Tətbiqi proqramlar


Word proqramında mətnləri formatlatlaşdırmaq



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə12/60
tarix27.05.2023
ölçüsü1,01 Mb.
#113604
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   60
Tətbiqi-proqramlar-2

Word proqramında mətnləri formatlatlaşdırmaq 
Formatlaşdırma panelindəki Создать файл (Fayl yaratmaq) düyməsini basın.Sonra indikator zonasından dil 
lövhəsində açın və müvafiq dili seçin. Formatlama panelində srifti və ölcü verin 
Mətnin başlığı ortadan düzləndirilmişdir. Formatı əvvəlcədən və ya mətni yazdıqdan sonra onu seçərək təyin 
etmək olar. По центру (Ortadan) düyməsini basın. Hər hansı sözü yazaq.
MS Word mətn redaktorunda yaradılmış sənədə müxtəlif obyektlərin əlavəsi məqsədilə «Вставка» 
menyusunun əmrlərindən istifadə edilir. Bu əlavələrdən birincisi sənədə müəyyən böş aralığın verilməsidir. 
Menyunun «Разрыв» əmrini verdikdən sonra açılan yeni pəncərədən ilkin üç rejimlə aralığın bir səhifə, bir sütun və 
ya bir sətir olacağı variantlarından biri seçilir və yerinə yetirilir. Bu pəncərədə sonrakı variantlarla yeni bölmənin 
haradan başlayacağını müəyyənləşdirmək olar. Yeni bölmə cari səhifədən. yeni səhifədən, cüt və ya tək səhifədən 
başlaya bilər. 
Word proqramının sənədində mətndən başqa şəkil, cədvəl, diaqram və başqa tip obyektlər də ola bilər. Onların 
yerləşdirilməsi və dəyişdirilməsi redaktor proqramlarında formatlaşdırma adlanır.
Открыть (Açmaq) düyməsi ilə diskdən münasib formatlı faylları aça bilərik. Açılan pəncərədə 
Тип фaйлов 
(Faylların tipi)
siyahısında proqramda açıla bilən fayl tipləri göstərilir:
1.
Документы Word (*.doc) – Word sənədləri; .doc formatı əsas formatdır və proqramın bütün obyektlərini 
özündə saxlaya bilər.
2.
Все веб-страницы – Bütün veb-səhifələri (*.htm, *.html, *.mht, *.mhtml formatlı fayllar); bunlar internet 
saytlarında istifadə olunan veb-səhifələrdir.
3.
Текст в формате RTF (*.rtf) – RTF formatlı mətn (Bu format ilə siz Word Pad proqramından tanışsınız).


4.
Текстовые файлы (*.txt) – sadə mətn faylları.
5.
Və başqa formatlı fayllar.
Word mətn redaktorunda yaradılmış sənədin formatlaşdırılması məqsədilə «Формат» menyusunun 
əmrlərindən istifadə edilir.
Формат (Format) menyusundan Шрифт (Şrift) əmrini verin. 
Açılan dialoq pəncərəsində üç bölmə var: Шрифт (Şrift), Интервал (İnterval), Анимация (Hərəkət effektləri).
Шрифт (Şrift) bölməsində hərflərin (simvolların) şriftinin adı, yazılışı (начертание – обычный (adi), Курсов 
(maili), Полужирный (qalın) və ya Полужирный курсив (qalın kursiv)), şriftiin ölçüsü (размер), mətnin rəngi 
(цвет текста) dəyişdirilə bilər – bu dəyişiklikləri çox vaxt Formatlaşdırma panelindəki düymələrlə edirlər. Bundan 
başqa dialoq pəncərəsində sözlərin müxtəlif cür xətlənməsi, görünüşünün dəyişdirilməsi variantları var (görünüşü 
Edilən dəyişiklikləri Образец (Nümunə) sahəsində müşahidə edə bilərsiniz) 
«Интервал» bəndi vasitəsilə yazının miqyası, hərflər arasındakı məsafə (adi, sıxlaşdırılmış və ya 
genişləndirilmiş) , sətrə görə yazının yuxarı və ya aşağı sürüşdürülmüş olması verilə bilər. Həmin pəncərədə olan 
«Анимация» bəndinin əmrləri sənədin müxtəlif ekran görünüşlərinin təyininə xidmət edir.
Menyunun «Регистр» əmri seçilmiş mətn hissəsinin cümlədəki kimi, kiçik hərflərlə, baş hərflərlə, hər bir 
sözün baş hərflə başalması ilə, sözlərin ilk hərflərinin kiçik, qalanların baş hərflərlə yazılması rejimlərinin verilməsini 
təmin edir. 
Bu əmrlərin köməyi ilə siyahıların tərtibi («Список» əmri) mümkündür. Əmr verildikdən sonra adi markalanmış 
siyahılar, nömrələnmiş müxtəlif səviyyəli siyahılar yaratmaq mümkündür. Bunu xətkeşin üzərindəki markerlərlə, daha 
mürəkkəb formatlaşdırma üçün və ya Формат (Format) menyusundan Список (Siyahı) əmri ilə açılan dialoq 
pəncərəsində edirlər. Açılan pəncərədə 4 bölmə var: Маркированный (Markerli), Нумерованный (Nömrələnmiş), 
Многоуровневый (Çoxsəviyyəli), Список стилей (Stillər siyahısı). Nömrələnmiş siyahı bölməsində Нет variantı 
nömrələrin olmayacağını bildirir. Qalan variantlar əvvəlki seanslarda edilən kökləmələrdir. Изменить (Dəyişdirmək) 
düyməsini basın. 
İndi hər abzasın qarşısında marker simvolları qoyulmuş oldu. Sonradan bu siyahıların formatını dəyişmək olar. 
Sətrləri seçib xətkeşin üzərindəki abzas markerlərinin köməyi ilə onların soldan və sağdan məsafələrini çoxaldaq. 
Tabulyasiya markeri birinci sətrlərin başlanğıc mövqeyini təyin edir. 
Onu xətkeşdən kənarlaşdırmaqla yox etsək, birinci sətrin dəqiq mövqeyi təyin olunmur. 
Qalan sətrlərin başlanğıcı sol abzas markeri ilə müəyyən olunur.
Abzasın birinci sətr markeri ilə siyahı markerlərinin yeri müəyyən olunur.
Bu qaydalar nömrələnmiş sətrlər üçün də eynidir. 

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə