T texniki kolleci


AVTOMOBILIN HƏRƏKƏT SƏLİSLİYİ.(xüsusiyyəti)



Yüklə 4,76 Mb.
Pdf görüntüsü
səhifə109/116
tarix21.10.2023
ölçüsü4,76 Mb.
#130619
növüMühazirə
1   ...   105   106   107   108   109   110   111   112   ...   116
NV-konstruksiyası-və-nəzəriyyəsi

AVTOMOBILIN HƏRƏKƏT SƏLİSLİYİ.(xüsusiyyəti) 
Hərəkət səlisliyi

avtomobilin verilmiş sürətlər intervalında, nahamar yollarda sürücü, 
sərnişinlər və daşınan yüklərdə sərt təkan və titrəyişlər yaratmadan hərəkət etmək 
imkanını xarakterizə edən xüsusiyyətdir.İstənilən real yola, üzərində təsadüfi qaydada 
kələkötürlük yerləşən səth kimi baxmaq olar. Təkərlər nahamarlıqla görüşdükdə 
dinamiki qüvvələr yaranır və həmin dinamiki qüvvələr avtomobilin mexanizmlərinə
sürücüyə, sərnişinlərə və eyni zamanda daşınan yüklərə ötürülür. Avtomobili dinamiki 
zərbələrdən qoruyan, rəqsləri və titrəmələri lazımi hədlərdə saxlayan əsas elementlər 
şinlər və asqılardır. Yol nahamarlığının təsirindən yaranan rəqslər avtomobilin istismar 
xüsusiyyətini pisləşdirir. Avtomobilin real yollarda hərəkəti zamanı yaranan rəqslərin 
lazımi həddə olması onun sürücü və sərnişinlərə təsiri ilə qiymətləndirilir. Nahamar 
yollarda hərəkət edən avtomobil kütlələrinin rəqs intensivliyi avtomobilin tərtibat 
xarakteri, şin və asqıların parametrləri ilə müəyyən edilir.Asqının keyfiyyəti əsasən 
kuzovun məxsusi rəqslər tezliyi ilə qiymətləndirilir. İnsan orqanizmi piyadanın hərəkətinə 
müvafiq addımların sayına 

şaquli təkanlara yaxşı uyğunlaşıb ki, bu da bir dəqiqə 
ərzində 60...90 rəqs (l,0...1,5 Hs) arasındadır. Müasir minik avtomobillərinin rəqs tezliyi 
göstərilən hədlər daxilindədir. Rəqs tezliyi az olduqda dəniz xəstəliyi əlamətləri (baş 
fırlanma, ürək sıxılma) yaranır. Böyük tezlikli rəqslər isə yorğunluq və xoşagəlməz 
təsirlər yaradır.Rəqslər insana yalnız tezliyi ilə deyil, həm də amplitudası, təsir müddəti, 


istiqaməti, sürəti və təcili ilə təsir göstərir. Bu göstəricilər şərti göstəricilərdir və 
insanların fərdi xüsusiyyətlərindən asılıdır.Hərəkət səlisliyi analiz edilərkən avtomobilə 
ressoraltı və qeyri-ressoraltı kütlələrdən təşkil olunan sistem kimi baxılır. Ressoraltı 
kütlələrin təsirindən yaranan yük yola asqının elastik elementləri vasitəsi ilə, qeyri-
ressoraltı kütlələrin təsirindən yaranan yük isə birbaşa şinlər vasitəsi ilə təsir edir. 

Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə