288
Onun əsas ixrac zonaları Misir, Suriya, Siciliya və Qara dəniz regionu idi. Ticarət
tarixdə şəhərlərin yaranmasında mühüm rol oynadığı kimi, xalqlar arasında
iqtisadi
və bunun nəticəsi kimi mədəni əlaqələrin inkişafına əvəzsiz kömək göstərirdi.
Xüsusən sülh dövründə ticarət gur inkişaf edirdi, lakin müharibələr də onun
aparılmasını bütünlüklə dayandıra bilmirdi. Ellinistik dünyadakı ticarət müasir
qloballaşmanın ilkin işartıları rolunu oynayırdı, onun ölkələri və xalqları bir-birinə
yaxınlaşdırması ilə müqayisədə ikinci bir uğurlu vasitənin mövcud olduğunu
söyləmək çətin məsələdir.
Yunan polisləri (şəhər-dövlətləri) çoxdan öz gücünü itirmişdi, lakin yunan
mədəniyyəti Aralıq dənizinin, Asiyanın, Misirin, Qara dəniz ətrafının ellinistik
dövlətlərində yayılmaqda davam edirdi. Yunan dili hər yerdə savadlı adamların dili
hesab olunurdu, yunan elmi isə (matematika, astronomiya, tibb və fəlsəfə) mühüm
nəticələrə malik oldu.
Aleksandrın planı irqləri bir-birində əritmək idi, lakin bu plan uğursuzluğa
düçar olurdu. İran satrapları (əyalət valiləri) güman ki, səmərəli deyildi, ona görə
də onların yarısından çoxu edam edilmişdi. İmperiyanı əmələ gətirmək üçün çoxlu
inzibati vahidlər arasındakı yeganə əlaqə məhz məşhur sərkərdənin özü idi və
təəssüf ki, problemi həll etməmişdən əvvəl o, həyatdan getdi.
Aleksandrın qısa müddətli hökmranlığı Avropa və Asiyanın tarixində
həlledici bir dövr xarakteri daşıyır. Onun fəaliyyəti sivilizasiyanın böyük
mərkəzlərinin Şərqə tərəf köçməsinə aparıb çıxardı və bu, geniş məskunlaşma
dalğasında ellinizmi bütün Yaxın Şərqə yaydı və siyasi cəhətdən olmasa da, ən azı
iqtisadi və mədəni cəhətdən bu ərazidə ellinizmi meydana gətirdi. Ayrıca dünya
Gibraltardan Pəncaba qədər uzandı, bu dünya ölkələr arasında ticarət və sosial
əlaqələr üçün açıldı. Axı bu dünya ümumi sivilizasiyaya əsaslanırdı. İmperiya o
qədər geniş idi ki, onun ölçülərini təsəvvür etmək də çətin idi. Gibraltar
boğazından İnd çayına, Almaniya meşələrindən və Rusiya düzənliklərindən Saxara
səhrasına və Hind okeanına qədər uzanırdı.
Ellinistik era bizim eradan əvvəlki 300-cü illərdən başlayaraq sonrakı altı əsr
ərzində davam etdi. Bu era başlanğıcını Böyük Aleksandrın işğallarından
götürməklə Romanın ilk xristian imperatoru Konstantinə qədər olan bir dövrü
əhatə edir. Aleksandrın imperiyası və onun varisləri böyük dünya birliyi yaratdı, bu
mədəni birlik min il sonra müsəlman imperiyasının meydana çıxması ilə öz
sonluğuna çatdı.
Ellinistik çarlıqlarda şəhərlərin mühüm rol oynaması ilə yanaşı müstəqil
şəhərlər də var idi ki, onlar əhalilərinin sıxlığı ilə fərqlənirdilər. Bəzi çarlar köhnə
şəhərləri dağıdıb, yenilərini yaratmağa girişirdilər. Bu şəhərlər Makedoniyadakı
şəhərlərin və çar ailəsi üzvlərinin adlarını daşıyırdılar. Belə şəhərləri Finikiyada,
daha çox isə Suriyada görmək olardı.
Persiya imperiyası da əsasən xalqların birliyinə əsaslanırdı, yarandığı
vaxtdan Çar Böyük I Dara da imperiyada öz sələfi Böyük Kirin dözümlülük
siyasətini davam etdirirdi. Bir sıra xalqlara öz ənənələrini, dilini və dinini
saxlamağa icazə vermişdi. Lakin sonralar imperiya tənəzzülə uğradı və Böyük
Aleksandrın işğalı onun mövcudluğuna son qoydu.