The scientific and pedagogical



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə47/102
tarix18.06.2018
ölçüsü5,08 Kb.
#49651
1   ...   43   44   45   46   47   48   49   50   ...   102

114 
 
R.S.Səfərəliyeva 
 
“drujina” anlayışına uyğun gəlir. Dəstə üzvlərini ortaq mənəvi dəyərlər və  məqsəd 
birləşdirir. Dəstə üzvi qəhrəmanın köməkçisi kimi çıxış edir.  
Qaçaq Nəbinin və Qaçaq Kərəmin dəstə üzvləri özlərini Koroğlu dəlilərinə 
bənzədirlər. 
 
Ədəbiyyat  
 
1.
 
Hacıyeva M. Ədəbi mülahizəlr. Bakı:Azərnəşr, 2007, 240 s. 
2.
 
Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı: Maarif, 1992 
3.
 
Rüstəmzadə R. El qəhrəmanları xalq ədəbiyyatında. Bakı. 1984 
4.
 
Сидорова  Е.Н.  Исторические  песни // Русское  народное  творчество.-  М. : 
Высшая школа, 1966 
5.
 
Yeddi dastan. Bakı: Azərnəşr, 1989 
6.
 
Abbasov İ. Yeni dastanlar // Azərbaycan dastanları. 5 cilddə. V c. (tərtib edəno Ə. 
Axundov). Bakı: Elm, 1972 
7.
 
Sadıq İ. Azərbaycan “Koroğlu” eposu. I kitab. Bakı: Elm və təhsil. 2015. 248 s 
8.
 
Nəbiyev A. Qaçaq dastanları // Azərbaycan ədəbiyyat tarixi. I cild. s. 675- 686 
9.
 
Nərimanoğlu H. Azərbaycan  xalqının ən çox sevdiyi vəsf, fəxr etdiyi qəhrəmanlar 
Qaçaq Nəbi, Qocaq Həcər // Behcət B. Qaçaq Nəbinin tarixi. Bakı: “Çıraq”, 2011, s. 
284- 292 
10.
 
 Koroğlu nəvələri (toplayan R. Rüstəmzadə). Bakı, 1967 
 
 
QACHAQ AS A HERO OF NEW AGE 
R.S.Safaraliyeva 
SUMMARY 
 
Rebel legends of the XIX century Azerbaijan play a great role in native epos. The 
legends about “Gachag Nabi” , “Gachag Karam” , “Gachag Tanrıverdi” are widespread 
legends in Azerbaijani narrative literature. The heroes of these legends are not only 
moral leaders, they are also the real historic persons 
 
ГАЧАК ТИП ГЕРОЯ НОВОГО ВРЕМЕНИ 
 
Р.С.Сафаралиева 
РЕЗЮМЕ 
 
Гачакские  сказания  ХIX  века  сыграли  большую  роль  в  формировании 
народного эпоса. “Гачак Наби”, “Гачак  Керем”, “Гачак  Танрыверди” популярные 
сказания азербайджанского народа. Они не только эпические герои, но и реальные 
исторические личности.   
 


 
 
115
ODLAR YURDU UNİVERSİTETİNİN ELMİ VƏ PEDAQOJİ XƏBƏRLƏRİ 
THE SCIENTIFIC AND PEDAGOGICAL NEWS OF ODLAR YURDU UNIVERSITY 
 
2016 - № 45 
 
SƏNAYEDƏ İSTEHSAL RESURSLARINDAN  
İSTIFADƏNİN İQTİSADİ SƏMƏRƏLİLİYİ 
 
Ş.N.Şahbazlı 
Azərbaycan Texniki Universiteti 
Bakı, Hüseyn Cavid prospekti 25 
e-mail: samirtmt@mail.ru 
 
Açar sözlər: sənaye, istehsal resursları, iqtisadi effektivlik 
Key words: industry, productive resources, economic efficiency 
Ключевые слова: промышленность, производственные ресурсы, экономическая  
эффективность 
 
Sənaye iqtisadiyyatın mürəkkəb sahəsi kimi cəmiyyətin müxtəlif tərəflərinin 
inkişafını tələb edir və bu inkişaf səviyyəsindən asılı olaraq da onun rəqabət qabiliyyəti 
formalaşır. Bazar iqtisadiyyatı  şəraitində Azərbaycan Respublikasının milli 
iqtisadiyyatının yüksəldilməsi və  əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması ilk 
növbədə  sənaye sahəsində istehsal resurslarından səmərəli və  məqsədəuyğun  istifadə 
edilməsindən, həmçinin həmin sahə üzrə qanunlara, normativ aktlara riayət 
olumasından, istehsal resurslarının uçotunu apararkən qəbul edilmiş milli və beynəlxalq 
standartların tətbiq edilməsindən asılıdır. İqtisadi kateqoriya olan resurslar müəssisənin 
iqtisadi marağının məzmunu və istiqamətinə uyğun olaraq onun potensiallarının 
mənimsənilməsi inkişafı ilə əlaqədar olan iqtisadi münasibətlərdə özünü göstərir. 
İstehsal resursları anlayışı ilə yanaşı iqtisadi nəzəriyyədə istehsal amilləri anlayışı 
da işlədilir. Belə isə onların fərqi nədədir? 
İstehsal resursları istehsala cəlb oluna bilən təbii və sosial qüvvələrdir. Bu halda 
istehsal amilləri istehsal prosesinə artıq real surətdə  cəlb olunan resursları ifadə edən 
iqtisadi kateqoriyadır. 
Beləliklə, istehsal resursları anlayışı istehsal amilləri anlayışından daha genişdir. 
Başqa sözlə istehsal amilləri törəmə resurslardır. Resurslardan fərqli olaraq, istehsal 
amilləri yalnız qarşılıqlı fəaliyyət çərçivəsində olur. Ona görə də istehsal həmişə onun 
amillərinin qarşılıqlı fəaliyyət birliyidir [6]. 
İqtisadi mahiyyətinə görə resurslar – maddiləşmiş  əmək xərcləri üzrə  və canlı 
əmək xərcləri üzrə ola bilər. Birinci qrup resurslara maddi xərclərin azaldılması və əsas 
fondların aşınma xərclərinin azaldılması üzrə olan resurslar daxildir. İkinci qrup 
resurslara isə əmək xərclərinin azaldılması üzrə olan resurslar daxildir.  
Maddi xərclərin azaldılması üzrə olan resurslar öz növbəsində xammalların və 
materialların, yanacaq və enerjinin, vahid məhsula bilavasitə  çəkilən xərclərin 
azaldılması istiqamətində olurlar. 
Daxili resursların təyinatı və funksiyasına görə resurslar məhsulun maya dəyərinin 
aşağı salınması, istehsal həcminin artırılması, məhsulun keyfiyyətinin yüksəldilməsi 
üzrə ola bilər [4, s.13]. 
İstehsal resursları -  əmtəələr, xidmətlər və başqa dəyərlərin yaradılması 
prosesində istifadə oluna bilən təbii, sosial və mənəvi qüvvələrin məcmusudur. İstehsal 
resurslarının iqtisadi nəzəriyyədə dörd qrupa bölgüsü qəbul edilmişdir [1, s.285]: 

 
Təbii resurslar - istehsala tətbiq etmək üçün yararlı olan potensial təbii 
qüvvələrdir. Bunlar isə “tükənən və tükənməyən”, başqa sözlə “bərpa olunan və bərpa 
olunmayan” resurslar şəklində özünü göstərir. Təbii resursların zənginliyi, onların  

 
 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə