Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə232/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   228   229   230   231   232   233   234   235   ...   245

717

patriarxına niyə etiraz etmədin? Siz həmin ermənilər deyildinizmi, 

Rus hökumətinə sığına-sığına ona xəyanət etdiniz.

Əlimərdan  bəy  əlahəzrət  çarın  imzaladığı  proqrama  istinad 

edərək öz millətinə, ümmətinə Rusiyada yaşayan digər xalqlarla 

eyni hüquq istəyirdi. Gündə bir terrorçu təşkilat yaradan, günahsız 

insanların qanını axıdan ermənilərsə dava-dalaşla özgənin tor pa-

ğın da kilsə tikib, yerləri terror mərkəzinə çevirmişdilər. 

Əhməd bəydən sonra Həsən bəy və İsa Hacınski də çıxış et-

di, çar Rusiyasında bütün xalqların, dini inanc daşıyıcılarının hü-

quq larının  bərabərləşdirilməsinin  vaxtı  çatdığını  dəlillərlə  əsas-

landırdılar. 

Uzun  mübahisədən  sonra  Əlimərdan  bəyin  təklifini  əksər 

qlasnılar  dəstəklədi,  Bakı  Duması  adından  əlahəzrət  imperatora 

müraciət qəbul olundu. 

Həsən bəy, Əhməd bəy və müsəlman-azərbaycanlı fraksiyanın 

digər üzvləri iclas zalında bu gün fərqli görünürdülər, qalib gəlmiş 

pələngi xatırladırdılar. Bu səhnə haqqın, ədalətin zəfəri ilə bağlı 

gözəl mənzərə idi.

Həsən  bəy  Dumadakı  bugünkü  uğuru  yenə  də  adəti  üzrə 

silahdaşları  ilə  birlikdə  öz  evində  qeyd  etdi.  Onun  kürəkəni 

Əlimərdan bəyin də qəribə bir xasiyyəti vardı: belə hallarda Həsən 

bəyə bircə ismarış göndərərdi: “Ata, axşam sizdəyik!”

Bu sözlər onların birgə dostları arasında gülüş yaradan fikrə 

çevrilmişdi. Hərdən Həsən bəy işin nə yerdə olmasını bilmək üçün: 

“Nə zaman bizdəsiniz?” – Əlimərdan bəydən soruşardı. 

Bu gün tarixi bir uğurun sevinci qeyd olunurdu. Həsən bəy 

içəri girən qonaqları – Əlimərdan bəyi, Əhməd bəyi, İsa Hacınskini 

və başqalarını bağrına basdı: 

–  Bilmirəm,  nə  söyləyim,  bugünkü  tarixi  qəhrəmanlığınıza 

layiq olsun! 

–Mən Fransada oxuyan zaman tətilə gələndə rəhmətlik atam 

mənim çox ədalı olduğumu, qeyri-təvazökarlığımı, yerimdə qay-

na dığımı həmişə irad tutardı. Anamsa həmişə tərəfimi saxlayıb de-

yərdi: “Ay kişi, işin yoxdur Əhmədimlə, onun məktəbi elə mək-

təbdir, orada oxuyanlar ədalı olurlar”. Mən də cavan oğlan idim, 




718

doğrudan da, çox ədalı gəzərdim. Atam məni bir gün qarşısında 

oturdub həyati bir misal çəkdi. Dedi, bir pəhləvan cavan oğluna 

pəhləvanlığın  sirlərini  öyrədirmiş.  Bir  gün  əlini  onun  çiyninə 

qoyaraq  soruşur,  oğlum,  sən  güclüsən,  yoxsa  mən?  Oğlu  cavab 

verir, əlbəttə, mən!

Üç-dörd dəfə bu sual təkrarlanır. Sonra ata pəhləvan oğlundan 

aralanıb yenə eyni sualı verir. 

Oğlu deyir, ata, əstəğfürullah, əlbəttə, sən güclüsən. O zaman 

ki,  sənin  əlin  çiynimdə  idi,  özümü  hamıdan  güclü  hiss  edirdim, 

əlini götürən kimi o gücdə deyiləm. 

İndi hələ nə qədər sizin əliniz çiynimizdədir, biz güclüyük. 

Qonaqlar  gedəndən  sonra  Hənifə  xanım,  Əlimərdan  bəy 

Həsən bəyi bir daha dilə tutaraq harasa müalicəyə getməyə razı 

salmağa çalışdılar. 

– Yox, yox! Hənifə, bu saat ara çox qarışıqdır. Bu günlərdə 

biz Bakını tərk edə bilmərik. Sənin məktəb-pansionat işin, mənim 

“Kaspi”dəki işlərim necə olsun? – dedi. 

Əlimərdan bəyin dilə tutmaq cəhdləri nəticə vermədi. 

Hənifə  xanım  Həsən  bəyə  hər  zamankından  da  artıq  diqqət 

ayırırdı. Demək olar, körpəsi kimi onun qayğısına qalırdı. Küləkli 

vaxtlarda  şərfini,  papağını  geyinib,  geyinməməsini  dönə-dönə 

yoxlardı. 

Həsən bəy qız məktəbinin tələbələrinə bu il “Türk nəğmələri 

məcmuəsi”ni

167


  işləyib  hazırlayacağına  söz  vermişdi.  Bu  kitabın 

əsas mövzusu, ideyası, gənclərdə adət-ənənələrə, zəhmətə, elmə, 

təhsilə,  anaya,  milli-mədəni  dəyərlərə  məhəbbət  oyatmaq  idi. 

O,  xəstə  olmasına  baxmayaraq,  bu  kitabı  başa  çatdırdı,  Orucov 

qardaşlarının  mətbəəsində  çap  etdirdi  və  “Türk  nəğmələri  məc-

muəsi” bütün məktəblilərin sevimli kitabına çevrildi.

167

 Zərdabinin təşəbbüsü ilə dövrün şairləri müəllimlər, uşaqlar üçün ilk milli 



nəğmə mətnləri yazdılar, onlara uyğun musiqilər qoşulub. “Türk nəğmələri” adı 

ilə tanınan bu mətnlər geniş yayılmaq üçün 1901-ci ildə ayrıca kitabça kimi

 

nəşr 


olunaraq paylanılıb. Ancaq danosbazların şikayəti ilə sonralar qadağan olunub. 

İllər sonra 2013-cü ildə həmin nəşr yenidən işıq üzü görəcəkdi.




719

1905-ci il, fevral, erməni vəhşilikləri

O gün hamının sifətində dərin bir hüzn müşahidə olunurdu. 

Dumanın  azərbaycanlılardan  ibarət  olan  bütün  üzvləri  və  azər-

bay canlı iş adamları Hacı Zeynalabdinin evinə yığışaraq Bakıdakı 

dünənki erməni vəhşiliklərini və yaranmış ağır durumu müzakirə 

edirdilər. 

Hacı  Zeynalabdinin  qanı  elə  qaralmışdı  və  sifətində  elə 

bir  zəhm  yaranmışdı  ki,  sanki  rastlaşdığı  hər  kəsdən  Bakıdakı 

müsəlmanlara qarşı törədilən dünənki vəhşiliklərə cavab verməyi 

tələb edəcəkdi. O, üzünü toplaşanlara tutaraq dedi: 

– Əlimərdan bəy, sən də, Dumadakı dostların da, ağsaqqalımız 

Həsən bəy də, bir danışın gərək doğrudan-doğruya nə baş vermişdir. 

İndi elə bir vəziyyət yaranıb, həqiqəti şayiələrdən ayırd etmək çox 

çətindir.  Bəlkə,  siz  Duma  üzvləri,  yaxud  qəzet  müxbirləri  mənə 

izah edəsiniz, nələr baş verir?

Həsən bəy:

– Hacı, bu məsələ düşündüyümüz qədər də sadə, yaxud bir neçə 

silahlı erməni quldurunun törətdiyi əməl deyil. Bunun arxasında 

ilk  növbədə  çar  hökümətinin  ermənilərin  əliylə  həm  Bakını  biz 

azərbaycanlılardan, müsəlmanlardan təmizləmək siyasəti dayanır, 

həm də belə qorxulu qırğınlar törətməklə, erməni-müsəlman qar-

şı durması yaratmaqla son zamanlar şəhərdə əhalinin artan nara zı-

lığının qarşısını almaq, insanların diqqətini hakimiyyətin yarıtmaz 

fəaliyyətindən yayındırmaqdan ibarətdir.

Bir də vaxtilə imperator I Pyotr, onun davamçısı II Yekaterina 

türklərə  qarşı  mübarizə  cəbhələrində  ermənilərin  satqınlığından 

bəhrələnmək üçün onlara gələcəkdə dövlət yaratmaq vədi vermişdi. 

İndi Bakıya doluşmuş erməni quldurları düşünür ki, azərbaycanlıların 

hesabına, Bakıda və digər Azərbaycan torpaqlarında belə bir dövlət 

yaratmağın zamanı çatıb. Onların başbilənləri hesab edir ki, indi bu 

işin tam zamanıdır, Rusiyada mütləqiyyət rejimi laxlayıb, imperiya 

ərazilərində  mərkəzdənqaçma  tendensiyaları  güclənməkdədir. 

İm pe riyanın  dağılması  artıq  zamana  bağlıdır,  deməli,  fürsətdən 



Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   228   229   230   231   232   233   234   235   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə