T texniki kolleci



Yüklə 4,76 Mb.
Pdf görüntüsü
səhifə112/116
tarix21.10.2023
ölçüsü4,76 Mb.
#130619
növüMühazirə
1   ...   108   109   110   111   112   113   114   115   116
NV-konstruksiyası-və-nəzəriyyəsi

AVTOMOBİLİN RƏQSLƏR.
Avtomobilin rəqs sisteminə bəzən parsial rəqs sistemlərindən təşkil olunan sistem kimi 
baxılır. 
Parsial rəqs sistemi
dedikdə bütün kütlələri bərkidilərək, yalnız bir kütləsi 
sərbəst olan və bir koordinat üzrə hərəkət edən, bir sərbəstlik dərəcəli sistem nəzərdə 
tutulur. Parsial rəqs sistemlərinin məxsusi rəqs tezliyi 
parsial tezlik
adlanır. Əvvəlki 
paraqrafda baxılan bir sərbəstlik dərəcəli, bir kütləli sistem sadə haldır. Avtomobilin 
faktiki rəqsi mürəkkəb prosesdir. Avtomobil bir çox kütlələrdən və elastik elementlərdən 
ibarətdir. Avtomobilin rəqs sisteminə uyğun rəqs sistemi 

3 kütlə: ressoraltı 
m və iki 
qeyri-ressoraltı 
m
1qr
və 
m
2qr 
(şək.33); 
c
r1
və 
c
r2
sərtlikli asqılar; 
c
ş1
və 
c
ş2

sərtlikli şinlər 


və 
K
a1

K
a2 

müqavimət əmsallı amortizatorlar kimi göstərilə bilər. Bundan əlavə asqının 
oynaqlarında və ressor təbəqələri arasında quru və ya yarımquru sürtünmə, şinlərdə, 
rezin içliklərdə və məhdudlaşdırıcılarda molekullararası sürtünmə var.Kuzov və onun 
oxu sərbəstlik dərəcəsinə malikdir. Rəqslərə təsir edən çoxsaylı faktorlar sadələşdirmə 
tələb edir. Buna görə də təcrübi cəhətdən daha əhəmiyyətli rəqslər nəzərə alınır. Ən 
böyük təcrübi əhəmiyyətli rəqslər uzununa şaquli müstəvidə xətti (sıçrama) və bucaq 
rəqsləridir.
 
Şək.33. Avtomobilin rəqs sisteminin ekvivalenti 
Avtomobilin qeyri-ressoraltı kütlələri ressoraltı kütlələrinin 15...20%-ə qədərini təşkil 
edir. Ressorların sərtliyi isə şinin sərtliyindən 3...7 dəfə az olur. Buna görə də qeyri-
ressoraltı kütlələrin məxsusi rəqs tezliyi ressoraltı kütlələrin məxsusi rəqs tezliyindən 
əhəmiyyətli dərəcədə çox olur və nəticə etibarı ilə qeyri-ressoraltı kütlələrin kuzovun 
yerdəyişməsinə təsirini nəzərə almamaq olar. Asqı və şinlərin elastik elementlərinin 
sərtliklərini asqının gətirilmiş sərtliyi ilə əvəz etmək olar. Asqının gətirilmiş sərtliyi (
c
g
) elə 
fiktiv elastik elementin sərtliyidir ki, verilmiş qüvvənin təsiri ilə baxılan asqı qədər 
əyilməyə məruz qalır.Kuzovun rəqsləri hesablanarkən şərti olaraq amortizatorların 
müqavimətini, şin və asqıların elastik elementlərində sürtünməni nəzərə almamaq olar. 
Avtomobilin rəqslərinin öyrənilməsi göstərir ki, kuzovun rəqsləri iki mürəkkəb harmonik 
rəqsdən ibarətdir: alçaq tezlikli 

1

və yüksək tezlikli 

2

. Bunlardan hər biri öz oxu 
ətrafında baş verir. Alçaq tezlikli rəqslərin rəqs mərkəzi əsasən bazadan kənarda yerləşir 
və buna görə də kuzovun qabaq və arxa hissələri eyni zamanda qalxır və ya düşür. 
Alçaq rəqslərlə kuzov demək olar ki, yalnız şaquli yerdəyişmə edər. Yüksək tezlikli 
rəqslər əsasən avtomobilin bazası daxilindəki nöqtə ətrafında baş verir. Bu rəqslər 
zamanı avtomobilin qabaq və arxa hissələri eyni zamanda müxtəlif istiqamətlərdə 
hərəkət edir, yəni kuzov bucaq rəqsləri edir.Kuzovun rəqs qanununu müəyyənləşdirmək 
üçün alçaq və yüksək tezlikli rəqsləri cəmləmək lazımdır. Rəqslər nəzəriyyəsindən 
məlumdur ki, cismin ümumi rəqslərini azaltmaq üçün rəqsləri təşkil edən iki toplananın 
tezlikləri (və ya periodu) eyni olmalıdır. Rəqs tezlikləri eyni və ya yaxın olduqda kuzov 


səlis rəqs edər. Əks halda kuzov sürətli yerdəyişmə edər, sərnişinlər və sürücü isə şaquli 
təkanlar hiss edər.Hərəkət səlisliyini yaxşılaşdırmaq üçün göstərilən rəqslər bir-birindən 
təcrid olunmalıdır. Bu isə öz növbəsində
k
k
y
b
a

2

, (25) 
şərtində ödənilir (burada 
y


ressoraltı kütlənin kütlə mərkəzindən keçən və 
avtomobilin uzununa müstəvisinə perpendikulyar üfüqi oxa nəzərən ətalət radiusu; 
a
k
və 
b
k
uyğun olaraq qabaq və arxa qeyri-ressoraltı kütlələrin kütlə mərkəzindən olan 
məsafələridir). Bu halda avtomobilin qabaq hissəsi 
1

, arxa hissəsi isə 
2

parsial 
tezlikləri ilə rəqs edər. Aydındır ki, bu şərt ödənərsə avtomobilin qabaq və arxa hissələri 
sərbəst rəqs edər və onlara iki müxtəlif sistem kimi baxmaq olar. Dəqiq analiz göstərir 
ki, 
k
k
y
b
a
)
1
,
1
...
8
,
0
(
2


olduqda, avtomobilin qabaq və arxa hissələrinin rəqsi demək olar 
ki, sərbəstdir. Bütün müasir minik avtomobillərində bu şərt ödənilir. Yük 
avtomobillərində və avtobuslarda tərtibatın çətinliyi ilə əlaqədar olaraq göstərilən nisbət 
məsləhət olunan qiymətdən xeyli fərqlənə bilir. Kuzovun rəqslərini öyrənəndə qeyri-
ressoraltı hissələrin təsirini nəzərə almadıq. Əslində isə o, həmişə özünü göstərir və bəzi 
hallarda onun kütləsi kuzovun kütləsi ilə müqayisə edilə bilir. Sadəlik üçün (25) şərtinin 
ödənildiyini qəbul edək. Bu halda şək.35-dəki avtomobilin rəqs sistemini iki sərbəst rəqs 
sistemi şəklində qəbul etmək olar, şək. 34. Bu sistemlərdən hər biri alçaq və yüksək 
məxsusi rəqs tezliyinə malikdir. Əvvəlcə qeyri-ressoraltı kütlələrin, sonra isə ressoraltı 
kütlələrin rəqs etdiklərini qəbul edərək məxsusi rəqslərə parsial rəqslər kimi baxmaq və 
rəqs tezliklərinin təqribi qiymətini tapmaq olar (bu zaman xəta 5 %-dən artıq olmur): 

ressoraltı kütlələr üçün: 
r
r
a
m
c
1
1
1
/


,
r
r
a
m
c
2
2
2
/




qeyri-ressoraltı kütlələr üçün: 
qr
r
y
m
c
c
1
1
1
/
)
(
1
ш



,
qr
r
y
m
c
c
2
2
2
/
)
(
ш2






Şək.34. Kuzovun sərbəst rəqsləri
Burada 
r
m
1
və 
r
m
2

uyğun olaraq ressoraltı kütlənin qabaq və arxa asqılara söykənən 
hissələri; 
qr
m
1
və 
qr
m
2
– qabaq və arxa qeyri-ressoraltı kütlələrdir. Beləliklə, avtomobil 4 
məxsusi rəqs tezliyinə malikdir. Onlardan ikisi (
1
а

və 
2
a

) kuzovun ressorlar üzərində 
rəqs tezliyi, digər ikisi isə (
1
y

və 
2
y

) qeyri-ressoraltı kütlələrin ressor və şinlər 
üzərindəki rəqs tezliyidir. «a» indeksi alçaq, «
y» – indeksi isə yüksək rəqs tezliklərini 
göstərir. Alçaq rəqs tezliyi əsas rəqs tezliyi də adlanır və minik avtomobillərində 1,0...1,5 
Hs, yük avtomollərində 1,5...2,5 Hs aralığında dəyişir. 
1
y

və 
2
y

rəqsləri minik 
avtomobillərində 8...12 Hs, yük avtomobillərində 6...8 Hs aralığında dəyişir. 

Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə