Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə227/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   223   224   225   226   227   228   229   230   ...   245

701

– Bir evin istifadəsiz qalmağındansa satılıb xeyirli işlərə sərf 

olunmağı daha münasibdir. Düşündüm ki, “Şərqi-rus”u inkişaf et-

dirərək  həm  özümün,  həm  də  millətin  könlündə  əbədi  bir  mülk 

ucaldaram. 

Həsən bəy: 

– Bu da doğru fikirdir, Allah arzuları çin eləsin! Bütün ziyalılar 

gərək harada olmasından, bir-birini tanıyıb-tanımamasından asılı 

olmayaraq  millətin  xeyri  üçün  çalışsın.  Mətbuat,  ədəbi  mühit 

millətə xidmət göstərmək üçün ən vacib meydandır. 

Həsən bəy Məhəmməd ağanı qonağı ilə birlikdə evə dəvət etdi.

– Yox,  ustad,  qala  bilmərik.  Mirzə  Cəlilin  xanımı  ağır  xəs-

tə  olduğundan  sabah  Naxçıvandan  Tiflisə  aparacaqlar.  Gərək 

özümüzü yetirək, doktor tapaq. 

Həsən bəy təəssüf edərək hər ehtimala qarşı Tiflisdəki Mixay-

lovski xəstəxanasında çalışan yaşlı rus doktorun adı yazılmış kağızı 

Məhəmməd ağaya verdi, sonra da üzünü Mirzə Cəlilə tutaraq dedi: 

–  Əziz  dostum,  sizin  də  nəyə  ehtiyacınız  olsa,  dəstək  ola 

bilərik. 

Mirzə Cəlil:

– Təşəkkür edirəm, mən də “Kaspi”yə yazılar göndərəcəm. 

Bir  həftə  sonra  Mirzə  Cəlil  “Kaspi”  qəzetinə  “İrəvandan 

mək tublar” adlı bir yazı göndərdi. İrəvanda dədə-baba yurdunda 

salınmış “Dələmə bağları”nın ağır vergi siyasətilə azərbaycanlıların 

əlindən  çıxarılmasını,  onların  tarixi  yurdlarında  sıxışdırılmasını 

xüsusi  vurğulayırdı. Yazı  ermənilərin  səs-küyünə  səbəb  olsa  da, 

Əlimərdan bəy onların cavabını tutarlı verirdi.

Sağollaşıb ayrılarkən Məhəmməd ağa dedi:

– Ustad, qəzetin ilk nömrəsini sizə göndərəcəm.

Həsən bəy:

– Çox şad olaram. 

Həsən bəy onlar gedəndən sonra Məhəmməd ağanın atası və 

Naxçıvan haqqındakı xatirələrini dostlarına danışdı:

– Baxın, millətə xidmət üçün yeganə ümid yeri olan ata mülkünü 

satıb qəzet çıxaran belə ziyalını təqdir etməmək olmaz. İnsafsızlar, 

beləsinə izin verməmək heç Allaha xoş gedərmi? Bir də ki onları 




702

da  başa  düşmək  olar.  Əlbəttə,  əyalətlərdə  xalqların,  millətlərin 

Məhəmməd ağa kimi işgüzar, ağıllı və qeyrətli ziyalılarının sayı 

artdıqca,  gücü  hiss  olunduqca  imperiyanın  qorxulu  yuxuları  da 

çoxalır. Bizlərin vəzifəsi belə ziyalıları qorumaqdır.

 Əlimərdan bəy:

–  Dostum  Əli  bəy  Hüseynzadənin  babası  da  elə  sizin  kimi 

düşünərək öz nəvəsini Peterburqdakı təhsilini yarımçıq saxlatdırıb 

Türkiyəyə  göndərdi.  O  hiss  edirdi  ki,  nəvəsinin  istedadı  var, 

gələcəyi  parlaqdır.  Bir  azdan  Rusiyadakı  bəzi  dairələr  nə  yolla 

olursa-olsun, ona sahib çıxmağa cəhd edəcəklər. Odur ki, ən doğru 

addımı ataraq nəvəsini Türkiyəyə göndərdi. Ümumiyyətlə, bizim 

Şeyxülislam çox ağıllı adamdır. 

–    Əli  bəy  Hüseynzadə  məgər  Şeyxülislamın  nəvəsidir?  – 

Həsən bəy soruşdu. 

Əlimərdan bəy:

– Bəli, Əli bəy Qafqazın Şeyxülislamı Axund Əhməd Hüseyn-

zadənin qız nəvəsidir. Atası rəhmətə getdiyindən Axund Əhməd 

onu oğulluğa götürüb, özü tərbiyə edib.

 Həsən bəy:

– Demək, Əli bəy Axund Əhməd Hüseynzadənin nəvəsidir. 

Onun rəhmətlik atasını mən yaxşı tanıyırdım – Hüseyn Hüseynzadə... 

Savadlı  adam  idi.  Tiflisdə  müsəlman  məktəbində  dərs  deyirdi. 

Səhv etməsəm, Hüseyn Hüseynzadə həm Şeyxülislamın kürəkəni, 

həm də qardaşı oğlu idi. Yəni Əli bəyin ata-anası əmioğlu-əmiqızı 

olublar.  Hüseyn  Hüseynzadə  çox  mütərəqqi  fikirli,  yenilikçiydi, 

dində müəyyən məsələləri, xüsusən, cahil mollaların fəaliyyətini 

tənqid  edərdi.  Həmişə  o,  fikrini  əsaslandırmaq  üçün  Axund 

Əhməddən misallar gətirərdi. 

Əlimərdan bəy:

–  Sabah  Əli  bəy  Türkiyədən  Bakıya  qayıdır.  Çox  zirək, 

cəsarətli, milli düşüncəli insandır, – dedi.




703

Əli bəy Hüseynzadənin Türkiyədən qayıdışı və 

Əlimərdan bəylə birgə fəaliyyəti

 1903-cü ilin aprel ayında Əli bəy Türkiyədən özünün dediyi 

kimi, birdəfəlik qayıdaraq Bakıya gəldi. Əlimərdan bəy onun bir-

dəfəlik Bakıya qayıtmasını eşidincə çox sevindi. Əli bəyi Türkiyə 

Darülfünunun tibb fakültəsinə dosent seçsələr də, o ölkədə qalmağa 

lüzum görməmiş, vətəninə qayıtmışdı.

Əli bəy deyirdi ki, Türkiyədə dostları ilə bərabər min bir əziy-

yətlə  “İttihad  və  Tərəqqi”  adlanan  cəmiyyət  yaradıblarmış.  Bir 

qədər sonra cəmiyyətin fəaliyyəti hakimiyyət orqanlarının diqqətini 

çəkir, təqib olunmağa başlayır. Əli bəyi Türkiyə-Yunanıstan müha-

ri bəsində həkim kimi göstərdiyi xüsusi xidmətlərini nəzərə alaraq 

təqibdən azad edirlər, müəllim-dosent kimi Darülfünuna qaytarırlar. 

Orada da o özü kimi açıqfikirli, türkçü-millətçi, milli ruhlu, imanı 

və vicdanı ilə seçilən bir qrup gənclə birləşərək müəyyən birliklər 

yaratmağa başlayır. Sonra bir daha ona ciddi xəbərdarlıq gəlir ki, 

bəs bu yolun sonu həbsdir, bu yoldan çəkinmək lazımdır. Nəticədə, 

Əli bəy Bakıya qayıtmağa qərar verir. 

Əlimərdan bəylə Əli bəy görüşəndə o, həyatındakı yeniliklər 

və gələcək planlarını dostuna söylədi.

Əli bəy:


– Əlimərdan bəy, indi, nəhayət ki, doğmalarımla qovuşdum. 

Daha burada qalıb çalışmağı düşünürəm. İstəyirəm, bütün dünya 

türklərinin birliyini, türklüyün mənəvi saflığını və müasirliyi, tə-

rəq qini  qarşısına  əsas  məqsəd  kimi  qoyan  bir  dərnək  yaradım, 

ziya lıları  ətrafıma  yığaraq  fəaliyyətə  başlayım.  Türk  xalqlarının 

vəhdətini yaradaraq, gələcəyə, inkişaf və tərəqqiyə çatmaq üçün 

“türkləşmək,  islamlaşmaq, avropalaşmaq” şüarı mənim Bakıdakı 

fəaliyyətimin əsasında dayanacaqdır. 

Əlimərdan bəy:

– Əli, dostum, məni öz sistemli düşüncən və mütərəqqi ba-

xış larınla  əməlli-başlı  təəccübləndirdin.  Qardaşım,  baban  səni 



Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   223   224   225   226   227   228   229   230   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə