T texniki kolleci


Mühərriklərin parametrləri



Yüklə 4,76 Mb.
Pdf görüntüsü
səhifə4/116
tarix21.10.2023
ölçüsü4,76 Mb.
#130619
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   116
NV-konstruksiyası-və-nəzəriyyəsi

Mühərriklərin parametrləri
Güc- mühərrikin məhsuldarlığını qiymətləndirmək üçün əsas parametrdir. Mühərrikin
gücü onun lahiyələndirilməsi zamanı hesablanır və praktiki sınaqla, son dəqiqələşmə
ilə müəyyəm olunur.Mühərrikin gücü görülən işin,bu işin görülmə vaxtına
nisbətini bildirir.Mühərrikin gücü at qüvvəsi –a.q. və kilovatla –kVt ölçülür.Xüsusi
(litrlik) güc -mühərrikin işçi həcminin hər litrinə düşən gücüdür,
(kVt/litr).Xüsusi
yanacaq sərfi mühərrikin əldə etdiyi güc və yükləmə rejimi ilə əlaqədar göstəricisidir
və mühərrikin bir saatlıq işi zamanı sərf etdiyi yanacağın kütləsinin, onun effektiv
gücünə nisbəti ilə ölçülür ,
q/(kVt
.
saat).Orta indikator təzyiqi-orta xüsusi gücün 
hesablanması və mühərriklərin müqayisəsi üçün istifadə olunur.Orta indikator təzyiqi –
sikl ərzində porşenin bir gedişində qazların işinə bərabər şərti təzyiqdir.
 
Çarxqolu-sürgüqolu mexanizmi.
Çarxqolu-sürgüqolu mexanizmi vəzifəsi silidrdə yanan qazların təzyiqi qəbul
edib,porşenin irəli –geri hərəkətini dirsəkli valın fırlama hərəkətinə çevirməkdir.Dörd
silindrli mühərrikdə çarxqolu -sürgüqolu mexanizmi aşağıdakı hissələrdən ibarətdir: 
karterlə birlikdə silindrlər bloku;silindrlər blokunun başlığı;mühərrikin katerinin 
altlığı; porşenlər, üzüklər və porşen barmaqları; sürgüqolular; dirsək val; nazimçarx. 
Çarxqolu-sürgüqolu mexanizminin detalları hərəkətlsiz və hərəkətli olmaqla iki
qrupa bölünür.Hərəkətsiz detallara .silindr,silindr başlığı və karter,hərəkətli detallara. 
üzüklırə birlikdə porşen, sürgüqolu, dirsəkəsli val və nazimçarx aiddir. Əvvəlki
bölmədə işçi proseslərin aşağı düşülməsi məqsədilə bir silindrli mühərriki
nəzərdən keçirilmişdir.Əksər avtomobildə dörd çox silindrli mühərriklər quraşdırılır. 
Silindrlərin sayı on ikiyə çatan variant mövcuddur.Çarxqolu-sürgüqolu mexanizmi
silindrin yerləşməsinə görə mühərrikin tipini müəyyən olub. Mühərriklərdə müxtəlif
tipli çarxqolu-sürgüqolu mexanizmləri istifadə olunur. Bir cərgəli çarxqolu-sürgüqolu
mexanizmləri porşenləri şaquli vəziyyətdə hərəkət edən cərgəli mühərriklər bir cərgəli
şarxqolu-sürgüqolu mexanizm porşenləri bucaq altında hərəkət edən mühərriklərdə
istifadə olunur, mühərrikin ölçüləri hündürlük üzrə məhdudlaşdırıldıqda porşenləri
üfüqi hərəkət edən bir və iki çarxqolu-sürgüqolu mexanizmlərindən olunur.Avt-bil
mühərrikində silindrlətin yerləşmə sxemləri silindrlərin sayından və avt-bilin


tərtibat sxemindən asılı olaraq müxtəlif şəkildə ola bilər.Cərgəli mühərrik(şəkil 2.9,a)-
bütün silindrlərin bir müstəvidə yerləşdiyi tərtibatdır.Silindrlərin sayı az olanda 
(2,3,4,5və6)istifadə edilir.
 
Altı silindrli mühərrik daha asa müvazinətləşdirilir (titrəyişlərin azaldılması), lakin 
uzunluğu çox olur.V-şəkilli mühərrik (şəkil 2.9,b)-bu mühərrikdə silindrlər iki 
müstəvidə latın əlifbasının V hərfini yaradan şəkildə yerləşdirilir.Bu müstəvilər
arasında bucaq çəplik bucağı adlanır. Belə yerləşmə daha çox altı və səkkiz
silindrli mühərriklər üçün istifadə edilir və uyğun olaraq V6 və V8 kimi işarə edilir. 
Belə yerləşmə mühərrikin uzunliğunu azaldır,lakin enini artırır. VR-mühərrik(şəkil 
2.9,c)-kiçik çəpliyə malik olur ( təqribən 15
0
), bu isə aqreqatın həm uzunluğunu və 
həm də enini azaltmağa imkan verir.Oppozit mühərrik (şəkil2.9,d)-çəplik bucağı 180
0
olan iki cərgəli yerləşmə, müxtəlif cərgələrdə yerləşmiş silindrlərdə hərəkət bir-
birinin əksinə baş verir. Buna görə də bütün tərtibatlar arasında belə mühərrikin 
hündürlüyü ən azdır.Şəhər daxili avtobuslarda doşəmənin hündürlüyü azaltmaq
üçün belə yerləşmədən geniş istifadə olunur.W–mühərrikin iki tərtibat variantı olur- 
silindrlərin üç cərgədə böyük çəplik bucağı ilə və ya iki VR-tərtibat kimi yerləşməsi. 
Silindrlərin sayı hətta çox olduqda belə bu tərtibat yığcamlığı yaxşı təmin edir. 
Hazırda seriya ilə W8 и W12 mühərrikləri buraxılır.Silindrlər bloku –yalnız,artıq bizə
məlum olan silindr və porşen qrupu deyil,həmçinin də mühərrikin digər sistemlərini 
özündə birləşdirir. O, mühərrikin -içərisində tökmə kanallar ,oyuqlar ,yastıqlar və
tıxaclar olan özülüdür.Həmin silindrlər blokunda dirsəkli val (yastıqlarda) fırlanır. 
Blokun daxili boşluqlarında soyutma sisteminin mayesi dövran edir, blokdan,həmçinin 
də mühərrikin yağlama sisteminin yağ kanalları keçir. Mühərrikin asılmış


avadanlıqlarının əksəriyyəti silindrlər blokunda montaj olunur.Blokun aşağı hissəsi
karter adlanır.

Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə