The scientific and pedagogical



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə40/102
tarix18.06.2018
ölçüsü5,08 Kb.
#49651
1   ...   36   37   38   39   40   41   42   43   ...   102

98 
 
V.A.Muradov 
 
böyüklüyünü itirə-itirə gələn Naxçıvan şəhərindən fərqli olaraq, Ordubad şəhəri ləng də 
olsa inkişaf meylini saxlamışdı. Belə ki, osmanlı vergi məmurları Ordubadda 1590-cı 
ildə 281 nəfər, 1727-ci ildə isə 598 nəfər vergi ödəyicisi qeydə almışdılar[3,s.10]. Hər 
vergi ödəyicisinin ailəli olduğunu və hər ailədə orta hesabla 5 nəfərin yaşadığını nəzərdə 
tutmaq qaydası ilə hesablama aparsaq, onda şəhərdə 1590-cı ildə 1500 nəfərin, 1727-ci 
ildə isə 3 min nəfərin yaşadığını müəyyənləşdirə bilərik. Göründüyü kimi, təxminən 140 
il ərzində Ordubadda yaşayan əhalinin sayı iki dəfə artmışdı. 
Türk mənbələrində XVI əsrin sonunda və XVIII əsrin  əvvəllərində Ordubad 
şəhərində mövcud olan məhəllələrin adları  və bu məhəllələrdən hər birində yaşayan 
əhalinin sayı haqqında da xeyli məlumat verilir. Əgər 1590-cı ildə Ordubad şəhərində 
Mingis, Anbaras, Sərşəhər, Kürdətal (başqa adı “Meydan”) və Məhəlleyi əraminə adı ilə 
5 məhəllə qeydə alınmışdısa, 1727-ci ildə 4 məhəllə - Mingis, Anbaras, Sərşəhər və 
İçtərəngə  məhəllələri qeydə alınmışdı[3,s.10,125-134]. Bununla belə, 1727-ci ildə  də 
Ordubad  şəhərində 5 məhəllənin mövcud olması fikrini irəli sürmək olar. Belə ki, 
“Müfəssəl dəftər”in Ordubad şəhərinə aid olan hissəsinin  əvvəlində 77 nəfər vergi 
ödəyicisinin adı sadalansa da, onların yaşadıqları  məhəllənin adı göstərilmir[3,s.125-
126]. Güman etmək olar ki, bu məhəllə 1590-cı il “İrəvan  əyalətinin müfəssəl 
dəftər”ində “Kürdətal” və yaxud “Məhəlleyi əraminə” adı ilə göstərilmiş məhəllələrdən 
biri olmuşdur. Onu da göstərmək lazımdır ki, 1727-ci ilin “Müfəssəl dəftəri”ndə 
Ordubad şəhərində bir nəfər də olsun qeyri-müsəlman qeydə alınmamışdır.  
“Müfəssəl dəftər”də verilən məlumatlardan aydın olur ki, Ordubad şəhərinin  ən 
böyük məhəlləsi Sərşəhər məhəlləsi olmuşdur. 1727-ci ildə bu məhəllədə yaşayan 188 
nəfər vergi ödəyicisinin adı qeydə alınmışdır[3,s.132]. Ordubad şəhərinin XIX-XX əsrin 
əvvəlləri tarixini tədqiq etmiş X.Vahidova göstərir ki, bu məhəllə Ordubadçayın sol 
sahilində yerləşən və Yuxarı  Əylis kəndindən başlayıb  şəhərin cənub-şərqinə doğru 
uzanan  əsas küçə boyunca yerləşirdi[5,s.33]. XVIII əsrin  əvvəllərində “Müfəssəl 
dəftər”də adı göstərilməyən məhəllədə 77 nəfər, Anbaras məhəlləsində 173 nəfər, 
Mingis məhəlləsində 105 nəfər, İçtərəngə məhəlləsində isə 46 nəfər vergi ödəyicisinin 
adı qeydə alınmışdı[3,s.125-130]. 
“Naxçıvan sancağının müfəssəl dəftər”ində verilən məlumatlar göstərir ki, 
əhalisinin sayının azlığına baxmayaraq, Ordubad şəhəri ticarət və sənətkarlığın inkişafı 
baxımından Naxçıvan  şəhərini üstələyirdi. “Müfəssəl dəftər”in tərtib olunduğu dövrdə 
Ordubad  şəhərində 1 böyük bazar, 210 ticarət dükanı  və  sənətkar emalatxanası, 5 
karvansara, 2 sabunxana, 2 bəzirxana və 5 dəyirman fəaliyyət göstərirdi. “Müfəssəl 
dəftər”in məlumatları bir də onu göstərir ki, Ordubad şəhərinin  ən işgüzar 
məhəllərindən biri Anbaras məhəlləsi olmuşdur. Şəhərdə yerləşən 5 karvansaradan 3-ü 
və xeyli sayda dükan və emalatxana məhz bu məhəllədə cəmləşmişdi[3,s.128]. Təəssüf 
ki, göstərilən mənbədə Ordubadın sənətkar emalatxanalarında istehsal edilən 
məhsulların, bazar və dükanlarda satılan malların həcmi və çeşidi barədə heç bir 
məlumat verilmir. 
Ordubadın tarixən bağlar  şəhəri olması fikrini “Naxçıvan sancağının müfəssəl 
dəftəri”ndə verilən statistik məlumatlar da təsdiq edir. Həmin məlumatlardan aydın olur 
ki, XVIII əsrin  əvvəllərində bu şəhərdə yaşayan  əhali ticarət və  sənətkarlıqla yanaşı, 
üzümçülük və bağçılıqla da məşğul olmuşdur. Güman etmək olar ki, bu fəaliyyət 
sahələri, xüsusilə üzümçülük ordubadlıların əsas gəlir mənbələrindən birini təşkil edirdi. 
Təkcə o faktı göstərmək kifayətdir ki, türk vergi orqanları Ordubad şəhərində hər birinin 
sahəsi 1 qitə olan 103 üzüm bağı qeydə almışdılar. Bu bağlardan 15-i adı göstərilməyən 
məhəllədə, 27-si Anbaras məhəlləsində, 17-si Mingis məhəlləsində, 29-u Sərşəhər 
məsəlləsində, 15-i isə İçtərəngi məhəlləsində yerləşirdi[3,s.125-133]. Ordubad əhalisi,  
 


99 
 
V.A.Muradov 
 
məhdud şəkildə də olsa, arpa, buğda, darı kimi dənli bitkilərin əkilib-becərilməsi ilə də 
məşğul olurdu. 
Osmanlı  işğal rejimi başa çatdıqdan sonra Ordubad şəhəri  əvvəlcə Nadir şah 
Əfşarın yaratdığı imperiyanın, 1747-ci ildən sonra isə müstəqil Naxçıvan xanlığının 
tərkibində olmuşdur. Təəssüf ki, təxminən 100 il davam etmiş bu dövr ərzində Ordubad 
şəhərinin vəziyyəti haqqında mənbələrdə, demək olar ki, heç bir məlumata rast gəlmək 
mümkün deyildir. Buna baxmayaraq, tam inamla söyləmək olar ki, 1735-ci ildə sona 
çatmış osmanlı işğal rejimindən 1828-ci ildə başlanmış rus müstəmləkə dövrünə qədər 
keçən bu müddət  ərzində Ordubad şəhərinin vəziyyətində elə bir ciddi dəyişiklik baş 
verməmişdi. Bunu orta əsrlər dövrünün sonlarında, rus işğal reliminin başlanğıcında rus 
məmurlarının tərtib etdikləri arxiv sənədlərində verilən məlumatlar da təsdiq edir. 
Həmin sənədlərdən birində verilən məlumatdan aydın olur ki, bu dövrdə Ordubadda 
3444 nəfər  əhali yaşayırdı[1,v.6-7]. Bu məlumatı “Naxçıvan sancağının müfəssəl 
dəftəri”ndə verilən məlumatla müqayisə etdikdə, təxminən 100 il ərzində  şəhərdə 
əhalinin sayının 444 nəfər artdığını müəyyənləşdirmək mümkündür.. 
Əldə olan mənbələrin  əksəriyyətində Ordubad şəhəri xanlıqlar dövründə  və 
Rusiya müstəmləkə dövrünün başlanğıcında olduqca mənzərəli və abad bir şəhər kimi 
təqdim edilir. Həm də bu mənbələrdə Ordubadın istər xanlıqlar dövründə mütəmadi 
xarakter daşıyan daxili çəkişmələrin, istərsə  də Rusiya-İran müharibələrinin gedişində 
hər hansı bir ciddi dağıntıya məruz qalması haqqında məlumat verilmir. İkinci Rusiya-
İran müharibəsinin sona çatmasından cəmisi 4 il sonra tərtib edilmiş kameral 
təsvirlərdən birində Ordubad haqqında verilmiş məlumat da bunu təsdiq edir: “Ordubad 
şəhəri çeşidli görkəmə malikdir. İrəvan və Naxçıvandan daha ürəkaçandır. Burada 
xarabalıqlar demək olar ki, yoxdur, bütün Asiya şəhərlərində olduğu kimi, burada da 
küçələr  əyri-üyrü olsalar da, içərilərində yaşıl bağlar görünən... hasarlar və tikililər 
hesabına fasiləsiz uzanırlar. Hər addımbaşı (olan) su ətrafa sərinlik yayır və həyətərin 
çoxunda fantana çevrilir”[1,v.5-6]. Şəhərin xarici görkəmi çiçəklənən bağı xatırladırdı. 
Zəngin bitki örtüyü arasında düzqamətli çoxillik çinarlar, irihəcmli tut və qoz ağacları 
şəhərə xüsusi gözəllik  verirdi. 
 
Ədəbiyyat 
1.Azərb.DTA, f.24, siy.1, iş 372 
2.Musəvi T.M. Orta əsr Azərbaycan tarixinə dair farsdilli sənədlər. XVI-XVIII 
   əsrlər, Bakı, 1977 
3.Naxçıvan sancağının müfəssəl dəftəri. 9 məhərrəm 1140 (27 avqust 1727). 
   Araşdırma, qeyd və şərhlərin müəllifi Hüsaməddin Məmmədov (Qaramanlı), 
   Bakı, 2001  
4.Алиев В. Археологические исследования в Нахичеванской АССР. 
//Нахичеванская АССР, Баку, 1975 
5.Ваидова Х. История города Ордубада. Баку, 2007 
6.Гейдаров М.Х. Города и городское ремесло Азербайджана XIII-XVII вв.  
   Баку, 1982  
7.Дневник ЗакарияАкулисского, Ереван, 1939 
8.Ибрагимов Б.И. Средневековый город Хараба-Гилан. АКД, М., 1985 
9.История императора Ираклия. Сочинения епископа Себеоса, писателя  
VII столетия. (Пер. К.Н. Патканова). СПб., 1862 
10.ОлеарийАдам.Подробное описание путешествия Голштинского 
посольства в Московию и Персию в 1633, 1636 и 1639 годах. Составлено  
секретарем посольства Адамом Олеарием. (Пер. с немецскогоП.Барсов). 
М., 1870 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə