Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə233/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   229   230   231   232   233   234   235   236   ...   245

720

istifadə edib Qafqazda, mümkündürsə, hətta Bakı da daxil olmaqla 

azərbaycanlıların yaşadıqları bu məkanda erməni dövlətini yarada 

bilərlər. 

Hacı Zeynalabdin dedi:

– Vallah, əgər məsələ siz dediyiniz kimidirsə, bu quldurların 

hamiləri ruslardırsa, bizim işimiz çox çətin olacaq. 

Həsən bəy:

–  Hacı,  tam  haqlısınız,  məsələnin  çətinliyi  də  elə  bu  halla 

bağlıdır. Neçə illərdir, biz bunun qarşısını almağa çalışırıq. Mən 

hələ  Tiflisdə  olarkən  bir  gün  Vorontsov-Daşkovla  söhbətimdə 

rusların bu mövqeyini, Cənubi Qafqazda, ilk növbədə ermənilərə 

üstünlük  verdiklərini  hiss  etdim,  açığı  söyləyim  ki,  çox  pərişan 

oldum. 


Əli bəy:

–  Ermənilərin  böyük  imperiyanın  gücündən  istifadə  edib 

özlərinə ayrıca dövlət yaratmaq ideyası bu günün məsələsi deyil. 

Bilirsiniz,  onlar  bu  ideyanı  neçə  illərdir,  ərazisində  yaşadıqları 

Osmanlının  hesabına  da  həyata  keçirməyə  çalışırlar.  Düşünürlər 

ki, əgər Osmanlı ərazisində bunu edə bilməsələr, o zaman Cənubi 

Qafqazda, xüsusən, İrəvan xanlığında, əgər alınarsa, həm də Bakı-

da  da  edə  bilərlər.  İndiki Azərbaycan  ərazisində  erməni  dövləti 

yaratmaq, bəzi Osmanlı torpaqlarını da həmin dövlətin tərkibinə 

qatmaq həm də ruslara sərf edir. Onlar müsəlmanlara qarşı mü ba-

rizədə ermənilərə əsl müttəfiq kimi baxırlar. 

Baxın, Tiflisdə, Bakıda imperator dəftərxanasının hər on mə-

murundan  səkkizi  ermənidir.  Halbuki  hamıya  bəllidir,  er mə ni-

lər  ordan-burdan  Qafqaza  köçürülüblər,  onlar  bu  torpaqlara  gəl-

mədirlər. 1903-cü ildə knyaz Qolitsin bu faktı açıq bəyan etmişdi. 

Amma ruslar yenə erməniləri silahlandıraraq yerli müsəlmanların, 

xüsusən də, biz azərbaycanlıların üzərinə qaldırır. 

Fərrux Vəzirov:

– Bilirsiniz, bütün bunlar bir yana qalsın, biz dünənki qırğınların 

cavabını ilk növbədə hökumətdən soruşmalıyıq. Buradan birbaşa 

qubernatorun yanına gedərək, bu işi törədənlərin cəzalandırılmasını 

tələb etməliyik. Dünənki cinayətkarlar ciddi cəzalanmasalar, sabah 




721

yeni qırğınların olmayacağına kimsə zəmanət verə bilməz. Elə bu 

gün biz mərkəzi hakimiyyətin fikrini öyrənməliyik.

Hacı  da  N.Vəzirovun  fikrini  dəstəkləyərək,  müzakirəni  ya-

rım çıq dayandırdı, qubernatorun yanına adam göndərdi ki, onu və 

azərbaycanlı Duma üzvlərini qəbul etsin. 

Qubernatorluğa  gedən  adam  dərhal  da  qara  xəbərlə  geri 

qayıtdı, hövlnak içəri girərək, dili dolaşa-dolaşa: 

–  Hacı  Ağa,  ermənilər  bir  saat  öncə  şəhər  qubernatorunu 

öldürüblər, – söylədi. 

Həsən bəy:

– Vay-vay! Bu ermənilər nə murdar, qansız millətdir. Yazıq 

Nakazidze. O, yaxşı, ədalətli qubernator idi. İrəvan quberniyasında 

işləyərkən  azərbaycanlıları  öldürdüklərinə  görə  bir  neçə  quldur 

daşnakı həbsə saldırmışdı. Onların davamçıları da yazıq Nakazid-

zeyə: “Səni sağ buraxmayacağıq,” deyib hədələmişlər. Demək, bu 

yaramazlar dediklərini etdilər. 

Hacı Zeynalabdin:

– Yaxşı, görək neyləyirik. Bu qaniçənlərin hamısı silahlanıblar. 

Hökumət, demək olar, fəaliyyət göstərmir. Deməli, özümüz təcili 

bəzi müdafiə tədbirləri görməliyik. 

Bu an Fərrux Vəzirov bir neçə şəxslə Hacının evinə daxil oldu, 

həyəcanlı şəkildə məlumat verdi ki, silahlı erməni quldurları bir 

ucu İrəvan, Naxçıvan, Salyan, bir ucu Quba, Qusarda müsəlman 

kəndlərinə  hücuma  keçiblər,  yüzlərlə,  minlərlə  dinc  sakini  qətlə 

yetiriblər, qadın və körpələrə, qocalara belə rəhm etmədən qətlə 

yetiriblər. 

Həsən bəy:

– Görürsünüz, bu, bir günün işi deyil, illərlə aparılan hazırlığın 

nəticəsidir.

Ermənilərin Bakıda, Azərbaycanın bölgələrində törətdiyi qır-

ğınlar hökumət orqanlarının laqeyd müdaxiləsilə dörd gün sonra, 

fevralın 10-da dayandırıldı.

  Elə  həmin  gün  Əlimərdan  bəy  ermənilərin  müsəlmanlara 

qarşı törətdiyi qırğınları Dumada müzakirəyə çıxarmağa nail ol-

du.  O,  bu  mövzuda  təsirli  bir  nitq  söyləyərək  erməni-daşnak 




722

quldur dəstələrinin Bakıda, Azərbaycanın bölgələrində törətdikləri 

vəhşilikləri  ifşa  etdi.  Daşnakların  rəsmi  hakimiyyət  dairələrinin 

biganəliyindən, bəzən də açıq dəstəyindən bəhrələnərək dinc insan-

lara qan uddurduqlarını tənqid etdi. Bu haqda əlahəzrət imperatora 

məktub yazdığını məclisdəkilərin diqqətinə çatdırdı.

Əlimərdan bəy əlinə keçən bəzi məxfi sənədləri də Dumada 

açıqladı.  O,  erməni-daşnak  dəstələrinin  silahlanmasına  yardım 

göstərənlərin siyahısını oxudu. “Baxın və tanış olun! Bakıda qazan-

dıqları  pulların  bir  qismini  daşnaklara  köçürən,  dinc  sakinlərin 

qətlinə bais olanları tanıyın – Pavel Qukasov

168


 100 min, Lalayev 

150 min, Mantaşev

169

 100 min, Ambarsum Melikyan 50 min və 



başqaları. “Daşnak”, “Droşşak”, “Qnçak” və b. terror təşkilatlarına 

pul köçürən insanlar cəzalandırılmalıdırlar! 

İclasda  çıxış  edən  Həsən  bəy  xüsusi  vurğuladı  ki,  mən 

bu  fəlakətin  olacağı  haqqında  bir  neçə  ay  öncə  bəzi  hökumət 

orqanlarına yazılı və şifahi məlumatlar vermişdim. Amma o faktları 

ciddiyə alan olmamışdı. Bəzən belə məlumatları verdiyimə görə, 

mənə “təxribatçılıq edirsiniz” deyənlər də olurdu. 

Həsən  bəy  faktlar  əsasında  ermənilərin  bir-iki  gün  ərzində 

Azərbaycan ərazisində dinc insanlara qarşı törədilən quldur bas-

qın larının, vəhşiliklərinin ümumi nəticələrini açıqladı, hakimiyyət 

orqanlarından onların təcili cəzalandırılmasını tələb etdi. 

Məsələlərin  bu  şəkildə  açıq  müzakirəsi  ermənilərin  neçə 

müddətdir ki, yerli hakimiyyət orqanlarının dəstəyi ilə Bakıda, ətraf 

ərazilərdə törətdikləri vəhşiliklər və terror fəaliyyəti haqqında çox 

şeyləri ortaya çıxardı. Məlum oldu ki, Türkiyədən qaçan “Xeso” 

ləqəbli  terrorçu  Karmir Aqbyur  terror  təşkilatı  yaradaraq  silahlı 

erməniləri  silahlandırmaqla  məşğuldur.  Hətta  Bakının  özündə 

ermənilərin  neçə-neçə  terror  təşkilatı  və  onları  maliyyələşdirən 

milyonçuları var. Bir də ilk dəfə idi, Duma səviyyəsində Bakıdakı 

erməni quldurlarının məhz ruslara arxalanması faktı müzakirəyə 

168

 Pavel Osipoviç Qukasov (1858-1937) – Rusiya neft sənayeçisi, mühəndis, 

iqtisadçı

169

 Aleksandr İvanoviç Mantaşev – (1842-1911) Rusiya neft maqnatı. Zəma-

nəsinin ən varlı adamlarından biri




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   229   230   231   232   233   234   235   236   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə