The scientific and pedagogical



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə39/102
tarix18.06.2018
ölçüsü5,08 Kb.
#49651
1   ...   35   36   37   38   39   40   41   42   ...   102

95 
 
V.A.Muradov 
 
THE POPULATION OF ORDUBAD CITY IN  
THE 18
TH
 AND EARLY 20
TH
 CENTURIES 
 
V,A.Muradov 
Summary 
 
Population growth rate was very slow in the 18
th
 and early 20
th
 centuries in 
Ordubad city that developed into the secondary cities of Azerbaijan during the 16th-17
th
 
centuries. Its location far from large commercial and industrial centers, as well as 
highways and railways prevented the development of economic infrastructure and 
population growth in the city. A significant part of Ordubad people who could not make 
living in the city were forced to leave for foreign countries and big cities of the Russian 
Empire to find a job. 
 
 
 
НАСЕЛЕНИЕ ГОРОДА ОРДУБАД В XVIII-НАЧАЛЕ XX ВВ                                                 
 
В.A.Мурадов 
РЕЗЮМЕ 
  
        В XVI-XVII вв.  развитый    город  Ордубад  вошел  в  ряд  средних  городов 
Азербайджана.  В XVIII - начале XX вв.  рост  населения  в  этом  городе  шел  
медленно.  Город  находился  на  далеком  расстоянии  от  больших  торговых  и 
промышленных  центров,  а  также  магистральных  и  железных  дорог.  А  это 
препятствовало  развитию  экономической  инфраструктуры  и  росту  населения. 
Ордубадцы,  которые  не  могли  найти  работу  в  родном  городе,  вынуждены  были 
искать ее за пределами страны и в крупных городах Российской империи.  
 
 


96 
 
ODLAR YURDU UNİVERSİTETİNİN ELMİ VƏ PEDAQOJİ XƏBƏRLƏRİ 
THE SCIENTIFIC AND PEDAGOGICAL NEWS OF ODLAR YURDU UNIVERSITY 
 
2016 - № 45 
 
ORDUBAD ŞƏHƏRİNİN SON  ORTA ƏSRLƏR DÖVRÜ TARİXİNDƏN 
 
V.A.Muradov 
“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti, 
AMEA Naxçıvan Bölməsi 
Azərbaycan, Naxçıvan MR, Naxçıvan ş., H.Əliyev pr., 76 
e-mail: vidadimuradov@gmail.com 
 
Açar sözlər: Ordubad şəhəri, mənbə, ordu, müfəssəl dəftər, məhəllə, əhali 
Keywords: Ordubad city, source, army, detailed book, block, population 
Ключевые слова: город Ордубад, источник, армия,  подробное описание, квартал, население 
 
Ordubad şəhəri Naxçıvan diyarının öz tarixi görkəmini, demək olar ki, dəyişməz 
halda müasir dövrümüzədək çatdırmış  qədim  şəhərlərindən biridir. Əlverişli təbii-
coğrafi və iqlim şəraiti, su ehtiyatlarının bolluğu Ordubad şəhərinin yaranmasında 
mühüm rol oynamış amillər sırasındadır.  Şəhərin yerləşdiyi təbii iqlim şəraiti hələ 
qədim dövrlərdən burada yaşayan insanların təsərrüfat fəaliyyətinin istiqamətlərinin 
müəyyənləşdirilməsində mühüm rol oynamışdır. 
Ordubad  şəhərinin yerləşdiyi  ərazinin arxeoloji cəhətdən zəif öyrənilməsi onun 
meydana gəlməsi tarixini dəqiq müəyyənləşdirməyə imkan vermir. Təəssüf ki, yazılı 
mənbələrdə  də  şəhərin  əsasının qoyulma vaxtı haqqında konkret olaraq heç bir 
məlumata təsadüf olunmur. Bununla belə, Ordubad şəhərinin yerləşdiyi ərazi çox qədim 
zamanlardan insanların yaşayış yerinə çevrilmişdi. Arxeoloji qazıntılar nəticəsində 
sübut olunmuşdur ki, e.ə. III-I minilliklərdə bu ərazilərdə oturaq həyat tərzi keçirmiş 
əkinçi-maldar tayfalar yaşamışlar[4,s.56-57]. Ordubad şəhərinin yaxınlığında yerləşən 
Xaraba-Gilan  ərazisində aparılmış arxeoloji qazıntılar isə burada antik dövrdən XIV 
əsrə  qədər mövcud olmuş kifayət qədər böyük bir şəhərin mövcud olduğunu sübuta 
yetirmişdir[8,s.9;11,s.8]. 
Ordubad  şəhərinin adına ilk dəfə VIII əsrdə yaşamış Sebeosun əsərində rast 
gəlinir. Bu dövrdə  ərəb ordusunun Cənubi Qafqaza hücumundan bəhs edən müəllif 
yazır ki, işğalçı  ərəb ordusu Ordubaddan keçərək Ararat vilayətinə getdi [9,s.120]. 
Sonrakı dövrlərdə, Naxçıvan diyarının digər yaşayış məntəqələri kimi, Ordubad şəhəri 
də hakimiyyəti Azərbaycanda bərqərar olmuş dövlətlərin  - Ərəb xilafətinin, Sacilər və 
Salarilər dövlətlərinin, Səlcuq imperiyasının, Azərbaycan Atabəyləri, Hülakülər, 
Cəlairlər, Qaraqoyunlu, Ağqoyunlu və  Səfəvilər dövlətlərinin tərkibində olmuşdur. 
Təəssüf ki, bu dövrə aid mənbələrdə Ordubad şəhərinin adına nadir hallarda rast gəlmək 
mümkündür. Yalnız Həmdullah Qəzvininin  əsərində XIII əsrin sonu-XIV əsrin 
əvvəllərində Azərbaycanda mövcud olmuş kiçik şəhərlərin sırasında Ordubad şəhərinin 
də adı  çəkilir[6,s.80]. Çox güman ki, Ordubad  XVI əsrdə, Naxçıvan diyarının Culfa, 
Əylis, Qarabağlar və Azad şəhərləri kimi, kiçik şəhər və yaxud böyük qəsəbə statusuna 
malik idi. Bunu Səfəvi  şahlarından I Təhmasibin (1524-1576) və  Məhəmməd 
Xudabəndənin (1578-1587) müxtəlif illərdə verdikləri fərmanlarda Ordubadda darğa 
vəzifəsinin olması haqqında olan faktiki material da təsdiq edir[12,sən.12,14,22]. 
Məlumdur ki, darğalar ancaq şəhərlərdə  və yaxud böyük qəsəbələrdə vergilərin 
toplanması işinə nəzarət edirdi. 
Bir şəhər kimi Ordubadın adına XVII əsrdə baş vermiş siyasi hadisələrlə əlaqədar 
daha tez-tez təsadüf olunur. Məlumdur ki, həmin  əsrin  əvvəllərində Naxçıvan diyarı 
Səfəvi və Osmanlı ordularının döyüş meydanına çevrilmişdi. 1603-cü ilə qədər Osmanlı 
işğalı altında olan şəhər ciddi dağıntılara məruz qalmış, əhalisi qılıncdan keçirilmişdi.  


97 
 
V.A.Muradov 
 
Elə  həmin il Səfəvi ordusunun yaxınlaşması  xəbərini eşidən ordubadlılar üsyan 
qaldıraraq  şəhərin böyük hissəsini osmanlı  əsgərlərindən təmizləmiş,  Şah Abbasın 
ordusunu bayram təntənəsi ilə qarşılamışdılar. Bir neçə gündən sonra şəhər qalası da 
işğalçılardan azad edilmişdi. Lakin şəhər  əhalisinin uzun sürən bayram şənlikləri 
nəticəsində sayıqlığını itirməsindən istifadə edən  İrəvan hakimi Şərif paşa Ordubada 
ordu göndərib onu yenidən  ələ keçirdi və  əsaslı  şəkildə dağıtdı[13,s.66-67]. Bununla 
belə, osmanlı ordusunun Ordubad şəhərindəki ağalığı uzun sürmədi. 
Osmanlı  işğalı dövründə  şəhərə vurulmuş ciddi ziyan, habelə ordubadlıların 
şəhərin azad edilməsi uğrunda fəal mübarizə aparması son nəticədə  şəhərin gələcək 
inkişafı üçün müsbət  şərait yaratdı. Mənşə etibarı ilə Ordubaddan olan Şah Abbasın 
vəziri Hatəm bəy Ordubadi onun qarşısında şəhərin bütün vergi və mükəlləfiyyətlərdən 
azad edilməsi haqqında məsələ qaldırdı və tezliklə buna nail oldu[2,s.206]. 
Ümumiyyətlə, Ordubad şəhərinin XVII əsrin əvvəllərindən başlamış yüksəlişində 
Hatəm bəy Ordubadinin böyük rolu olmuşdur. Nəsrəddin Tusinin nəslindən olan 
görkəmli dövlət və  mədəniyyət xadimi Hatəm bəy Ordubadi özünün dövlətdə yüksək 
vəzifə tutmasından istifadə edərək doğma  şəhərinin tərəqqisi üçün çox böyük işlər 
görmüşdü. Görünür, onun göstərdiyi himayədarlığın nəticəsi idi ki, I Şah Abbasın 
böyük qətiyyət və  qəddarlıqla həyata keçirdiyi “yandırılmış torpaq” taktikasının və 
“böyük sürgün” siyasətinin ağır nəticələri Naxçıvan diyarının digər şəhərlərindən fərqli 
olaraq, Ordubad şəhərindən yan keçmişdi. Hər halda mənbələrdə və tarixi ədəbiyyatda 
bu haqda məlumata təsadüf olunmur. 
Hatəm bəy Ordubadinin Ordubadı himayə etməsi onun yalnız vergi və 
mükəlləfiyyətlərdən azad edilməsi ilə bitmədi. 1606-cı ildə  Şah Abbasın Ordubadı 
ziyarət etməsi də, görünür, Hatəm bəyin göstərdiyi canfəşanlığın nəticəsi 
olmuşdu[13,s.169]. Məhz bu hadisədən sonra Səfəvi şahı Ordubadı soyurqal hüququ ilə 
Hatəm bəyə bağışlamışdı. Sonuncunun səyi nəticəsində  şəhərdə xeyli abadlıq işləri 
aparılmış, çoxlu sayda ictimai binalar tikilmişdi. Heç də  təsadüfi deyil ki, XVII əsrin 
30-cu illərində Azərbaycanda olmuş alman səyyahı A.Oleari Ordubadı Naxçıvan 
diyarının tərəqqi edən şəhərlərindən biri kimi xarakterizə edir[10,s.700]. 
Ordubad  şəhəri XVII əsrin ikinci yarısında da öz inkişafını davam etdirərək 
Azərbaycanın  əhəmiyyətli  şəhərlərindən birinə çevrilmişdi. Bu dövrdə  şəhərin 
böyüdüyünü sübut edən bir fakt kimi orada olan qazı vəzifəsinin şeyxülislam vəzifəsi ilə 
əvəz olunmasını göstərmək olar[7,s.122-123]. Onu da göstərmək lazımdır ki, yüksək 
rütbəli din xadimi hesab edilən şeyxülislam, əksər hallarda daha əhəmiyyətli və inkişaf 
etmiş  şəhərlərə  təyin edilirdi. Bu dövrdə  şəhər həm də Azərbaycanın mühüm ticarət 
mərkəzlərindən birinə çevrilmişdi.  Əylisli Zəkəriyyənin verdiyi məlumata görə
OrdubadXVII  əsrin ikinci yarısında Təbriz,  Şamaxı  və digər  şəhərlərlə  sıx ticarət 
əlaqələri saxlayırdı[7.,s122-123]. 
XVII  əsrin sonu-XVIII əsrin  əvvəllərində Naxçıvan  şəhərində  əhalinin sayı 
azalmaqda davam etdiyi halda, Ordubadda biz bunun əksini görürük. 1727-ci ildə tərtib 
edilmiş “Naxçıvan sancağının müfəssəl dəftəri”ndə bu fikri təsdiq edən konkret faktiki 
materiala rast gəlmək mümkündür. Onu da göstərmək lazımdır ki, göstərilən dəftərdə 
Ordubad şəhər kimi yox, qəsəbə kimi qeydə alınmışdır[3,s.125]. Göstərilən “Müfəssəl 
dəftər”lə bağlı bir məsələni diqqətə çatdırmaq vacibdir. Belə ki, dəftərin 2001-ci il 
nəşrinə ön söz yazmış müəllif burada həm də 1590-cı ildə osmanlı vergi məmurları 
tərəfindən tərtib edilmiş  “İrəvan  əyalətinin müfəssəl dəftəri”ndən həm Naxçıvan, həm 
də Ordubad şəhərləri ilə əlaqədar əldə etdiyi faktiki material da vermişdir[3,s.9-10]. Bu 
isə tədqiqatçıya Ordubad şəhərinin XVI əsrin sonundakı vəziyyəti ilə XVIII əsrin 20-ci 
illərindəki vəziyyətini müqayisə edib müəyyən nəticələr çıxarmağa imkan verir. Bu 
müqayisədən əldə edilən əsas nəticə isə ondan ibarətdir ki, əvvəlki əzəmətini və  


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə