The scientific and pedagogical



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə55/102
tarix18.06.2018
ölçüsü5,08 Kb.
#49651
1   ...   51   52   53   54   55   56   57   58   ...   102

 
135 
Ş.Əliyev 
 
Həmin dövrdə BMT-nin Baş  Məclisi tərəfindən Ümumdünya ətraf mühit xartiyası 
qəbul olunur ki, (28 oktyabr 1982-cı ildə) burada da ətraf mühitin mühafizəsi sahəsində, o 
cümlədən genetik müxtəlifliyin qorunub saxlanması; təbii resursların səmərəli istifadəsi; 
hərbi əməliyyatların nəticələrindən təbiətin mühafizəsi sahəsində tədbirlər üzrə beynəlxalq 
əməkdaşlığın mühüm istiqamətləri müəyyənləşdirilmişdir. Öz hüquqi qüvvəsinə görə 
Xartiya tövsiyə əhəmiyyətli beynəlxalq-hüquqi sənəddir. Bu onu bildirir ki, onun norma və 
prinsipləri hüquqi cəhətdən dövlətlər və beynəlxalq təşkilatlar üçün məcburi deyil, lakin 
dünya cəmiyyəti üzvləri öz praktik fəaliyyətində  təbii  ətraf mühitin ümumi mühafizəsi 
vəzifəsini nəzərə almaqla, bu aktın müddəalarını gözləməlidir. 
Bu sahədə xüsusilə ATƏM-in (indiki ATƏT) fəaliyyətini, ən əsası isə 1avqust 1975-
də Helsinki şəhərində imzalanmış ATƏM-nin Yekun Aktını qeyd etmək lazımdır. Bu 
sənəddə qeyd olunur ki, yalnız milli səviyyədə ətraf mühitin keyfiyyətinin təmin edilməsi 
mümkün deyil, buna görə  də qlobal miqyasda bu problemin həlli üzrə  tədbirlər sistemi 
təklif edilir. Belə ki, hava, su və torpağın çirklənməsinə qarşı mübarizə tədbirlərinin qəbul 
edilməsinin zəruriliyi, təbiət qoruqlarının inkişafı, yaşayış  məntəqələrində  ətraf mühitin 
vəziyyətinin yaxşılaşması,  ətraf mühitin dəyişikliyinin elmi araşdırılması, monitorinq və 
qiymətləndirilməsi, eləcə də hüquqi əməkdaşlıq üzrə cəhdlərin birləşməsi qeyd olunur. Bu 
tövsiyələr sonrakı beynəlxalq sənədlərə  təsir göstərmiş  və  Böyük məsafələrdə havanın 
transsərhəd çirkləndirilməsi haqqında Cenevrə Konvensiyasında (13 noyabr 1979-cu il) öz 
əksini tapmışdır.  
1986-1989-ci illərdə keçirilən ATƏM iştirakçı dövlətlərin nümayəndələrinin Vyana 
görüşündə ekoloji xarakterli bir sıra məsələlərə baxılmış  və kükürd, hidrogen sulfid 
tullantılarının, digər çirkləndiricilərin azaldılması, tullantıların dənizdə basdırılması 
əvəzinə onların basdırılmasının yeni üsullarının işlənib hazırlanması, iqlimin qlobal 
istiləşməsi hallarının araşdırılması, ozon təbəqəsinin mühafizəsi və s. sahəsində tövsiyələr 
verilmişdir. Bu məqsədlərin həyata keçirilməsi üçün beynəlxalq  əməkdaşlığın 
gücləndirilməsi və ekoloji informasiya mübadiləsi nəzərdə tutulmuşdur. 
Üçüncü mərhələ (1992-2002-ci illər) Rio de Janeyroda 1992-ci il iyun ayında təşkil 
edilən  Ətraf Mühit və  İnkişaf üzrə BMT Konfransının qərarlarının həyata keçirilməsi ilə 
bağlıdır (18). Əlverişli  ətraf mühitin keyfiyyəti davamlı inkişafın ünsürü kimi nəzərdən 
keçirilməyə başlayır. Konfransın materialları  əsasında davamlı inkişaf prinsipi dövlətin 
biosferin fəaliyyəti üçün çox vacib olan bütün ekosistemlərin və ekoloji proseslərin 
qorunması, biomüxtəlifliyin qorunması  və bioloji resursların və canlı ekosistemlərinin 
istismarı zamanı optimal sabitlik prinsipinin riayət edilməsi üzrə öhdəliklərini bildirir. 
Başqa sözlə desək, davamlı inkişaf cəmiyyətin davamlı tərəqqisini təmin edən və öz təbii 
əsasını  məhv etməyən davamlı sosial-iqtisadi inkişafdır. Konfransda qəbul edilmiş  Ətraf 
Mühit və  İnkişaf üzrə Rio de Janeyro Bəyannaməsində (1992) qeyd edilir ki, «insanlar 
sağlam mühitdə yaşamaq və  təbiətlə harmoniyada məhsuldar çalışmaq hüququna 
malikdir». Bəyannamədə insanı  əhatə edən  ətraf mühit hüququnun bir sıra yeni 
elementləri, o cümlədən istehsal və istehlakın qeyri-səmərəli nümunələrinin 
məhdudlaşdırılmasını və  aradan qaldırılmasını tələb etmək hüququ; insanın ətraf mühitin 
vəziyyətinə dair beynəlxalq informasiya əldə etmək hüququ; insanın  ətraf mühitə dair 
beynəlxalq problemlərin həllində  iştirak etmək hüququ; zərərə görə kompensasiya daxil 
olmaqla effektiv məhkəmə  və inzibati icraat hüququ; biosferə  təsir edən qərarların 
verilməsində  iştirak etmək hüququ və  s.  qeyd  edilmişdir (20). Bundan əlavə, Rio de 
Janeyro Bəyannaməsində  aşağıdakı prinsiplər təsbit edilmişdir:  - insanlar təbiətlə 
həmahəng, sağlam və məhsuldar yaşamaq hüququna malikdir; - bugünkü inkişaf indiki və 
gələcək nəsillərin ziyanına həyata keçirilməməlidir; - davamlı inkişafı  həyata keçirmək 
üçün  ətraf mühitin mühafizəsi inkişaf prosesinin ayrılmaz hissəsini təşkil etməli və ona 
ayrılıqda baxılmamalıdır; - sabit inkişafı təmin etmək və əhalinin çoxunun tələblərini  


 
136 
 
Ş.Əliyev 
 
ödəmək üçün yoxsulluğun kökü kəsilməli və dünyanın müxtəlif bölgələrində  həyat 
səviyyəsinin qeyri-bərabərliyi ləğv edilməlidir; - dövlətlər Yer ekosistemlərinin qorunması, 
mühafizəsi və bütövlüyünü bərpa etmək məqsədilə əməkdaşlıq edir və inkişaf etmiş ölkələr 
davamlı inkişafın təmin olunmasında beynəlxalq cəhdlər üçün öz məsuliyyətini dərk 
edirlər; - dövlətlər uyğun demoqrafik siyasəti müdafiə etməlidirlər; - ekoloji məsələlər ən 
səmərəli  şəkildə bütün marağı olan vətəndaşların iştirakı ilə  həll edilməli və dövlətlər 
ekoloji informasiyaya geniş yol açmaqda əhalinin iştirakını  təmin etməli və 
genişləndirməlidir; - dövlətlər bütün ölkələrdə iqtisadi yüksəlişə və davamlı inkişafa gətirib 
çıxaracaq açıq beynəlxalq iqtisadi sistemin yaradılması  işində  əməkdaşlıq etməlidirlər; - 
ətraf mühiti çirkləndirənlər bu çirklənməyə görə maliyyə  məsuliyyəti daşımalıdırlar; - 
davamlı inkişaf problemin daha dərindən dərk edilməsini tələb edir; - davamlı inkişafa 
çatmaqdan ötrü qadınların və gənclərin yaradıcı qüvvələrinin hərtərəfli iştirakı zəruridir; - 
müharibə davamlı inkişaf prosesinə dağıdıcı  təsir göstərir. Ona görə  də dövlətlər silahlı 
münaqişələr zamanı ətraf mühiti mühafizə edən beynəlxalq hüquqa hörmət etməlidirlər; - 
sülh, inkişaf və ətraf mühitin mühafizəsi bir-birindən asılı və ayrılmazdır (1, 7-8). 
1998-ci il iyun ayının 25-də Danimarkanın Orxus şəhərində Avropanın  ətraf mühit 
nazirlərinin Dördüncü konfransında qəbul edilən  Ətraf mühit ilə bağlı  məsələlərdə 
informasiyanın  əldə edilməsi, ictimaiyyətin qərar qəbul edilməsində  iştirakı  və  ədalət 
mühakiməsinin açıq keçirilməsi haqqında Orxus Konvensiyası gələcək nəsillər üçün ətraf 
mühitin mühafizəsi və onun vəziyyətinin yaxşılaşdırılması prosesində ictimaiyyətin və 
aidiyyəti təşkilatların nümayəndələrinin iştirakını gücləndirmək məqsədilə yaradılmış yeni 
tip Konvensiyadır (19). Konvensiyada insanların ətraf mühitə dair informasiya əldə etmə, 
proseslərdə  iştirak və  ədalət mühakiməsinə müraciət hüquqları göstərilir ki, bu da ətraf 
mühitə dair məsələlərdə dövlət orqanlarının hesabat verməsi və idarəetmənin  şəffaflıq 
səviyyəsinin yüksəldilməsinə şərait yaradır. Bu konvensiya yalnız ətraf mühitin mühafizəsi 
mexanizmi deyil, habelə, demokratiyanın inkişafı vasitəsidir. O insanlara ətraf mühitə dair 
məsələlərlə bağlı fikir və narahatlıqlarını bildirməyə, qərarların qəbul edilməsinə cavabdeh 
olan  şəxslər   tərəfindən lazımi hesabatların hazırlanmasına imkan yaradır; ictimaiyyətin 
ətraf mühitə dair informasiya almaq və  qərarların qəbul edilməsində  iştirakı hüququnu 
pozan halları müəyyən etmək prosedurunu bilməyə  və  bəzi hallarda ekoloji 
qanunvericiliyin geniş xarakterdə pozulması halları üzrə  şikayət etməsinə  şərait yaradır 
(15). Konvensiya insanın  əlverişli (sağlam)  ətraf mühitdə yaşamaq hüququnu "insanın 
sağlamlığı  və rifahı üçün əlverişli bir mühitdə yaşamaq hüququ" kimi xarakterizə edir. 
Bundan  əlavə, Konvensiyada ilk dəfə olaraq qeyd edilmişdir ki, əlverişli (sağlam)  ətraf 
mühit hüququnun subyekti kimi təkcə indiki insanlar deyil, həm də gələcək nəsillərdir (11, 
25-28). 
Nəhayət, dördüncü mərhələ (2002-ci ildən indiyədək) 2002-ci ildə Yohannesburqda 
keçirilən Davamlı  İnkişaf üzrə Ümumünya Sammitinin qərarları ilə bağlıdır. Davamlı 
İnkişaf üzrə Yohannesburq Bəyannaməsi  əsas diqqətini yoxsulluğun aradan qaldırılması, 
istehsal və istehlak nümunələrinin dəyişilməsi, eləcə də davamlı inkişafın əsas məqsədləri 
kimi təbii ehtiyatların müfafizəsi və səmərəli istifadəsi məsələlərinə yönəldir.  
Qeyd etmək lazımdır ki, ətraf mühitin beynəlxalq-hüquqi tənzimlənməsinin  əsas 
«yükü» regional müqavilələrin üzərinə düşür. Bu müqavilələr, demək olar ki, bütün 
regionları  və bütün ekoloji sistemləri  əhatə edir. Onlara misal olaraq aşağıdakı aktları 
göstərmək olar: Yuyucu və  təmizləyici vasitələrdə  bəzi maddələrin istifadəsinin qadağan 
olunması haqqında 1968-ci il Avropa Sazişi; Təbiətin və  təbii ehtiyatların qorunub 
saxlanması haqqında 1968-ci il Afrika Konvensiyası; Avropada vəhşi fauna və floranın 
mühafizəsi haqqında 1979-cu il Konvensiyası; Aralıq dənizinin çirklənmədən mühafizəsi 
haqqında 1976-cı il Konvensiyası; Sakit okeanın cənub-şərqi hissəsinin dəniz mühiti və  


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə