydən nə gözləyirsiniz?

–  Vallah,  sözümüzü  deməyə  bir  adam  olmadığı  belə  bir  za-

man da Əlimərdan bəyi Allah özü Dumaya göndərib. Onun Həsən 

bəy  adında  qayınatası  da  bir  vaxtlar  Dumada  qlasnı  olub.  Ondan 

Dumada yaman çəkinirmişlər. İndi də Əlimərdan bəy gəlib. Biz onu 

istəyirik. Gəncdir, çalışqandır, millətini də canı-könüldən sevəndir. 

Həsən bəy sağollaşıb uzaqlaşarkən gülə-gülə:

– Əhməd, dostum, qocalığı boynuma almasam da, bu hə qi-

qətdir.  İndi  biz  gedək  “Kaspi”də  Əlimərdanın  işlərini  yün gül-

ləş dirməyə. Hər birimiz qaynar qazana dönən Bakının üzə çıxan 

xeyirli məsələləri ilə məşğul olub, millətə xidmət etməliyik. 

Əhməd bəy:

– Xalq ona inanırsa, demək, seçiləcək. Atam deyərdi: “El ağ-

zı, fal ağzıdır”. Əlimərdanın seçilməsi tək bizim üçün yox, bütün 

Rusiyada yaşayan müsəlmanlar üçün də bir nicat yolu açacaq. 

Əlimərdan bəy bu dəfəki seçkidə hamıdan çox səs toplasa da, 

nədənsə  onun  adı  siyahıya  düşməmişdi.  Komissiyadakılar  bu nun 

səhvən olduğunu söyləsələr də, təsdiq məsələsi getdikcə yubanırdı. 

Odur ki, həm Əlimərdan bəy, həm də Həsən bəyin ailəsi çox əsəbi və 

gərgin günlər keçirirdi. Hətta Əlimərdan bəy Tiflisdə yerləşən Qafqaz 

mülki hissəsinin baş rəisinə şikayət məktubu da göndərmişdi. Onlar 

da tezliklə bu məsələyə əncam çəkiləcəyini bildirmişdilər. 

  Əlimərdan  bəy  Duma  iclaslarında  iştirak  etsə  də,  onun 

təsdiqini 1902-ci ilin fevralına qədər yubatdılar. Artıq o da əvvəlki 

gərginliyi unutmuşdu. Axşamlar o, qayınatası Həsən bəylə, ziyalı 

dostlarından Adil xan Ziyadxanov,

 157


 Mövsüm bəy Xəlilov, Fərrux 

bəy Vəzirov, Səfərəliyev qardaşları,

158

 milyonçu dostlarından Hacı 



Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev

159


, İsa bəy 

157


  Adil  xan  Ziyadxanov  (1872-1954)  –  Cavad  xanın  nəticəsidir.  Qafqaz 

Müsəlman Şurasının yeddi üzvündən biri olub. Cümhuriyyət dönəmində Xarici 

İşlər nazirinin müavini olub. 

158


 Səfərəliyevlər ailəsi – Bakı xanlığı Rusiya İmperiyasının tərkibinə keçəndən 

sonra şəhərdə işləyən Bəy Komissiyasında əsil-nəcabətlərini təsdiqləyə bilmiş 

bəy ailələrindəndir.

159


  Şəmsi  Əsədullayev  (1840-1913)  –  dövrün  tanınmış  neftxudası  olmuşdur, 

uğurlarının əhatəlilyinə görə “Nobellərin qənimi” deyirdilər.




693

Hacınski


160

 və başqaları ilə görüşərək, Dumada azərbaycanlıların 

xeyrinə, Bakının inkişafı naminə irəli sürəcəkləri təklifləri, qaldı ra-

caqları məsələləri müzakirə edir, məsələlərin həlli yollarını onlarla 

birlikdə axtarırdılar. 

  Dumanın  növbəti  iclasında  üzvlər  arasından  dörd  nəfərin 

namizədliyi  irəli  sürülərək  komissiya  sədrliyinə  seçki  keçirildi. 

Namizədlər  –  keçmiş  sədr  Konstantin  İretsk,

161

  Əlimərdan  bəy 



Topçubaşov,  Stepan  Fagianoso  və  İlya  Rayçenkodan  ibarət  idi. 

Əlimərdan bəy səs çoxluğu ilə Dumanın komissiya sədri seçildi. 

Bu xəbərdən əksər Bakı ziyalıları bayram sevinci yaşayırdı. 

Həsən bəy və dostları onu ürəkdən təbrik etdilər. 

Əlimərdan  bəyin  evi  bu  günlərdə  eynən  qayınatası  Həsən 

bəyin evi kimi qonaq-qaralı idi. Bir ucu İrəvan, Borçalı, bir ucu 

Tatarıstan – onu tanıyan, tanımayan hər kəs bu evə imdad dalınca 

gəlir, müşkülə düşən işlərini Duma sədri və hüquqşünas Əlimərdan 

bəyin köməyilə həll etməyə çalışırdılar. Həsən bəyin son vaxtlar 

səhhətində yaranan narahatlıqlar da Əlimərdan bəyin qayğılarını 

artırmışdı. Bir sözlə, Əlimərdan bəy öz səhhətinin qayğısına qal-

madan  gecə-gündüz  xalq  üçün  işləyir,  bütün  məsələləri  müsbət 

həll etməyə çalışırdı. 

Həsən  bəy  isə  xəstə  olsa  da,  fəaliyyətindən  qalmır,  həyati 

məsləhətləri ilə həm Əlimərdan bəyin Dumadakı, qəzetdəki işlə-

ri nə yardım edir, həm də Hənifə xanıma dəstək olmağa çalışırdı. 

Əlimərdan  bəy  hərdən  evdə  yarızarafat-yarıciddi  tərzdə  Hənifə 

xanımla  Pərisoltana  söylərdi:  “Həsən  bəy  sahildəki  mayakdır, 

bizsə səfərdən geri dönən gəmi. İraq-iraq, mayak olmasa, gəmilər 

hara üzdüyünü müəyyən edə bilməz, azar, dənizdə itib batar. Gərək 

biz hamılıqca onu qoruyaq! Keçirdiyi iflic onun səhhətində ciddi 

izlər buraxsa da, görürsünüzmü, o, qətiyyən xəstəliyə tabe olmaq 

istəmir.  Əzizlərim,  sizdən  xahişim  bu  “mayak”ı  qoruyaq, Allah 

eləməsin, biz onu itirsək, gəmimiz dəryalara qərq olar”. 

160

 İsa bəy Əbdülsalam bəy oğlu Hacınski (1860-1919) 

 məmur



161

 Konstantin İretski – (1842-1918) Bakı şəhər dumasının başçısı


Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   220   221   222   223   224   225   226   227   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə