The scientific and pedagogical



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə63/102
tarix18.06.2018
ölçüsü5,08 Kb.
#49651
1   ...   59   60   61   62   63   64   65   66   ...   102

161 
 
A.Məmmədov, Z.Həsənov, N.Mahmudova 
 
extent reflects the idealistic values either. Generally, at every period of time there was 
the concept of foreign policy that has been adopted by all of the American presidents 
themselves. As we know, presidential elections in America are in the basis of the rivalry 
between the two political parties. When we look at history, we observe that, whether 
Republicans or Democrats, each of them conducted distinctive foreign policy through 
their own doctrines.  
 
ВНЕШНЕПОЛИТИЧЕСКИЕ ДОКТРИНЫ СОЕДИНЕННЫХ 
ШТАТОВ АМЕРИКИ 
 
Агил Маммадов 
Зиадхан Хасанов 
Нурана Маxмудова 
РЕЗЮМЕ 
 
После  становления  в  качестве  государства,  Соединенные  Штаты  Америки 
объявили свою внешнеполитическую доктрину. При общем взгляде на доктрины 
американской внешней политики мы видим, что каждая доктрина  соответствует 
требованиям  своего  времени.  Первая  доктрина  Монро  Соединенных  Штатов, 
только  что  провозгласившая  свою  независимость,  не  только  отвечала 
требованиям  своего  времени,  а  также,  и  в  последующие  периоды  предпринятые 
шаги  Америки  на  международной  арене,  опирались  на  эту  доктрину. 
Отличающаяся  с  реалистической  стороны,  эта  доктрина  в  некотором  смысле 
соединяет в себе идеалистические  ценности. Если отметить в общем смысле, во 
всех  периодах  у  американских  президентов  были  свои  внешнеполитические 
понятия. Как известно, президентские выборы в Америке это конкуренция между 
двумя  основными  партиями.  Если  обратимся  к  истории,  мы  увидим,  что  и 
республиканцы  и  демократы,  преследовали  различные  внешнеполитические 
курсы со своими собственними  доктринами. 
 


 
 
162
ODLAR YURDU UNİVERSİTETİNİN ELMİ VƏ PEDAQOJİ XƏBƏRLƏRİ 
THE SCIENTIFIC AND PEDAGOGICAL NEWS OF ODLAR YURDU UNIVERSITY 
 
2016 - № 45 
 
İNVESTİSİYA BAZARININ INKIŞAFININ  
INFRASTRUKTUR ASPEKTLƏRI 
 
E.M.Sadıqov 
Azərbaycan  Dövlət İqtisad Universiteti 
Bakı, İstiqlaliyyət küç. 6  
e-mail: sadigov_e2016@gmail.com 
 
Açar sözlər: investisiya bazarı, bazar infrastrukturu, infrastruktur, investisiya  tələbi, 
investisiya təklifi. 
Keywords: investment market, market infrastructure, infrastructure, demand on investment, 
investment proposal. 
Ключевые слова: инвестиционный рынок, рыночная инфраструктура, инфраструктура, 
инвестиционный спрос, инвестиционное предложение. 
 
Azərbaycan iqtisadiyyatının yüksələn artım tempi, sosial-iqtisadi inkişafın 
dayanıqlığı ölkənin investisiya cəlbediciliyinin yüksəlməsi, investorların artan marağı 
ilə müşayiət olunur.  Respublikanın cəmi bir onillik ərzində borc alan ölkədən, borc 
verən ölkəyə çevrilməsi, investisiya bazarına, onun inkişafına, həm ölkədə, həm də 
onun hüdudlarından kənarda ciddi maraq doğurmuşdur. Bu və digər səbəblərdən, 
Azərbaycanda  investisiya bazarının təşəkkülü, onun infrastrukturunun     inkişafı 
məsələləri gündəlikdədir. 
Ölkə iqtisadçılarının əsərlərində və xarici mənbələrdə investisiya bazarı və onun 
inkişafının infrastruktur aspektlərinə baxışlar  əhəmiyyətli dərəcədə  fərqləndiyindən
həm investisiya bazarı, həm də onun infrastruktur təminatı anlayışlarına münasibətdə, 
zənnimizcə  dəqiqləşdirmələrə ehtiyac vardır.  İlk növbədə qeyd edək ki, investisiya 
bazarı investisiya malları  və xidmətlərinin satıcıları  və istehlakçıları, habelə 
investisiyalaşma obyektlərinin bütün formaları arasında iqtisadi münasibətlərin 
məcmusudur.  İnvestisiyaların mübadilə edildiyi virtual məkan kimi investisiya 
bazarının iştirakçıları investorlar və bazara çıxarılan investisiyaların istifadəçiləri çıxış 
edir.  
Qərb  ədəbiyyatında, investisiya bazarı dedikdə, bir sıra qeyd şərtlərlə,  əsasən  
fond bazarı  nəzərdə tutulur. Buna səbəb inkişaf etmiş bazar iqtisadiyyatında 
investisiyaların aparıcı forması kimi qiymətli kağızlara qoyuluşların çıxış etməsidir. 
İnvestisiya bazarı anlayışının  şərhində bazar münasibətlərinin inkişaf səviyyəsindən 
asılı olaraq baxışların,  əhəmiyyətli dərəcədə  fərqlənməsi, haqqında danışılan 
məsələlərin nəzəri-metodoloji səciyyələndirilməsinə  həssas yanaşmanın zəruriliyindən 
xəbər verir. Ümumilikdə isə, investisiya bazarı investisiyaya tələb və investisiya 
təklifini ehtiva edən investisiya fəaliyyəti subyektlərinin qarşılıqlı  fəaliyyət forması 
kimi nəzərdən keçirilir. Əksər hallarda, investisiya bazarının,  istisnasız olaraq 
perspektiv meyilləri nəzərə almaqla fəaliyyət göstərdiyi qeyd olunur. Zənnimizcə, belə 
yanaşma ilə razılaşmamaq çətindir. Odur ki, bazarın bu seqmenti (növü), pulun alqı-
satqı prosesinə  fərqli zaman meyarları ilə yanaşmanı zəruri edir.  
Doğrudan da, “investisiya bazarı pul bazarının elə xüsusi formasıdır ki, buradan 
gələcək iqtisadiyyata qoyulacaq vəsait alınır, başqa sözlə, kapital qoyuluşu vəsaiti alınır.  
 
 


 
 
163
E.M.Sadıqov 
 
Öz işini qorumağa, istehsalı inkişaf etdirməyə özünün kifayət qədər vəsaiti 
olmayan iş adamı, belə vəsaiti gələcəkdəki pula, əmtəəyə, əmlaka mübadilə etməklə və 
digər şərtlərlə əldə etməyə çalışır” (1,s. 120-121). 
Maliyyə bazarının bir seqmenti (növü) kimi investisiya bazarının 
xarakteristikaları, ilkin yanaşmada digər seqmentlərin ümumiləşdirilmiş 
xarakteristikalarından prinsipcə az fərqlənir. Təkcə onu demək kifayətdir ki, investisiya 
bazarını  səciyyələndirən parametrlər qismində, ilk növbədə  tələb-təklif nisbəti, 
rəqabətin, məhsul satışının və qiymətlərin səviyyəsi qeyd olunur.  Eyni zamanda, 
rəqabət investisiya bazarının hərəkətverici qüvvəsi olduğundan, onun üçün əlverişli 
hüquqi-iqtisadi, institusional mühit yaradılması  və  adekvat infrastruktur təminatı 
məsələləri diqqət mərkəzində olmalıdır. 
İnvestisiya bazarının inkişafının infrastruktur aspektlərinə elmi-nəzəri yanaşma 
bazar infrastrukturu və infrastruktur (terminoloji dəqiqləşdirmə baxımılndan buna 
müstəqim mənada infrastruktur da demək olar) anlayışlarına ayrı-ayrılıqda münasibət 
bilirməyi tələb edir.  
İnvestisiya bazarının inkişafının infrastruktur aspektlərinə münasibətdə, 
investisiya bazarının bazar infrastrukturundakı yeri və rolu məsələsi diqqətə layiqdir. 
Bazar infrastrukturunu, bir sıra hallarda böyük bazar adlndıran müəlliflər, onun 
aşağıdakı qarşılıqlı əlaqəli və eyni zamanda nisbi müstəqil bazarlardan ibarət olduğunu 
nəzərdə tuturlar: “əmtəə və xidmətlər bazarı (istehlak bazarı; istehsal vasitələri bazarı; 
daşınmaz əmlak bazarı; işçi qüvvəsi bazarı; innovasiya bazarı; investisiya bazarı; lizinq 
bazarı; sığorta bazarı; maliyyə bazarı; informasiya bazarı; reklam bazarı; 
qiymətləndirmə bazarı; konsaltinq bazarı” (2, s. 17).   
İnvestisiya bazarının informasiya və xidmət mühitində, başqa sözlə, 
infrastruktur üzərində formalaşması investora öz risklərini minimumlaşdırmaq üçün 
məqbul şərait yaradır. İnvestisiya bazarının infrastrukturunu funksional, tənzimləyici və 
informasiya xarakterli tərkib hissələrinə ayırmaqla, onun fəaliyyətinin xarakteri və əhatə 
dairəsinə, az-çox dərəcədə detallaşdırılmış münasibət bildirmək mümkündür. 
İnvestisiya bazarının infrastrukturunun funksional tərkib hissəsinə,  əsasən maliyyə-
kredit institutları  və xidmət təşkilatları aid edilir. Başqa sözlə, maliyyə-kredit 
institutları,banklar, sığorta  şitkətləri, fond birjaları, auditor şirkətləri, valyuta birjaları, 
broker və diler müəssisələri və i.a. investisiya bazarının infrastrukturları rolunda çıxış 
edir. Investisiya bazarının infrastrukturunun funksional tərkib hissəsinə aid, sadalanan 
qurumlar aşağıdakı istiqamətlərdə ixtisaslaşdırılmış fəaliyyət göstərirlər: 
 - investisiya cəlbediciliyinin və investisiya fəallığının artırılması, işgüzarlığın 
dəstəklənməsi üçün əlverişli mühityaradan fəaliyyətin hüquqi, iqtisadi və institusional 
bazasının formalaşdırılması; 
- müvəqqəti sərbəstləşən vəsaitlərin investisiya layihələrinin 
maliyyələşdirilməsinə yönəldilməsi (cəlb edilməsi);  
- investisiya risklərinin sığortalanması; 
- depozitlərin investisiyaya transformasiyası proseslərinin təşkili, 
dəstəklənməsi və i.a. 
İnvestisiya risklərinin sığortalanması sisteminin səmərəliliyinin yüksəldilməsi 
investisiya infrastrukturunun digər komponentlərinin adekvat inkişaf  səviyyəsinin əldə 
edilməsini tələb edir. Risklərin qiymətləndirilməsi, investisiyalaşmanın etibarlıq, 
gəlirlilik və maliyyə  təhlükəsizliyi meyarları baxımından daha səmərəli üsulunun 
seçilməsi,  layihələrin texniki-iqtisadi əsaslandırılması zamanı yeni imkanlar və 
cəlbedici maliyyə perspektivlərinin nəzərə alınması, əqli mülkiyyətin qorunmasının  


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə