T texniki kolleci


Avtomobilin keçiciliyi (qabiliyyat)



Yüklə 4,76 Mb.
Pdf görüntüsü
səhifə97/116
tarix21.10.2023
ölçüsü4,76 Mb.
#130619
növüMühazirə
1   ...   93   94   95   96   97   98   99   100   ...   116
NV-konstruksiyası-və-nəzəriyyəsi

Avtomobilin keçiciliyi (qabiliyyat). 
Keçicilik qabiliyyəti
dedikdə avtomobilin çətin yol və ya yolsuzluq şəraitində yüksək 
orta sürətlə yük, sərnişin və ya xüsusi avadanlıq daşıma qabiliyyəti başa düşülür.
Keçi-
cilik
– avtomobilin kompleks xüsusiyyəti olub, onun çevikliyini və qənaətliyini 
xarakterizə edir.Keçicilik qabiliyyətinə görə avtomobil üç kateqoriyaya bölünür: məhdud, 
artırılmış və yüksək keçicilikli. Məhdud keçicilik qabiliyyətli avtomobillər (yol 
avtomobilləri) bərk örtüklü yollarda və ilin quru vaxtlarında torpaq yollarda istismar 
olunmaq üçün nəzərdə tutulur. Əlavə vasitələr istifadə edilərsə (sürüşməyə qarşı 
zəncirlər, tağlı şinlər), onlar daha mürəkkəb şəraitdə işləyə bilər. Natamam ötürməli 
avtomobillərə 4

2, 6

2, 6

4, 8

4 təkər düsturlu avtomobillər aiddir. Artırılmış keçicilik 
qabiliyyətli avtomobillər əsasən məhdud keçicilikli avtomobillərin bazasında, ötürməni 
bütün təkərlərə verməklə, əlavə paylayıcı qutu və idarə olunan təzyiqli şinlərdən istifadə 
etməklə əldə edilir. Bəzi hallarda belə avtomobillərdə bloklanan və ya yüksək sürtünməli 
diferensiallardan, maneələri dəf etmək üçün bucurqad və başqa quruluşlardan istifadə 
edilir.Yüksək keçicilik qabiliyyətli avtomobillər xüsusi olaraq yolsuzluq şəraitində işləmək 
üçün layihələndirilir, onlar ərazidə rast gəlinən maneələri dəf etmək imkanında 
olmalıdırlar. Maneələr ərazinin profili və ya dayaq səthinin zəif aparma qabiliyyətindən 
yaranmaqla iki qrupa bölünür. Avtomobilin qeyd olunan maneələri dəf etmək imkanı 
profil və dayaq-ilişmə keçiciliyi ilə qiymətləndirilir. Çətin keçilən marşrutlarda bu və digər 
maneələrə rast gəlinir. Buna görə də avtomobilin keçiciliyi ümumi halda onun profil və 
dayaq-ilişmə keçiciliyindən asılıdır.
 PROFİL KEÇİCİLİK QABİLİYYƏTİ
Profil keçicilik qabiliyyəti avtomobilin tərtibatından asılı olub, keçiciliyin həndəsi paramet-
rləri ilə müəyyən edilir. Bu göstəricilər tərtibat cizgiləri əsasında və ya naturadan 
ölçməklə təyin edilir. Bütün ölçmələr tam yüklənmiş avtomobil üçün üfüqi bərk və hamar 
örtüklü yol da aparılır. Keçiciliyin həndəsi parametrlərinə baxaq (şək.36). 


Şək.36. Avtomobilin keçiciliyinin həndəsi parametrləri 

Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə