T texniki kolleci


AVTOMOBİLİN TORMOZ XÜSUSİYYƏTLƏRİNİN



Yüklə 4,76 Mb.
Pdf görüntüsü
səhifə94/116
tarix21.10.2023
ölçüsü4,76 Mb.
#130619
növüMühazirə
1   ...   90   91   92   93   94   95   96   97   ...   116
NV-konstruksiyası-və-nəzəriyyəsi

AVTOMOBİLİN TORMOZ XÜSUSİYYƏTLƏRİNİN 
QİYMƏTLƏNDİRİLMƏSİ 
İşçi və ehtiyat tormoz sistemlərinin effektivliyi tormoz yolunun uzunluğu və qərarlaşmış 
yavaşıma təcili ilə, dayanacaq və köməkçi tormozlar isə 

bu sistemlər vasitəsilə əldə 
edilən cəm tormoz qüvvəsi ilə qiymətləndirilir.Tormoz sisteminin effektivliyi yol sınaqları 
gedişində müəyyən olunur. Yol sınaqları sürülüb yoxlanılmış və tam yüklənmiş 
avtomobillər üzərində aparılır. Sınaq yolun hamar, üfüqi (maillik 0,5%-dən çox 
olmayan), bərk və quru örtüklü sahəsində, ətraf mühitin temperaturunun -5...+30°S 
aralığında olduqda, küləyin sürəti isə 3 m/san-dən çox olmadığı halda aparılır. 
Tormozlama zamanı avtomobil 3,5 m enində koridordan kənara çıxmamalı, dönmə 
bucağı isə 8°-dən çox olmamalıdır.Tormoz mexanizmlərinin effektivliyi sürtünmə 
cütlərinin temperaturundan əhəmiyyətli dərəcədə asılı olduğundan, tormoz 
mexanizmlərinin sınağı müxtəlif temperatur rejimlərində aparılır.Hazırda qəbul olunmuş 
standartlara görə işçi tormoz mexanizmlərinin effektivliyinin təyin olunma sınaqları üç 
növə bölünür: «sıfır» sınağı, I sınağı və II sınağı.
«Sıfır»
sınağı 

tormoz mexanizminin 
soyuq halında (tormoz diski və ya barabanın temperaturu 100°S-dən çox olmadıqda) işçi 
tormoz sisteminin səmərəliliyinin təyini üçün aparılır.
I sınağı

qabaqcadan qızdırılmış 
tormoz mexanizmlərində aparılır. Bu sınaq iki mərhələdən ibarətdir: ilkin (köməkçi) və 
əsas. İlkin mərhələdə tormoz mexanizmləri qızdırılır. Əsas mərhələ ilkin mərhələnin 
qurtarmasından 45 san.-dan gec olmayaraq başlayır və «sıfır» sınağına uyğun aparılır. 
Tormoz mexanizmlərini qızdırmaq üçün avtomobilin maksimal intensivliklə çoxsaylı 


sürətlənməsi və tormozlanması həyata keçirilir. Sürətlənmə 

tormozlanma sikllərinin 
sayı 15...20, bir siklin uzunluğu 45...50 san. təşkil edir. I sınaqda tormoz yolunun 
normativ qiyməti «sıfır» sınağından 25% çox götürülür.

Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə