T texniki kolleci


TORMOZ QÜVVƏLƏRİNİN OPTİMAL PAYLANMASI



Yüklə 4,76 Mb.
Pdf görüntüsü
səhifə93/116
tarix21.10.2023
ölçüsü4,76 Mb.
#130619
növüMühazirə
1   ...   89   90   91   92   93   94   95   96   ...   116
NV-konstruksiyası-və-nəzəriyyəsi

TORMOZ QÜVVƏLƏRİNİN OPTİMAL PAYLANMASI
Tormoz qüvvəsinin maksimal qiyməti təkərin yolla kontakt sahəsində sürüşmənin 
müəyyən qiymətində əldə edilir. Buna görə də avtomobil və avtomobil qatarları 
layihələndirilərkən bütün körpülərin təkərlərinin sürüşmə əmsallarının eyni olması təmin 
edilməlidir. Yalnız bu halda qəza tormozlaması zamanı avtomobilin ilişmə çəkisindən tam 


istifadə etmək və bloklama halının qarşısını almaq olar.Təkərlərin tam sürüşmə halına 
gətirilməsi avtomobilin dəyanətlik və idarəolunması baxımından da məqsədəuyğun deyil. 
Tam sürüşmə halında təkər yan qüvvələri qəbul edə bilmir və buna görə də bu halda 
avtomobilə təsir edən kiçik qüvvə və momentlər belə, məsələn, küləyin təsiri, yolun 
nahamarlığı, mərkəzdənqaçma qüvvəsinin təsiri, sağ və sol təkərlərdəki tormoz 
qüvvələrinin qeyri-bərabərliyi hesabına yaranan moment təkərlərin yana sürüşməsini 
yarada bilir.Arxa körpünün təkərləri əvvəl bloklanarsa avtomobil dəyanətliyini itirir, bu 
şək.15-də çəkilmiş sxemdən aydın görünür. Bloklanma halında arxa təkərlər yan 
qüvvələri qəbul edə bilmədiyindən avtomobilə təsir edən istənilən kiçik yan qüvvə arxa 
körpünün təkərlərinin yana sürüşməsinə səbəb ola bilər. Nəticədə avtomobilin oxu 
müəyyən bucaq altında çevrilər (şək.17, bucaq 
β). Tormozlama zamanı ətalət qüvvəsi 
hərəkət istiqamətində yönəldiyindən, avtomobilin oxunun düzxətli hərəkət 
istiqamətindən meyllənməsi avtomobilin yana sürüşməsini artırmağa çalışan moment 
yaradır. 
F
j
R
x
1
F
j
R
x
1
F
j
R
x
1
Şək.17. Az ilişməli yollarda arxa körpünün bloklanması zamanı
avtomobilin yana sürüşməsi 
Qabaq təkərlər bloklandıqda sürücü avtomobili idarə etmək imkanında olmur: avtomobil 
düzxətli hərəkətini davam etdirir, lakin bu zaman onun dəyanətliyi itmir. Qabaq 
körpünün eninə meyllənməsi zamanı ətalət qüvvəsi avtomobili düz xətli hərəkət halına 
qaytarmağa çalışan moment yaradır. 
İdarə olunma qabiliyyətinin itməsi sürücü tərəfindən tez qavranılır və tormoz qüvvəsinin 
azaldılması ilə idarəolunma bərpa oluna bilər. 
Arxa təkərlər bloklandığı halda avtomobil müəyyən bucaq meyllənərsə, sürücü 
avtomobili idarə etmək imkanında olmur. Buna görə də arxa təkərlərin bloklanması 
qabaq təkərlərə nəzərən daha qorxulu sayılır. Kiçik ilişmə əmsallı yolda arxa təkərlərin 


əvvəl bloklanması xüsusi ilə qorxuludur. Bu şəraitdə tormozlanan avtomobilin kinetik 
enerjisi ləng yayılır və yana sürüşməyə başlayan avtomobil böyük bucaq sürəti ilə 
uzunmüddətli fırlanma hərəkəti edə bilir.Bütün körpülərin təkərlərinin bərabər 
sürüşməsini təmin etmək üçün onlarda xüsusi tormoz qüvvələri 

γ
τi
bərabər olmalıdır 
zi
i
i
R
F
/





burada 
F
τi
və 
R
zi 

i körpüsünə təsir edən tormoz qüvvəsi və yolun reaksiyasının normal 
toplananıdır. Göründüyü kimi avtomobilin ən yüksək effektivliklə tormozlanması üçün 
tormoz qüvvələri (tormoz momentləri) körpülər arasında yolun normal reaksiyalarına 
mütənasib paylanmalıdır.İkioxlu avtomobilin körpüləri arasında tormoz qüvvələrinin 
optimal paylanması aşağıdakı bərabərliklə ifadə edilir: 
2
1
2
1
z
z
R
R
F
F




Tormozlama zamanı normal reaksiyaların dəyişməsi (yenidən paylanması) baş verir. Bu 
dəyişmənin müəyyən etmək üçün ikioxlu avtomobilin hamar üfüqi yolda 
tormozlanmasına baxaq (şək.18). Bu zaman havanın müqavimətinin reaksiya 
qüvvələrinin paylanmasına təsir etmədiyini, diyirlənmə müqavimətinin isə tormoz 
qüvvələrinə nəzərən çox kiçik olduğunu qəbul edirik. 
Şək.18. Üfüqi yolda tormozlanan tək avtomobilə təsir edən qüvvələr sxemi 
R
z1
və 
R
z2
reaksiyalarının qiymətləri qarşı körpülərin təkərlərinin yolla kontakt sahələrinin 
mərkəzlərinə nəzərən moment tənliklərindən tapıla bilər: 


.
/
)
(
;
/
)
(
2
1
L
h
F
a
G
R
L
h
F
b
G
R
g
j
a
z
g
j
a
z




Buradan görünür ki, avtomobilin tormozlanması zamanı qabaq təkərlər altında reaksiya 
qüvvəsi artır, arxa təkərlər altında isə əksinə, azalır. Reaksiya qüvvələrinin yenidən 
paylanma dərəcəsi tormozlanma intensivliyindən 

ətalət qüvvəsindən 
F
j
asılıdır.
a
G
F
/




olduğunu nəzərə alsaq, ilişmədən tam istifadə halında xüsusi tormoz 
qüvvəsinin ilişmə əmsalına bərabər olduğunu görərik. Bu halda: 
.
/
)
(
;
/
)
(
2
1
L
h
a
G
R
L
h
b
G
R
g
a
z
g
a
z






Bu ifadələrdən istifadə edərək tormoz qüvvələrinin paylanma əmsalının optimal 
qiymətlərini tapmaq olar:
)
/(
)
(
g
g
h
a
h
b









Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə