T texniki kolleci


Dəf oluna bilən xəndəyin eni və şaquli maneənin hün-



Yüklə 4,76 Mb.
Pdf görüntüsü
səhifə101/116
tarix21.10.2023
ölçüsü4,76 Mb.
#130619
növüMühazirə
1   ...   97   98   99   100   101   102   103   104   ...   116
NV-konstruksiyası-və-nəzəriyyəsi

Dəf oluna bilən xəndəyin eni və şaquli maneənin hün-
dürlüyü.
Xəndəyin keçilmə imkanı körpülərin sayı, yerləşməsi və kütlə mərkəzinin baza 
üzrə mövqeyindən asılıdır. İkioxlu və üçoxlu avtomobillər üçün keçilə bilən xəndəyin eni 
təkərlərin ölçüsündən asılıdır. Təcrübələr göstərir ki, belə avtomobillər – eni təkərin 


radiusundan 1...1,3 dəfəyə qədər böyük olan xəndəkləri keçə bilir. Natamam ötürməli 
avtomobillər üçün dəf oluna bilən maneənin maksimal hündürlüyü təkərin radiusunun 
0,3...0,5 hissəsini, tam ötürməli avtomobillərdə isə 0,5...0,8 hissəsini təşkil edir. 
DAYAQ-İLİŞMƏ KEÇİCİLİYİ 
Dayaq-ilişmə keçiciliyi süxurun aparma qabiliyyətindən istifadə olunma səmərəliyindən 
asılı olub, əsasən hərəkət etdiricinin konstruksiyası və avtomobilin transmissiyası ilə 
müəyyən edilir. Tərkibinə görə mineral və üzvi tərkibli süxurlar mövcuddur. Mineral 
süxurlar bir neçə kateqoriyaya bölünür. Belə bölünmənin əsasını iki fraksiya hissəciklə-
rin: gil və qum hissəciklərinin ölçü və nisbəti müəyyən edir. Gil və qum fraksiyalarının 
nisbi çəkisindən asılı olaraq mineral süxurlar gil (gil hissələrinin çəkisi kütlənin 30%-dən 
çox olduqda), yarımgil (10...30 %), yarımqum (3...10 %) və qum (3%-dən az) süxur-
larına bölünür.Üzvi cisimlərdən yaranmış süxurlar xüsusi əhəmiyyətə malikdir. Bunlara 
müxtəlif növlü torflu-bataqlıqlı və lilli süxurları göstərmək olar. Bu süxurlar yaranma 
mənbəyinə və nəmliyinə görə bir-birindən fərqlənir.Süxurların mexaniki xüsusiyyəti 
onların nəmliyindən asılı olur. Əlaqəli süxurların cüzi nəmlənməsi zamanı su nazik pərdə 
şəklində hissəciklər arasındakı çox kiçik ara boşluqlarını doldurur. Bu halda su az hərə-
kətli olub çətin buxarlanır və süxurun əlaqəliyini artırır. Suyun miqdarı artdıqca 
hissəciklər arasındakı su pərdəsi qalınlaşır və o süxurun daha böyük ara boşluqlarını 
doldurur. Hər bir süxur üçün xarakterik olan nəmlik həddi keçilərsə onun bəzi 
xüsusiyyətləri kəskin dəyişir. Buna görə də əlaqəli süxurların nəmlik dərəcəsi nisbi 
nəmliklə (
W
) qiymətləndirilir. 
Nisbi nəmlik
süxurun tərkibində olan suyun quru kütləyə 
nisbəti kimi tapılır: 
0
0
/
)
(
m
m
m
W


,
Burada 
m – süxurun təbii şəkildə kütləsi; m
0
– qurudulmuş süxurun kütləsidir. Nəmlik 
dərəcəsinə görə süxur 3 vəziyyətdə ola bilər: bərk, plastik və axıntılı. Hərəkət üçün ən 
ağır vəziyyət – III haldır. Qumlu süxurların xüsusiyyəti onların nəmliyindən az asılıdır.Bu 
süxurların vəziyyəti onların sıxlığı ilə müəyyən edilir.Nəqliyyat vasitəsinin hərəkət 
etdiricisinin süxura təsiri nəticəsində onda deformasiya baş verir. Deformasiyanın ölçü 
və xarakteri xarici və daxili qüvvələrin təsiri ilə müəyyənləşir. Xarici təsir kəsildikdən 
sonra süxurun hissəcikləri öz əvvəlki vəziyyətinə qayıdırsa, belə deformasiya 

Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə